Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndər Heydər Əliyevə olan sadiqliyi, bu gün də Heydər Əliyev yoluna olan sədaqətində ifadə olunan ziyalı

Ulu öndər Heydər Əliyevə olan sadiqliyi, bu gün də Heydər Əliyev yoluna olan sədaqətində ifadə olunan ziyalı

11.07.2009 [10:05]

Tanınmış ziyalı, professor Zahid Qaralovun 75 yaşının tamam olması münasibətilə YAP Səbail rayon təşkilatının qərargahında təbrik mərasimi keçirilib
Dünən tanınmış ziyalı, pedaqoji elmlər doktoru, professor, YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralovun 75 yaşı tamam olub. Bu münasibətlə rayon təşkilatının qərargahında ictimaiyyət nümayəndələrinin, partiya fəallarının və elm adamlarının iştirakı ilə təbrik mərasimi keçirilib.
Professor Z.Qaralovun elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti olduqca maraqlı, həmçinin, çoxşaxəli və əhatəlidir. Dərin mənalı və çox şərəfli ömür yolu keçən, həyatını bütövlükdə doğma xalqının maariflənməsinə sərf edən, Azərbaycan elminin və təhsilinin inkişaf etməsində müstəsna rolu olan, bir müəllim və pedaqoq kimi məktəbi, dəst-xətti olan bu böyük şəxsiyyət hər cür tərifə və təqdirə layiqdir. Onun məktəbindən çıxan tələbələrin sayı yüzlərlədir. Bu gün onlar respublikamızın və digər ölkələrin müxtəlif yerlərində ləyaqətlə təmsil olunurlar.
Z.Qaraloun ictimai-siyasi fəaliyyəti də yüksək qiymətləndirilir. Onun müstəqil Azərbaycan dövlətinin yaranması, dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi sahəsində göstərdiyi xidmətlər əvəzolunmazdır. Zahid Qaralov yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikasının çətin günlərində, dövlətçiliyimiz təhlükə qarşısında qaldığı zaman əsl vətəndaşlıq nümunəsi göstərərək cəsarətli addımlar atıb, gənc dövlətimizin qorunması üçün əlindən gələni əsirgəməyib. O, öz arzusu ilə Ulu öndər Heydər Əliyevin Müdafiəsi Komitəsinin sədri olanda da, Yeni Azərbaycan Partiyasının yaradılması və ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün məşhur 91-lərin üzvü kimi ona müraciət edərkən də, dəfələrlə Naxçıvana gedərək Onun yanında olarkən də Azərbaycanın gələcək taleyini düşünüb, ana vətəninə dərin sədaqət nümayiş etdirib. Məlum hadisələr baş verdikdən sonra Azərbaycanda gedən ağır və mürəkkəb prosesləri əks etdirən “Hər dövrün öz kitabı var” və “Əbədiyyətə gedən yollar” kitabları müstəqil dövlətimizin ilk dövrünün salnaməsi kimi ölkəmizin tarixinə düşüb.
1999-cu ildə Z.Qaralovun 65 illik yubileyi münasibətilə onu təbrik edən ümummilli lider Heydər Əliyev demişdi: “Mən Naxçıvanda olarkən yanıma gəlməyini, bir sıra məsələlər barəsində söhbət apardığımızı yaxşı xatırlayıram. O zaman - 1992-ci ildə mənimlə əlaqədar mətbuatda çıxan yazıların da yaxşı xatirimdədir. Mən bunları yüksək qiymətləndirirəm. Biz həmişə bir yerdə olmuşuq. Bu gün də bir yerdəyik, gələcəkdə də bir yerdə olacağıq. Görüləcək işlərimiz çoxdur”.
Bütün bunlar Ulu öndər Heydər Əliyevin Zahid müəllimin hər zaman səmərəli fəaliyyətinə və sədaqətinə verdiyi böyük qiymət idi. Bu sədaqət indi də davam edir!
Təbrik mərasimində ilk olaraq Zahid Qaralovun həyatı və yaradıcılığı barədə ətraflı məlumat verən Əhliman Qarayev professoru təbrik edib.
