Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın Sədr müavini Əli Əhmədov Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinlə görüşüb

YAP-ın Sədr müavini Əli Əhmədov Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinlə görüşüb

09.07.2009 [10:41]

Dünən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Rusiya Federasiyasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ilə partiyanın mənzil qərargahında görüşüb. Qonağı salamlayan Əli Əhmədov, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında istər siyasi, istərsə də iqtisadi sahələrdə sıx əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. Səfir Vladimir Doroxin iki ölkə arasındakı əlaqələrin perspektivi ilə bağlı YAP Sədrinin müavini ilə həmfikir olduğunu deyib və sarsılmaz dostluq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Əli Əhmədov Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçiliyinin yüksək qiymətləndirildiyini və yaxın gələcəkdə problemin sülh yolu ilə həllinə nail olunacağını bildirib. Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. Görüşdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin də iştirak edib.

Paylaş:
Baxılıb: 1091 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30