/ / Azərbaycan dövlətinin inkişafının möhkəm əsaslarının yaradılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycan dövlətinin inkişafının möhkəm əsaslarının yaradılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
10.07.2009 [10:48]
Dünən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Ulu öndərimiz Heydər Əliyevin ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş geniş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov bildirib ki, zaman özü sübut edir ki, Ulu öndərimiz Heydər Əliyevin ölkəmizdə ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin iyul ayı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Əgər respublikamızda 1969-cu ildən başlayan sosial-iqtisadi inkişafı nəzərdən keçirsək görərik ki, bugünkü xoşbəxtliyimizin, inkişafımızın, firavan yaşayışımızın özülü məhz həmin illərdə Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, gərgin əməyi və zəhməti sayəsində qoyuldu. 1969-cu ilin avqust plenumunda ümummilli liderimiz xalq təsərrüfatının başqa sahələrində olduğu kimi, kənd təsərrüfatında yaranmış vəziyyəti dərindən təhlil etdi, onun sürətli inkişafını təmin edəcək kompleks tədbirlər, təkliflər planı hazırladı.
1970-ci ilin iyul ayında Ulu öndərimizin təşəbbüsü və gərgin əməyi sayəsində SSRİ Nazirlər Sovetinin qəbul etdiyi “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” Qərar respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının inkişafında müstəsna rol oynadı. Cəsarətlə demək olar ki, 1971-1975-ci illər respublikamızın kənd təsərrüfatının inkişafında mühüm tarixi dönüş nöqtəsi oldu. Məhz 1969-cu ildə Ulu öndərimiz kənd təsərrüfatının uzun sürən geriliyinə son qoydu, kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək üçün möhkəm təməl yaratdı: “Tarixi faktlar göstərir ki, 1970-ci ilə qədər respublikamızda orta hesabla cəmi 232 min ton üzüm istehsal olunmuşdu. üzümlüklərin vəziyyəti əkinçilik mədəniyyətinin tələblərinə cavab vermirdi. Ulu öndərimiz yeni üzüm bağlarının salınmasına diqqəti artırdı. Qabaqcıl təcrübənin nailiyyətlərinə əsasən əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsi sahəsində konkret tədbirlər həyata keçirildi. 1975-ci il 9 iyul tarixli “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək haqqında” Qərarının nəticəsində respublikamızda üzümçülükdə görünməmiş nəticələr əldə edildi. 1969-cu ilin iyulundan başlayan Azərbaycan tarixinə nəzər salsaq görürük ki, Ulu öndərimizin rəhbərliyi altında təkcə kənd təsərrüfatı deyil, respublikanın inkişafında önəmli yer tutan bütün sahələrdə ölkəmizin adı SSRİ məkanında həmişə birincilər sırasında çəkilib”.
Daha sonra Q.Məmmədov deyib ki, biz bu gün 1969-cu ildən başlayan tariximizi, Ulu öndərimizi, həm də ona görə qürurla xatırlayırıq ki, ölkəmizin ikinci dəfə müstəqillik əldə etməsindən sonra da Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişaf etməsində, dünya dövlətləri içərisində özünə layiq yer tutmasında müstəsna rolu olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı.
Qeyd etmək lazımdır ki, qəbul edilən kifayət qədər mükəmməl qanunların sayəsində bu gün dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən torpaqlar da son nəticədə Azərbaycan vətəndaşlarının rifahı naminə istifadə edilir. Belə ki, bələdiyyə mülkiyyətinə verilən torpaqlar alqı-satqı, istifadə, icarə və s. qaydalarda, dövlət mülkiyyətində olan torpaqlar da yenə icarə və istifadə qaydasında əhalinin xidmətinə verilir. Nəticə etibarilə bütün qanunlar ölkədə aqrar sahənin inkişafına hüquqi əsas yaratmaqla xalqın maddi rifahının yaxşılaşdırılmasına zəmin yaratmış oldu.