Sonra Zahid Qaralovu 75 yaşının tamam olması münasibətilə təbrik edən Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov alimə uzun ömür, cansağlığı və gələcək işlərində müvəffəqiyyətlər  arzulayıb: “Siz mövqeyinə, şəxsiyyətinə, elminə görə, sözünə hörmət qoyulan tanınmış Azərbaycan ziyalılarından birisiniz. Ziyalı cəmiyyətin xüsusi ehtiyac duyduğu zamanlarda öz sözünü və mövqeyini daha aydın şəkildə bildirməyilə seçilir. Bu gün 1991-1992-ci illərdə ziyalıların atdıqları addımları bir çox insanlar bəlkə də, başqa cür qiymətləndirirlər. Bu barədə müxtəlif cür söhbətlər yaranır. Amma həmin illərdə bu proseslərdə iştirak edən insanların həyatlarını hansı təhlükəyə atdıqlarını düşündükdə, tamamilə başqa bir mənzərə yaranır. ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, bu insanlar həqiqi mənada qəhrəmanlıq ediblər. çünki, onlar Azərbaycanın taleyi naminə öz həyatlarını odun-alovun içərisinə atdıqlarını bəyan edirdilər. Bugünkü Azərbaycan, bugünkü inkişaf, bugünkü əmin-amanlıq, bugünkü sabaha inam o zaman az sayda olan, lakin özünün qəhrəmanlığı ilə azlığı çoxluğa çevirən insanların fədakarlığı nəticəsində əldə olunub. Təbii ki, o zaman Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini arzulayırdı. Amma o dövrlərdə ümummilli lider Heydər Əliyevin adını çəkənlərin məruz qaldığı təqibləri, təzyiqləri nəzərə alsaq, həqiqətən də, həmin insanların atdığı addımları qəhrəmanlıq adlandırmaq olar. Bu, hədər yerə getməyən qəhrəmanlıqdır. Bu qəhrəmanlıq Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində, partiyanın yaranmasında, xalqın güclü dəstəyinin əldə olunmasında, ziyalı səsinin ucalmasında və Azərbaycanın bəlalardan xilas edilməsində özünü göstərdi”.
Əli Əhmədov məhz Zahid Qaralovun bu cür qəhrəmanlıq göstərmiş ziyalılardan olduğunu söyləyib: “Hesab edirəm ki, bugünkü tariximizdə Zahid müəllim də daxil olmaqla bu insanların əməyi böyükdür, əvəzedilməzdir. Zahid müəllimin mövqeyi hər şeydən əvvəl ona böyük hörmət gətirib. Ziyalı, eyni zamanda, vətəninə xidmət etməyi arzulayan insan olur. Lakin bəzi hallarda görünür ki, arzu kifayət etmir. Hər kəs vətəninə xidmət etməyi istəyər. Amma ziyalılar fərqlənirlər. Onunla ki, ziyalılar vətənə xidmət etməyi bacarırlar. Zahid müəllim də vətəninə xidmət etməyi istəyən, sevən və bunu bacaran ziyalılardandır. Zahid müəllim onu eşidən, ona hörmət edən insanları bir araya gətirdi. Bəli, ziyalı öz mövqeyini ortaya qoyanda, sözünü açıq deyəndə ətrafdakı insanlar da onunla birlikdə olurlar”.
İcra katibi Əli Əhmədov vurğulayıb ki, Zahid Qaralovun və digər ziyalıların əməyi, fədakarlığı hədər olmayıb: “Sizin Heydər Əliyevə olan sadiqliyiniz, bu gün də Heydər Əliyev yoluna olan sədaqətinizdə ifadə olunub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Azərbaycanın əldə etdiyi nailiyyətlərdə, uğurlarda sizin payınız böyükdür. Sevindiricidir ki, bu pay çox böyük və əzəmətlidir”.
Zahid Qaralovu ad günü münasibətilə təbrik edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 90-ci illərdəki xatirələrdən danışıb: “Zahid Qaralovu fərqləndirən xüsusiyyətlər çoxdur. Onlardan ən əsası sizin ümummilli lider Heydər Əliyevə, Yeni Azərbaycan Partiyasına və bugünkü Heydər Əliyev yoluna olan sadiqliyinizdir”.
Əli Abbasov Zahid Qaralovu təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıb.
Professor Zahid Qaralovun elmi, ictimai fəaliyyət sahəsində silahdaşları da səbəbkarı təbrik edərək ona cansağlığı, yeni nailiyyətlər arzulayıblar.
Təbrik mərasimi xoş arzularla və niyy
ətlərlə başa çatıb.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1164 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30