Bolqarıstan parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
01.07.2017 [10:18]
İyunun 30-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin büdcə və maliyyə üzrə komissiyasının sədri Menda Stojanovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən birinin də Bolqarıstan olduğunu deyən Ziyafət Əsgərov ölkələrimiz arasındakı münasibətlərdən bəhs edib. Bildirib ki, Azərbaycan Bolqarıstan ilə münasibətlərin inkişafına böyük önəm verir. İki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir.
Ziyafət Əsgərov qonaqlara Azərbaycanın həyata keçirdiyi irimiqyaslı iqtisadi layihələr, ölkəmizdə qeyri-neft sektorunun, turizmin inkişafı üçün görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim inkişafımıza mane olur. BMT Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır.
Söhbət zamanı qonaqlara Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı barədə də məlumat verilib.
Görüş üçün təşəkkürünü bildirən Bolqarıstan parlamentinin büdcə və maliyyə üzrə komissiyasının sədri Menda Stojanova qarşılıqlı münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının rolunu qeyd edib. Bildirib ki, siyasi və humanitar sahələrdə münasibətlərimiz yüksək səviyyədədir. İqtisadi münasibətlərimizi isə daha da inkişaf etdirmək lazımdır. Bunun üçün hər iki tərəfdə münbit şərait var.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
* * *
Həmin gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin nümayəndə heyəti ilə görüşüb.
Ziyad Səmədzadə Azərbaycan ilə Bolqarıstan arasında hər zaman yaxşı əlaqələrin olduğunu diqqətə çatdırıb. Səhiyyə, iqtisadiyyat, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirən komitə sədri ölkələrimiz arasında digər sahələrdə də münbit əməkdaşlıq imkanlarının olduğunu qeyd edib. Komitə sədri qonaqlara Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verib.
Bolqarıstan parlamentinin büdcə və maliyyə üzrə komissiyasının sədri Menda Stojanova müxtəlif sahələrdə olan əməkdaşlığın Azərbaycan və Bolqarıstan arasında əlaqələrin vacib hissəsini təşkil etdiyini söyləyib. Bildirib ki, bu əməkdaşlıq ölkələrimizin daha da yaxınlaşmasına şərait yaradıb.
Qonaq Bolqarıstanın kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurlardan da danışıb. Söhbət zamanı iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb.
* * *
Bolqarıstan parlamentinin büdcə və maliyyə üzrə komissiyanın sədri Menda Stojanovanın başçılıq etdiyi nümayəndə heyətinin Milli Məclisin Bolqarıstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvləri ilə də görüşü olub.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, işçi qrupun rəhbəri Rauf Əliyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasındakı əlaqələr yeni müstəvidə inkişaf edib. Biz bir çox sahələrdə, xüsusən də beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq mövcuddur. O, qonaqlara parlamentin fəaliyyəti, qəbul edilən sosialyönümlü qanunlar barədə ətraflı məlumat verib.
Sonra Rauf Əliyev Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Qeyd edilib ki, münaqişə nəticəsində bir milyondan artıq soydaşımız öz ölkəsində qaçqın və məcburi köçkün həyatı yaşayır. Bu problem nəinki Azərbaycanın, bütövlükdə regionun təhlükəsizliyini təhdid edir.
Menda Stojanova parlament müstəvisində fəal əməkdaşlığımızdan söz açıb. Əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu deyib. İqtisadi əlaqələrdən danışan qonaq ildən-ilə ticarət dövriyyəsinin artdığını dilə gətirib. İndiyə qədər ölkələrimiz arasında 70-dən artıq sənədin imzalandığını bildirib. Ölkəmizə dəfələrlə səfər etdiyini deyən xanım qonaq Azərbaycanın çox zəngin təbii ehtiyatlara malik olduğunu qeyd edib.
Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin deputatları Ağacan Abiyev, Xanlar Fətiyev, Mahir Aslanov, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

