/ / Bu gün Azərbaycan yüksək iqtisadi artıma malik olan, sürətlə inkişaf edən gənc demokratik ölkədir
Bu gün Azərbaycan yüksək iqtisadi artıma malik olan, sürətlə inkişaf edən gənc demokratik ölkədir
09.07.2009 [10:39]
Dünən Bakıda Azərbaycan Respublikasının Diplomatik Xidmətinin 90 illiyinə həsr olunmuş “Azərbaycan qlobal siyasətdə: xarici siyasətin formalaşması” adlı beynəlxalq konfrans keçirilib. Konfransa sədrlik edən xarici işlər nazirinin müavini Hafiz Paşayev 90 il əvvəl Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığını, bu dövlətin qurulması ilə diplomatik xidmətin əsaslarının qoyulduğunu diqqətə çatdırıb.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Xarici İşlər Nazirliyinin yaranması, keçdiyi yol və qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
E.Məmmədyarov vurğulayıb ki, Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqı öz müstəqilliyini bərpa etmək və dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət qazanıb. Həmin vaxtlar çoxları qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalıb, ağır iqtisadi böhranın və daxili qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxacağına və uğur qazanacağına inanmırdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Prezident seçilməsindən sonra Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsinə başlanılıb. Ulu öndər Heydər Əliyev xarici əlaqələrimizi genişləndirib, ölkənin uzunmüddətli inkişafının təməlini qoyub. Bugünkü Azərbaycan dövlətçiliyinin köklərinin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı olduğunu deyən nazir bildirib ki, AXC-nin qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Xarici İşlər Nazirliyi də daxil olmaqla əsas dövlət institutları məhz həmin dövrdə yaradılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının xarici siyasətimizin bir nömrəli prioriteti olduğunu qeyd edən E.Məmmədyarov vurğulayıb ki, biz münaqişənin həlli üçün erməni hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən çıxarılması, bu ərazilərdə Azərbaycanın pozulmuş suveren hüquqlarının bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, qanuni və demokratik proses çərçivəsində Dağlıq Qarabağda Azərbaycan və erməni icmalarının dinc yanaşı yaşaması və Azərbaycan Respublikasının tərkibində muxtariyyətini təmin edəcək statusun müəyyənləşdirilməsindən başqa bir yol görmürük. Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqdir və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ədalətli həllinin dəstəklənməsi üçün bütün səylərini səfərbər etməklə öz tərəfdaşları, beynəlxalq və regional təşkilatlarla aparılan işi davam edəcək.
Türkiyənin keçmiş xarici işlər naziri və parlamentinin sabiq sədri Hikmət çətin ölkəmizin qısa müddətdə böyük nailiyyətlər əldə etdiyini vurğulayaraq bildirib ki, bu gün Azərbaycan yüksək iqtisadi artıma malik olan, sürətlə inkişaf edən gənc demokratik ölkədir. Azərbaycan öz milli maraqlarının gerçəkləşdirilməsi, habelə, regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün özünün iqtisadi və siyasi imkanlarından məharətlə istifadə edir.
Ulu öndər Heydər Əliyevin ölkəmizin Avroatlantika məkanına inteqrasiyası yolunda böyük xidmətləri olduğunu qeyd edən H.çətin deyib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınıb.
Rusiya prezidentinin sabiq xüsusi nümayəndəsi və keçmiş energetika naziri Viktor Kalyujnı, CNN agentliyinin baş siyasi icmalçısı Bil Şnayder və başqaları bildiriblər ki, Azərbaycan dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan müstəqil xarici siyasət yürüdür. Azərbaycan bütün ölkələrlə dostluq və qarşılıqlı səmərəli əlaqələrini inkişaf etdirməklə öz regionunda və onun sərhədlərindən kənarda mehriban qonşuluğu təşviq etməkdə çox maraqlıdır.
Beynəlxalq konfrans işini sessiyalarda davam etdirib. Sessiyalarda “Bölgə təhlükəsizlik və münaqişələr: Güc tarazlığının tapılması”, “Bölgədəki iqtisadi və enerji inkişafı - xarici siyasət amili” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Konfransda Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə yanaşı, bir çox ölkələrin xarici siyasət idarələrinin nümayəndələri iştirak ediblər.
Konfrans çərçivəsində “Azərbaycan qlobal siyasətdə: Xarici siyasətin formalaşması” kitabının təqdimatı olub.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

