Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndər Heydər Əliyev Azərbaycanın güclü kadr potensialının yaradılmasının əsasını qoyub

Ulu öndər Heydər Əliyev Azərbaycanın güclü kadr potensialının yaradılmasının əsasını qoyub

11.07.2009 [10:02]

ümummilli liderimizin birinci hakimiyyəti dövründə Azərbaycanın elm və təhsil siyasətinin fundamental təməlləri yaradılıb
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə çoxəsrlik mədəniyyətimizin təbliği, Azərbaycanın beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm tədbirlər görülüb. Ulu öndər milli tariximiz üçün böyük əhəmiyyət daşıyan strateji qərarlar qəbul edilən zaman həmişə vətənpərvərlik mövqeyindən çıxış edib. Onun siyasi məharəti sayəsində Azərbaycanda müstəqil dövlətçilik təfəkkürünün inkişafı üçün fundamental elmi-praktik əsaslar yaradılıb.
ümummilli lider Heydər Əliyev Azərbaycanın elmi potensialının, güclü kadr bazasının yaradılmasında müstəsna xidmətlərə malikdir. Ulu öndər hələ hakimiyyətinin birinci mərhələsi dövründə ictimai-siyasi, iqtisadi-sosial, hərbi, elmi-mədəni, humanitar və digər sahələrdə yüksək idarəetmə qabiliyyətinə malik peşəkar kadr potensialının formalaşması üçün gərgin işlər görüb. Onun uzaqgörən siyasətinin ən mühüm komponentlərindən biri də məhz Azərbaycanın güclü kadr potensialının yaradılmasının əsasının qoyulması ilə bağlıdır. Xatırladaq ki, Heydər Əliyevin hakimiyyətindən əvvəlki illərdə respublikamızın təhsil sferasında vəziyyət ürəkaçan səviyyədə deyildi və keçmiş ittifaq ölkələri arasında sonuncu yerlərdən birini tuturdu. 1969-cu ilə qədər ittifaq respublikalarının ali təhsil müəssisələrinə göndərilənlərin sayı cəmi 47 nəfər təşkil edirdi. Ulu öndər hakimiyyətə gələndən sonra təhsilə xüsusi diqqət göstərməyə başladı və bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verildi.
Heydər Əliyevin həyata keçirdiyi təhsil siyasətinin strateji-konseptual mahiyyəti respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatında ən peşəkar və yüksək elmi biliklərə, zəngin idarəetmə təcrübəsinə malik olan kadrların yetişdirilməsindən ibarət idi. Buna görə də ittifaq respublikalarına təhsil almağa göndərilənlərin ilk növbədə ən nüfuzlu ali məktəblərdə yerləşdirilməsi qərara alınırdı. Heydər Əliyevin bu strategiyası nəticəsində 1970-ci illərdə bütün ixtisaslar üzrə respublikamızdan kənarda təhsil alanların sayı 100 dəfəyə yaxın artdı. Həmin illərdə 3600-dən çox şəxs keçmiş ittifaqın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almışdı. Bu kadrlar peşəkar mütəxəssislər kimi yetişdikdən sonra respublikamızın dövlət strukturlarında müxtəlif vəzifələrdə işləməyə cəlb olundu. Onlar sənaye, maliyyə-iqtisadi, ictimai-siyasi, elmi-tədqiqat bölmələrində qabaqcıl kadr kimi çalışmağa başladılar. Onu da qeyd etmək gərəkdir ki, həmin kadr potensialının bir hissəsi keçmiş ittifaqın iri sənaye, elmi-tədqiqat müəssisələrində fəaliyyətə başladı və bu, Azərbaycanın ziyalı təbəqəsinin, peşəkar kadrlarının respublikamızdan kənarda tanınmasında, şöhrət tapmasında mühüm rol oynadı. Nəzərə almaq lazımdır ki, ölkəmizin hüdudlarından kənarda diaspora hərəkatının yaranmasında həmin kadrların da xüsusi rolu mövcuddur.