Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə daxil olub
13.06.2017 [09:46]
Prezident İlham Əliyev: Qarşımızda heç bir maneə yoxdur və çox yaxşı haldır ki, biz ABŞ-ın yeni administrasiyası ilə həm enerji sahəsində, həm də Prezident Trampın məktubda dediyi kimi, bir çox digər sahələrdə də yaxşı əməkdaşlığı davam etdiririk
Azərbaycanın qısa müstəqillik tarixində əldə etdiyi ən böyük uğurlarından biri ölkəmizin beynəlxalq imicinin əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, praqmatik siyasət Azərbaycanın regional və qlobal miqyasda nüfuzlu aktora çevrilməsini təmin edib. Respublikamız qlobal miqyasda sülhyaratma missiyalarında, terrorizmə qarşı birgə mübarizə tədbirlərində fəal iştirak edir, eyni zamanda, mütəmadi olaraq ölkələr arasında etimad, qarşılıqlı hörmət mühitinin möhkəmlənməsinə töhfə verən yeni təşəbbüslər irəli sürür. Azərbaycanın bu müsbət niyyəti və rolu beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, cəmi 25 illik müstəqillik tarixinə malik ölkəmiz dünyanın əksər dövlətləri ilə sıx partnyorluq münasibətləri qurub, 155 dövlətin dəstəyini qazanaraq BMT kimi mötəbər qurumun Təhlükəsizlik Şurasına 2012-2013-cü illərdə qeyri-daimi üzv seçilib. Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində respublikamızın xarici dövlətlərlə əlaqələrinin genişlənməsindən məmnunluğunu bildirərək vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır: “Azərbaycan xarici siyasət sahəsində böyük uğurlar əldə edib. Bunu artıq Azərbaycan ictimaiyyəti bilir. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır”.
25 illik tarixə malik Azərbaycan-ABŞ əlaqələrini bundan sonra da inkişaf etdirmək üçün heç bir maneə yoxdur
Dünya dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığı qarşılıqlı faydalılıq prinsipi əsasında daha da möhkəmlətmək Azərbaycanın xarici siyasət kursunun əsas prioritetlərindən birini təşkil edir. Respublikamızın təcavüzkar Ermənistan istisna olmaqla nə regional, nə də qlobal miqyasda heç bir dövlətlə problemi yoxdur. Bu kontekstdə Azərbaycanın dünyanın supergüc dövlətlərindən olan Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin dərinləşməsi və yeni istiqamətləri əhatə etməsi də diqqətəlayiq haldır.
İki ölkə arasında münasibətlərin 25 illik tarixi var. ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, ölkələrimiz arasında diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə qurulub. Ötən dövrdə Azərbaycanla ABŞ arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq platformasının yaranması təqdirəlayiq haldır. İki ölkə arasında təhlükəsizlik, terrorizmə qarşı mübarizə ilə yanaşı, həmçinin iqtisadi sahədə, o cümlədən də enerji, logistika, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın uğurla genişləndiyini xüsusi vurğulamaq lazımdır. Hazırda Azərbaycan ABŞ-ın Cənubi Qafqaz bölgəsində ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi yeni missiyalar sayəsində durmadan inkişaf edir. ABŞ-dan Azərbaycana və Azərbaycandan ABŞ-a olunan ixracın məbləği təxminən bərabərdir. İki ölkə arasında ticarət dövriyyəsi müxtəlif mallardan ibarətdir. Bunlar petrokimya sahəsinə, kənd təsərrüfatına aid mallar və bəzi avadanlıqlardır. İndiyədək ABŞ Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan çox investisiya yönəldib. Hazırda ölkəmizdə 200-dən çox ABŞ şirkəti böyük uğurla fəaliyyət göstərir.
Azərbaycanla ABŞ arasında siyasi əlaqələr də getdikcə yeni çalarlarla zənginləşir. ABŞ Rusiya və Fransa ilə bərabər, ATƏT-in ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə cəlb olunan Minsk qrupunun üç həmsədr ölkəsindən biridir. İki ölkənin yüksək səviyyəli rəsmiləri mütəmadi olaraq qarşılıqlı səfərlər edirlər. Görüşlərdə bir qayda olaraq münasibətlərin perspektivləri ilə bağlı hər iki tərəfin niyyətləri ifadə olunur. ABŞ tərəfi Azərbaycanın regiondakı strateji önəmini, həmçinin beynəlxalq sülhyaratma missiyalarının tərkibində fəaliyyətini, terrorizmə dəstəyini yüksək qiymətləndirir.
