/ / Cavanşir Feyziyev: Avropa Parlamentində Əfqan Muxtarlı ilə bağlı müzakirələrin aparılması yersizdir
Cavanşir Feyziyev: Avropa Parlamentində Əfqan Muxtarlı ilə bağlı müzakirələrin aparılması yersizdir
17.06.2017 [10:28]
Avropa Parlamentində Əfqan Muxtarlı ilə bağlı müzakirələrin aparılması yersizdir. Azərbaycanın hüquq-mühafizə orqanları cəmi bir neçə gün əvvəl həbs olunan Əfqan Muxtarlının sərhədi qanunsuz keçməyə, gömrük baxışından kənar pul vəsaitlərini sərhəddən qeyri-qanuni keçirməyə cəhd etməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe olmaması barədə rəsmi məlumat yayıblar. İstintaq yeni başlanır və hadisənin təfərrüatları hələlik tam təsbit olunmayıb. Buna baxmayaraq ölkəmizə qarşı hər zaman təxribatçılıq etməyə hazır olan qüvvələr dərhal hadisəni siyasiləşdirməyə çalışıb və Əfqan Muxtarlının guya jurnalist fəaliyyəti ilə bağlı həbs olunması haqqında əsassız şayiələr yaymaqla məsələnin Avropa Parlamentinin iclasında müzakirəyə çıxarılmasına nail olublar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib.
C.Feyziyev qeyd edib ki, bununla belə, müzakirədə iştirak edən Avropa deputatlarının 50 faizə yaxını hadisənin əsl mahiyyətini öyrənmədən məsələnin səsverməyə çixarılmasının əleyhinə olduqlarını bildiriblər. Bu, onu deməyə əsas verir ki, avropalı həmkarlarımızın heç də hamısı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında iştirak etməyib. Təəssüfləndirici hal ondan ibarətdir ki, bəzi deputatlar regionda mövcud geosiyasi durumu nəzərə almadan, baş vermiş adi bir kriminal hadisədən siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərini anlamadan bu müzakirələrdə iştirak edib və təklif olunan qətnamə layihəsini dəstəkləyiblər. Bu qətnamədə baş vermiş hadisənin ciddi şəkildə araşdırılmasına və qanunauyğun addımlar atılmasına çağırışla yanaşı, Əfqan Muxtarlının dərhal və qeyd-şərtsiz həbsdən azad olunması tələb olunur ki, bu da qanunvericiliyə zidd tələbdir. Hər hansı bir şəxsin həbs olunub-olunmaması ölkənin qanunvericiliyinə əsaslanmalıdır və bu, müvafiq icra strukturlarının səlahiyyətinə daxil olan məsələdir. “Biz əminik ki, Azərbaycan hüquq-mühafizə orqanları göstərilən faktı araşdıraraq qanunauyğun nəticəyə gələcək. Avropa Parlamenti üzvlərinin digər bir dövlətin hüquq-mühafizə və məhkəmə orqanlarına hər hansı göstəriş verməsi məntiqdən uzaqdır”, - deyə C.Feyziyev bildirib.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