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev ümummilli liderin əsasını qoyduğu bu strategiyanı davam etdirməklə təhsil siyasəti ilə bağlı missiyanın uzunömürlülüyünü təmin etməkdədir. Heydər Əliyevin başladığı siyasətin məntiqi davamı olan bu strategiya hazırda yeni mərhələyə qədəm qoyub. Bu gün azərbaycanlı tələbələr dünyanın ən məşhur təhsil ocaqlarında ən peşəkar kadr kimi yetişdirilir. ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İsveçrə, Türkiyə və digər dövlətlərdə təhsil alan tələbələrin xərclərini dövlət öz üzərinə götürüb. Həmin kadrlar bu gün qloballaşan və inkişaf edən dünyanın yeni idarəetmə texnologiyalarını mənimsəyərək müasir idarəçilik institutunun formalaşmasında əsas baza sayıla bilər.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq respublikamızın yüzlərlə gənci xarici dövlətlərin ən nüfuzlu ali təhsil ocaqlarında təhsil alırlar. “Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik” deyən Prezident İlham Əliyev ölkəmizin iqtisadi imkanlarının artmasından istifadə edərək valyuta gəlirlərinin bir hissəsinin insan kapitalına yönəldilməsinə əlverişli zəmin yaradıb. ölkə başçısı “qara qızılı” insan kapitalına çevirmək üçün məqsədyönlü siyasət həyata keçirir. Neft gəlirləri intellektual mülkiyyətə, insan kapitalına yönəldilir. Respublikamızda dövlət idarəetmə sisteminin idarə olunmasında və iqtisadi-sosial sferaların inkişafında mükəmməl elmi-təcrübi imkanlara malik zəngin kadr potensialı formalaşmaqdadır.
Təhsil sisteminin inkişafı ilə bağlı həyata keçirilən siyasətə öz töhfəsini verən Dövlət Neft Şirkəti də bir neçə ildir ki, bu sahədə mühüm tədbirləri gerçəkləşdirməkdədir. DNŞ-nin 2006-cı ildən fəaliyyət göstərən Təqaüd Proqramı çərçivəsində hər il dünyanın məşhur universitetlərinə təhsil almaq üçün onlarla azərbaycanlı gənc göndərilir. Şirkət onların kamil neft mütəxəssisləri kimi yetişməsinə yardım göstərir. Eyni zamanda, DNŞ müharibə vəziyyətində yaşayan Azərbaycan xalqının haqq səsini dünyaya yaymaq üçün xaricdə təhsil alan hər bir gənc qarşısında mühüm tələblər qoyub. Onlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində öz töhfələrini verməlidirlər.
Vətənpərvərlik ruhuna sahib olmağı müasir gəncin başlıca xüsusiyyətləri arasında önə çəkən DNŞ rəhbərliyi hələ təqaüdçülərin seçim mərhələsində “Azərbaycan, Vətənim mənim” mövzusunda 800 sözlük inşa yazılarını mühüm şərt kimi müsabiqə proqramına daxil edib. Artıq  xarici ölkələrə təhsil almağa göndərilən təqaüdçülərlə bağlanan müqavilələrə bu  ildən etibarən yeni bir bəndin salınması da qərara alınıb. Həmin bənddə göstərilir ki, DNŞ-nin Təqaüd Proqramı əsasında xarici ölkədə təhsil alan hər bir təqaüdçü il ərzində oxuduğu ali təhsil müəssisəsində Azərbaycana həsr olunmuş ən azı bir tədbir keçirməlidir. Bunun üçün Dövlət Neft Şirkəti təqaüdçüləri lazımi materiallarla təmin etməyi qarşıya məqsəd qoyub. Nəzərdə tutulan işlərin təşkili və yüksək səviyyədə həyata keçirilməsini təmin etmək məqsədi ilə tələbələr Azərbaycan haqqında məlumatları özündə əks etdirən elektron video və audio daşıyıcıları, Dövlət Neft Şirkəti tərəfindən hazırlanmış müvafiq təbliğat diski, Azərbaycana həsr olunmuş internet saytları  resurslarından fəal istifadə edəcəklər.
Beləliklə, Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində qoyduğu ənənə, təhsil strategiyası bu gün uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoymaqdadır.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1232 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30