İki ölkə arasında münasibətlərin perspektivi barədə isə daha nikbin proqnozlar ifadə etmək mümkündür. ABŞ-da keçirilən son prezident seçkilərindən sonra formalaşan yeni administrasiya Azərbaycanla əlaqələrin dərinləşməsinə və yeni müstəvidə inkişaf etdirilməsinə siyasi iradə nümayiş etdirir. Bunu ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktublarında vurğulanan fikirlər bir daha təsdiqləyir. Bəhs olunan məktublarda ifadə edilən fikirlərdən də göründüyü kimi, Donald Tramp prezident seçildikdən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni dönəm başlayıb. Yeni dönəm iki əsas məqamı özündə ehtiva edir. Bu məqamlardan biri ABŞ-ın xarici siyasətində müəyyən korrektələrin ediləcəyi ilə bağlıdır. Sənədlərdə bəyan edilir ki, ABŞ əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. ABŞ Prezidenti digər ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyur. Bu siyasət isə öz növbəsində müəyyən dövrlərdə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan neqativ hallar və soyuqluğun aradan qaldırılmasını, iki ölkə arasında faydalı və bərəbərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur. Prezident D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətlərdə əks olunmuş fikirlərdə ölkələr arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına işarə edilir. Məktublarda D.Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirib. Məktublarda xüsusi olaraq vurğulanıb ki, ABŞ Prezidenti Azərbaycanı Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı hesab edir və son 25 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin daha da gücləndirilməsini arzu edir.
Məktublarda qeyd olunub ki, ABŞ Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləyir və alqışlayır, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyir. ABŞ Prezidenti Azərbaycan və Amerika xalqlarının rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını səmimiyyətlə arzulayır. Sənədlərdə bildirilir ki, ABŞ Azərbaycan xalqının yanındadır və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqdir.
Prezident D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublarda ifadə olunan fikirləri dəyərləndirən ekspertlər vurğulayırlar ki, bu ölkənin Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyəti bir tərəfdən ABŞ-ın xarici siyasətində müşahidə edilən keyfiyyət dəyişiklikləri ilə bağlıdırsa, burada başqa mühüm amili - qlobal miqyasda Azərbaycanın nüfuzunun artması faktorunu da xüsusi qeyd etmək lazımdır. Xarici dövlətlər, o cümlədən də ABŞ Azərbaycanın və dövlət başçısı İlham Əliyevin qlobal proseslərə müsbət təsir göstərmək səylərini yüksək dəyərləndirirlər. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanla görüşdə ölkəmizin ABŞ-la bir çox sahələrdə münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluq ifadə edərək bildirib: “Qarşımızda heç bir maneə yoxdur və çox yaxşı haldır ki, biz ABŞ-ın yeni administrasiyası ilə həm enerji sahəsində, həm də Prezident Trampın məktubda dediyi kimi, bir çox digər sahələrdə də yaxşı əməkdaşlığı davam etdiririk”.
ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir
İndiyədək ölkəmiz regional və qlobal əhəmiyyətli bir sıra layihələrin həyata keçirilməsinə sanballı töhfələr verib. Məhz respublikamızın şaxələndirilmiş enerji siyasəti, təşəbbüsləri, böyük fəallığı sayəsində Xəzər hövzəsi bir sıra ölkələr, Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilib. Hazırda isə Azərbaycanın fəal iştirakı ilə miqyasına görə XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi” inşa olunur. “Əsrin müqaviləsi”ndən sonra 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. Çünki “Cənub Qaz Dəhlizi” layihəsinin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. Yeni layihənin təməli 2014-cü il sentyabrın 20-də Bakıda qoyulub. Artıq “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması yolunda önəmli addımlar atılıb. Ötən müddətdə layihədə iştirak edən ölkələrin bir sıra ikitərəfli və çoxtərəfli görüşləri keçirilib və layihə ətrafında aktual məsələlər müzakirə edilib.
“Cənub Daz Dəhlizi”nin ərsəyə gəlməsində regionda qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi həlledici olmuşdur. Bu təşəbbüs Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş arealda inkişafı üçün etibarlı zəmin hazırlamışdır. Həyata keçirilən bu layihə Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə şərait yaradacaq.
“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması çox haqlı olaraq gələcəyə baxış kimi dəyərləndirilir. Avropanın enerji təhlükəsizliyi üçün nəzərdə tutulan bu dəhliz 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulub. Layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq. “Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddəti 2048-ci ilə qədər uzadılıb.
Azərbaycan bəzi dövlətlərin enerji siyasətində qeyri-konstruktiv mövqe tutmalarının qəti əleyhinədir. Ölkəmizin ədalətli mövqeyi belədir: Enerji amili heç vaxt siyasi tələb vasitəsinə çevrilməməlidir. Yalnız enerji əməkdaşlığının siyasi formatdan ayrılacağı təqdirdə uğur qazanmaq mümkündür.
Azərbaycanın enerji siyasətində ədalətli yanaşma nümayiş etdirməsi və “Cənub Qaz Dəhlizi” layihəsinə sadiq qalması tərəfdaş ölkələrin, o cümlədən də ABŞ-ın böyük rəğbətinə səbəb olub. Yeri gəlmişkən, yuxarıda bəhs olunan məktublarda vurğulandığı kimi, ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən “Cənub Qaz Dəhlizi”ni qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir. Sənədlərdə vurğulanır ki, ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir.
