Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
23.06.2017 [09:30]
İyunun 22-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2017-ci il buraxılışı münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kursantları salamlayıb, Heydər Əliyev adına Hərbi Lisey kursantlarının 17-ci buraxılışı - məzun günü münasibətilə liseyin kursant, zabit və müəllimlərini, valideynləri təbrik edərək deyib: “Builki məzunlar da nəzərə alınmaqla ötən dövr ərzində Heydər Əliyev adına Hərbi Liseyi 2353 kursant bitirmişdir. Hazırda onlardan 1300-dən çoxu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir. Bu, Ulu öndərimizin adını daşıyan hərbi təhsil müəssisəsinin müstəqil dövlətimizdə ordu quruculuğuna mühüm töhfəsidir. Ötən dövrdə hərbi lisey böyük inkişaf yolu keçmişdir. 19 il əvvəl 56 kursantla fəaliyyətə başlayan liseydə bu gün 625 kursant təhsil alır. Kursantların ən müasir tələblər səviyyəsində təhsil alması, onların sağlamlığı və fiziki tərbiyəsi üçün lazım olan bütün tədbirlər görülmüşdür”.
Ali Məclisin Sədri deyib: “Bu gün bizim ən böyük milli dəyərimiz dövlət müstəqilliyimiz və vətən məhəbbətidir. Azərbaycan Ordusunun zabiti olmağın şərəf və məsuliyyəti də məhz bundan ibarətdir. Zabit təkcə peşə vərdişi və nəzəri hazırlığı ilə yox, eyni zamanda, mənəvi keyfiyyətləri ilə də seçilməli, nümunə göstərməyi bacarmalıdır. Sizin bir çoxunuz gələcəkdə hərbi hissələrin komandiri olacaq, hərbi təlimlərə başçılıq edəcək, şəxsi heyətlərin vətənpərvərlik tərbiyəsi ilə məşğul olacaqsınız. Bu işə indidən hazır olun! Milli dəyərlərimizi, tariximizi və qəhrəmanlıq ənənələrimizi yaxşı öyrənin. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi: “Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu liseydə təhsil alan gənclər Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar”.
Ali Məclisin Sədri bundan sonrakı təhsildə və hərbi xidmət dövründə liseyin bütün kursantlarına və məzunlarına uğurlar arzulayıb.
Hərbi liseyin rəisi, general-mayor Elman Orucov çıxış edərək deyib ki, ötən dövrdə hərbi liseydə yaradılmış maddi-tədris bazasından səmərəli istifadə olunub, məzun olan 214 kursanta hərtərəfli bilik verilib, onlar dövlətçiliyimizə və milli dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunublar. Liseydə tədrisin və təlim - tərbiyənin keyfiyyətini yüksəltmək, kursantların fiziki və mənəvi-psixoloji cəhətdən tam hazır olmaları üçün daim yeni metodlar tətbiq olunur. Kursantlar il ərzində şəhər və muxtar respublika miqyaslı fənn olimpiadalarında, idman yarışlarında, bədii özfəaliyyət baxış-müsabiqələrində müntəzəm iştirak edərək layiqli yerlər tutublar. 2017-ci ildə 670 gənc hərbi liseyə qəbul olunmaq üçün müraciət edib. Bu gün liseydə muxtar respublika ilə yanaşı, ölkəmizin digər bölgələrindən olan gənclər də təhsil alır. Heydər Əliyev adına Hərbi Lisey bundan sonra da peşəkar və vətənpərvər hərbi kadrların yetişdirilməsi işinə öz layiqli töhfəsini verəcəkdir.
Tədbirdə çıxış edən valideynlər Ariz Ağayev və Naibə Nəbiyeva, həmçinin, kursant Eldəniz Nağıyev liseydə hərtərəfli təhsil üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə bütün kursantlar adından minnətdarlıqlarını bildiriblər.
Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.
Kursant Elşad Cəfərov təhsil ocağının rəmzi kötüyünə xatirə birkasını vurub.
Orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.
Sonra Ali Məclisin Sədri Ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib.
Ali Məclisin Sədri yeməkxanada olub, kursantların qidalanması ilə maraqlanıb, valideynlərlə görüşüb.
Liseyin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: “Müəllimlərin fəaliyyətinin nəticəsi olaraq bu il liseyin 214 kursantı Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. Bu, gələcəkdə ordumuzda xidmət edəcək 214 zabit deməkdir. Ordunun möhkəmliyi, ordunun inkişafı zabit hazırlığından başlayır. Heydər Əliyev adına Hərbi Liseyin müəllimləri gələcəyin zabitini yetişdirməklə yanaşı, həm də ölkəmizin sərhədlərinin etibarlı müdafiəsinə zəmin yaradırlar. Ona görə də hər bir kursant hərtərəfli hazırlanmalı, ölkəsinin tarixini bilməli, milli dəyərlərinə hörmət etməlidir. Heydər Əliyev adına Hərbi Liseydə kursantların təhsili, təlim-tərbiyəsi və vətənpərvər yetişməsinə ciddi diqqət yetirilir. Bütün bunların nəticəsidir ki, liseyin məzunları ali hərbi məktəblərdə təhsillərini uğurla başa vururlar”.
Ali Məclisin Sədri Heydər Əliyev adına Hərbi Liseydə tədrisin və təlim-tərbiyənin hərtərəfli təşkilinə görə kollektivə təşəkkür edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