Sonra Komitə sədri bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi, xarici siyasətin əbədi olaraq davam etdirilməsinin, dönməzliyinin təməlinin 1969-cu ildə Ulu öndərimiz tərəfindən qoyulduğunu qeyd edərək əlavə etdi ki, Ulu öndərimizin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Regionların inkişaf proqramı çərçivəsində Azərbaycanın regionlarında çox böyük işlər görülmüşdür. Sahibkarlar sinfi möhkəmlənmiş, yeni zavodlar, fabriklər açılmış, infrastruktur layihələri həyata keçirilmiş, elektrik stansiyaları tikilmiş, su, qaz kəmərləri çəkilmiş, ölkədə 1400 məktəb tikilmiş, 700 min iş yeri açılmışdır.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Fikrət İsmayılov isə qeyd edib ki, Azərbaycanın bugünkü inkişafının təməli 1969-82-ci illərdə qoyulub. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunana qədər ölkəmiz keçmiş sovet respublikaları arasında sonuncu yerləri tuturdu. Baxmayaraq ki, Azərbaycanın çox zəngin təbii sərvətləri var idi, bu sərvətlərdən layiqincə bəhrələnmək, onu iqtisadiyyatın inkişafına yönəltmək mümkün olmamışdı. Ancaq Ulu öndərin ölkəmizə rəhbərlik etməyə başlamasından sonra vəziyyət kökündən dəyişdi. Azərbaycan qısa müddət ərzində böyük iqtisadi sıçrayışa nail oldu. Bu inkişaf təkcə bir sahəni əhatə etmirdi. ümumiyyətlə, Azərbaycanda bütün sahələr paralel olaraq inkişaf yoluna qədəm qoydu, ayrı-ayrı sahələr üzrə yüksək göstəricilər, böyük nailiyyətlər qeydə alınmağa başladı.
Eyni zamanda, ümummilli lider Heydər Əliyev Azərbaycanın milli adət-ənənələrinin bərpa olunması, dilimizin qorunub saxlanılması yönündə də qətiyyətli addımlar atdı. SSRİ-nin dünyaya meydan oxuduğu, milli ayrı-seçkiliyin ən yüksək həddə çatdığı bir vaxtda Heydər Əliyev azərbaycanlı gənclərin hərbi hazırlığının yüksəldilməsi, bacarıqlı hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail oldu. Həmçinin, 1978-ci ildə Azərbaycan dili dövlət dili elan olundu və bu məsələ Konstitusiyada təsbit olundu.
Sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gördüyü böyük işlərdən, misilsiz xidmətlərindən danışıb. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına Allahın bəxş etdiyi milli bir sərvətdir. Baş redaktor, həmçinin, vurğulayıb ki, Ulu öndər Azərbaycanın gələcəyini düşünərək, SSRİ-nin imperialist siyasətini, kommunizm siyasətini xalqımızın milli mənafeləri ilə uzlaşdıra bildi. Məhz bu dövrdə Azərbaycanın bütün sahələr üzrə inkişafının möhkəm əsasları yaradıldı. Sənaye, aqrar sahə, təhsil, səhiyyə və digər bütün sahələrdə inkişafın əsası məhz Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi 1969-82-ci illərdə qoyuldu. Bu gün Azərbaycan dövlətinin inkişafının əsasında duran neft strategiyasının gerçəkləşdirilməsi, sənayeləşmənin regionlarda yayılması da məhz Ulu öndərin adı ilə bağlıdır. Lakin 1982-ci ildə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən getməsindən sonra 1993-cü ilə qədər Onun başladığı bütün işlər yarımçıq qaldı. Yalnız 1993-cü ildə Azərbaycanda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev 11 il öncə yarımçıq qalmış bütün layihələrini yenidən gerçəkləşdirməyə başladı. “Tarixi şəxsiyyətlər bütün məqamları xalqın önündə getməyi bacaran şəxsiyyətlərdir. Tarixi şəxsiyyətlər, liderlər mənsub olduğu xalqın, millətin, dövlətin ən çətin günlərində bütün məsuliyyəti öz üzərinə götürür, gücünə, biliyinə, potensialına arxalanaraq, xalqını çətin durumlardan xilas edir. 1969-cu ildə olduğu kimi, 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev dövlətimizi, xalqımızı böyük bəlalardan, uçurumdan xilas etdi, Azərbaycanı inkişaf yoluna çıxardı” - deyən baş redaktor bir daha vurğulayıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun bu gün bütün istiqamətlərdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi gücünü artırır, dünyadakı mövqeyini möhkəmləndirir. Azərbaycan bu gün dünyada etimadla, hörmətlə qarşılanan, böyük dövlətlərin hesablaşdığı güc mərkəzinə çevrilməkdədir.
Aqşin ŞAHİNOÄžLU
Aygül ELDARQIZI
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43