Ümumiyyətlə, Xəzər hövzəsində qlobal əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsində Azərbaycanla ABŞ arasında nümunəvi əməkdaşlıq modeli formalaşıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bakı-Tbilisi-Ceyhan” layihəsini və ondan sonra icra olunan layihələri, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsini ABŞ hökuməti həmişə güclü şəkildə dəstəkləmişdir. Qlobal enerji layihələrində Azərbaycanla ABŞ arasında əməkdaşlığın yaxşı tarixi olduğuna diqqət çəkən Azərbaycanın dövlət başçısı deyib: “ABŞ hökumətinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsi böyük əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlığımız yaxşı tarixə malikdir”.
Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan ədalətli mövqeyindən heç vaxt geri çəkilməyəcək
Yuxarıda bəhs olunan məktublarda Azərbaycanın terrorizmə qarşı mübarizəyə öz töhfəsini verməsi də yüksək qiymətləndirilib. Məlumdur ki, hazırda qlobal miqyasda terrorizmə qarşı mübarizə çağırışlarının aktuallığı artıb. Bu da yaranmış vəziyyətlə bağlıdır. Hazırda dünya sərhəd tanımayan terrorizm təhlükəsindən, separatçılıq meyillərindən ciddi narahatlıq yaşamaqdadır. Terror qurbanlarının sayı durmadan artır. Uşaqlar, qadınlar, ticarət, istirahət, əyləncə məkanları, dövlət qurumları, təhsil ocaqları terror hədəfinə çevrilməkdədir.
Azərbaycan da Ermənistanın ölkəmizə qarşı planlaşdırdığı və həyata keçirdiyi qanlı terror ssenarilərindən, işğalçılıq siyasətindən əziyyət çəkən ölkə kimi bu dəhşətli bəlaya qarşı qətiyyətlə mübarizə aparılmasının tərəfdarıdır. Ölkəmiz sülhyaratma missiyalarına, terrora qarşı mübarizə tədbirlərinə bir qayda olaraq yüksək səviyyədə dəstək nümayiş etdirir. Azərbaycanın bu istiqamətdəki səyləri dünya dövlətləri, o cümlədən də ABŞ tərəfindən yüksək qiymətləndirilir. Yuxarıda bəhs olunan sənədlərdə də xüsusi olaraq vurğulanır ki, ABŞ və Azərbaycan birgə səylərlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırlar.
Hazırda beynəlxalq münasibətlərdə gərginlik hədsiz dərəcədə artıb. Bunun bir səbəbi də həll olunmamış münaqişələrdir. Yaranmış vəziyyətdə iyirmi ildən çoxdur ki davam edən və siyasi-iqtisadi müstəvidə regiona çoxsaylı narahatlıqlar gətirən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bir zərurət kimi meydana çıxıb. Bu cəhət beynəlxalq təşkilatların hesabatlarında da nəzərə çatdırılır. Beynəlxalq Böhran Qrupunun bu yaxınlarda yaydığı hesabatda vurğulanıb ki, son vaxtlarda regionda vəziyyətin gərginləşməsinin mühüm səbəblərindən biri də münaqişənin hələ də həllini tapmaması ilə əlaqədardır. Dağlıq Qarabağ probleminin həllinin illər boyu uzanması belə qənaət ifadə etməyə əsas verir ki, müəyyən mərkəzlər status-kvonun saxlanmasında, münaqişənin həllinin arxa plana keçməsində maraqlıdırlar və buna səy göstərirlər. Ancaq Azərbaycan münaqişənin “unudulmasına” əsla yol vermir. Prezident İlham Əliyev qəti şəkildə bəyan edib ki, Azərbaycan bir qarış torpağının da düşmən işğalında qalmasına imkan verməyəcək. Dövlət başçısı Respublika Günü münasibətilə keçirilən qəbuldakı nitqində Azərbaycanın prinsipial mövqeyini bir daha nəzərə çatdıraraq deyib: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ölkələrin ərazi bütövlüyü çərçivəsində, Helsinki Yekun Aktının qərarlarına uyğun şəkildə öz həllini tapmalıdır”.
Ölkəmiz öz prinsipial mövqeyini həm də real gücü ilə təsdiqləyir. Aprel döyüşləri ölkəmizin ədalətli mövqeyindən heç vaxt geri çəkilməyəcəyini bir daha bütün dünyaya nümayiş etdirdi. Dünyada terrorizmə qarşı mübarizəyə töhfə verən Azərbaycanın böyük dövlətlərdən, o cümlədən də münaqişənin sülh yolu ilə həllinə cəlb olunan Minsk qrupunun həmsədr dövlətlərindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmasına daha artıq dərəcədə səy göstərmələrini tələb etməyə haqqı vardır. Yeri gəlmişkən, Fransa Prezidenti Emmanuel Makron Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinin, nəhayət, tapılmasında Fransa Minsk qrupunun həmsədri kimi öz öhdəliyinə sadiq qalacaqdır. ABŞ-ın dövlət katibi Reks Tillersonun Azərbaycan Prezidentinə ünvanladığı məktubda da oxşar fikirlər yer alıb. Minsk qrupunun həmsədr dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu qəbildən fikirlər ifadə etmələri Azərbaycanın fəal diplomatik səylərinin, ölkənin ərazi bütövlüyünün həllində nümayiş etdirdiyi qətiyyətin təsdiqidir. Ümid edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərləri deyilənlər kontekstində irəliyə doğru bir təkan olacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

