/ / “Ermənistanın işğalçılıq siyasəti: Regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda ictimai forum keçirilib
“Ermənistanın işğalçılıq siyasəti: Regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda ictimai forum keçirilib
23.06.2017 [09:30]
İyunun 22-də Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri” layihəsi çərçivəsində “Ermənistanın işğalçılıq siyasəti: Regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda ictimai forum keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM-ın sədri Rufiz Qonaqov forumda çıxış edərək Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlərin və regional təhlükəsizliyə təsirinin illərdir davam etdiyini söyləyib. “Azərbaycanın sülh təşəbbüslərinə, dinc qonşuluq prinsipinə hörmət etməsinə baxmayaraq, Ermənistandakı cinayətkar rejim təcavüzkar siyasətindən, işğal planından əl çəkmir. Ermənistanın bu siyasəti illərdir davam edir və nəinki Azərbaycan, eləcə də bütün region üçün ciddi təhlükəyə çevrilib. Prezident İlham Əliyev dəfələrlə Ermənistana, onun rəhbərliyinə xəbərdarlıq edib ki, Azərbaycan bu işğalla barışmayacaq və torpaqlarımız gec-tez azad ediləcək. Artıq Ermənistan dərk etməlidir ki, bu çağırışa əməl etməklə öz təhlükəsizliyini təmin etmiş olacaq”, - deyə R.Qonaqov qeyd edib.
Prezident Administrasiyanın məsul əməkdaşı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, Ermənistanın təcavüzkar siyasəti sülhə və əmin-amanlığa hər zaman təhlükə olub və bu təhlükə indi də davam edir. Lakin Azərbaycan dövlətinin qüdrəti, Prezident İlham Əliyevin apardığı siyasət bunu deməyə əsas verir ki, işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək. Ermənistanda yaxşı bilirlər ki, Azərbaycan heç zaman bu işğalla barışmayacaq və bir qarış torpağımız belə düşmən işğalında qalmayacaq.
Sonra forumda məruzələr dinlənilib.
Milli Məclisin deputatı, professor Elman Nəsirov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi yeni mərhələdə”, Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi”, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri”, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, professor Hikmət Məmmədov “Ermənistanın işğalçılıq siyasəti, Cənubi Qafqazda təhlükəsizliyi təhdid edən əsas amil kimi”, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov “Ermənistanın işğalçılıq siyasətinin ifşasında media və sosial şəbəkələrin fəaliyyəti”, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva “Qafqazın başı üzərində nüvə kabusu: “Metsamor” atom elektrik stansiyası”, filologiya elmləri doktoru Rövşən Məmmədov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda transmilli informasiya siyasəti”, “Gündəlik Teleqraf” holdinqin rəhbəri Aynur Camalqızı “Ermənistanın işğalçılıq siyasəti: İnformasiya təhlükəsizliyinin təmin olunmasında medianın rolu”, professor Fikrət Yusifov “Ermənistanın işğalçılıq siyasəti və humanitar fəlakət” mövzularında məruzələrlə çıxış ediblər.
Forum ayrı-ayrı panellər üzrə müzakirələrlə davam etdirilib. Müzakirələrdə Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi xüsusi vurğulanıb. Bildirilib ki, dünya ölkələri Ermənistanı təcavüzkar ölkə kimi tanıyır və işğalçıdan bu məkrli siyasətindən əl çəkməsi tələb olunur. İllər öncə açıq şəkildə deyilməyən işğal faktı indi birbaşa deyilir. Ona görə, bu proses yeni bir mərhələyə qədəm qoyub. Ölkəmiz diplomatik sahədə də Ermənistandan üstün mövqeyə malikdir. Ermənistan bilməlidir ki, sərhədlərin dəyişdirilməməsi prinsipi ali prinsipdir və işğalçı bütün mümkün vasitələrlə Azərbaycan torpaqlarından qovulacaq.
Vurğulanıb ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycan üçün deyil, həm də regionumuz üçün təhlükə olaraq qalır. Cənubi Qafqaz regionu böyük iqtisadi layihələri əhatə edən regiondur. Lakin Ermənistanın hərbi təcavüzü bu layihələrə də təhlükə yaradır. Ermənistan faktiki olaraq regionda sülhü pozan, xalqlar arasında qarşıdurma yaradan bir subyektə çevrilib.
BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlar, bir çox ölkələr Ermənistanın işğalçılıq siyasətini pisləyən və Azərbaycanın zəbt olunmuş torpaqlarını geri qaytarmağı tələb edən qərar və qətnamələr qəbul edib.
Müzakirələr zamanı “Metsamor” atom elektrik stansiyasının region üçün böyük təhlükə mənbəyi olması, bu stansiyanın bağlanması üçün həyata keçirilən kampaniya, Ermənistanın regionda humanitar fəlakətə aparan addımları, informasiya müharibəsi sahəsində görülən işlər ilə bağlı çıxışlar olub.
Xəbər lenti
Hamısına baxSosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42

