“Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans keçirilib
10.06.2017 [10:36]
Əli Əhmədov: Bu gün qadınlarımızın cəmiyyətin müxtəlif sahələrində əldə etdikləri yüksək nailiyyətlər görülən işlərin mühüm göstəricisi və nəticəsidir
İyunun 9-da Bakıda Birləşmiş Millətlər Təşkilatı (BMT), İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov diqqətə çatdırıb ki, dayanıqlı inkişafın təmin olunması, dünyanın mövcud mənzərəsinin dəyişdirilməsi üçün qarşıya qoyulan vəzifələrin hər biri dünya ölkələri üçün böyük əhəmiyyət daşıyır. Bu vəzifələr sırasında ən vacib məsələlərdən biri qadınların cəmiyyət həyatında iştirakçılığının artırılması, eləcə də gender bərabərliyinin təmin olunmasıdır.
Ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Baş nazirin müavini bu istiqamətdə görülən işlərin dayanıqlı inkişafın təmin olunması baxımından böyük əhəmiyyətə malik olduğunu deyib. Bildirilib ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə yanaşı, gender bərabərliyinin təmin edilməsi, qadınların ictimai fəallığının artırılması məqsədilə mühüm dövlət sənədləri qəbul edilib. Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini deyən Baş nazirin müavini vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan qadınları müxtəlif sahələrdə layiqli şəkildə təmsil olunurlar: “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan cəmiyyətində qadınlar ictimai və siyasi həyatda yaxından iştirak edirlər. Bundan başqa, Azərbaycanda gender məsələlərinə həssaslıqla yanaşılır”.
Baş nazirin müavini əlavə edib ki, bu gün qadınlarımızın cəmiyyətin müxtəlif sahələrində əldə etdikləri yüksək nailiyyətlər görülən işlərin mühüm göstəricisi və nəticəsidir. Ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Diqqətə çatdırılıb ki, son illərdə dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı qəbul olunan qanunlar bir daha göstərir ki, Azərbaycanda bu proses davamlıdır.
Əli Əhmədov əlavə edib ki, gender bərabərliyinin təmin edilməsi cəmiyyətin inkişafı üçün qadınların potensialından geniş istifadə imkanı yaradır. İctimai işlərdə, iqtisadiyyat və digər sahələrdə qadınların potensialından nə qədər çox istifadə edilirsə, cəmiyyət bir o qədər çox sürətlə inkişaf edir.
Baş nazirin müavini vurğulayıb ki, beynəlxalq təşkilatların hesablamalarına görə, dünyada kişilərin 70, qadınların 46 faizi ictimai fəaliyyətə cəlb edilib: “Eyni zamanda, dünyada bütövlükdə görülən işlərin üçdə ikisini qadınlar yerinə yetirirlər. Buraya, əlbəttə ki, ailə təsərrüfatının idarə olunması da daxildir. Görülən işlərin üçdə ikisini yerinə yetirmələrinə baxmayaraq, yaradılan dəyərlərin yalnız 10 faizi qadınlara çatır. Dünyada təhsil almaqdan məhrum olanların üçdə ikisi də qadınlardır. BMT-nin hesablamalarına görə, dünyada hər dəqiqə doğuş zamanı 1, il ərzində 500 minə qədər qadın həyatını itirir. Təbii ki, bu cür hallar beynəlxalq ictimaiyyəti narahat etməkdədir. Bunların aradan qaldırılması üçün dünya miqyasında müvafiq tədbirlər görülür, ayrı-ayrı proqramlar qəbul olunur. Məhz gender bərabərliyinin təmin olunması istiqamətində qəbul edilən proqramlar, həyata keçirilən tədbirlər bu baxımdan xüsusi qeyd edilməlidir”.
Əli Əhmədov deyib ki, Azərbaycan qadınlarının ictimai-siyasi həyatda fəallığının artması təqdirəlayiq haldır: “Ölkəmizdə təhsil, səhiyyə sahələrində qadınların iştirakı kişilərdən xeyli üstündür. Bu sahədə çalışanların təxminən 70 faizindən çoxunu qadınlar təşkil edir. Bu həm də Azərbaycan qadınlarının təhsil səviyyəsinin kifayət qədər yüksək olduğunu göstərir. Bununla yanaşı, qadınların ictimai fəallığının yüksək olduğunu da müşahidə edirik. Ölkəmizdə qadınlar vətəndaş cəmiyyəti institutlarında, eləcə də parlamentdə fəal təmsil olunurlar. Eyni zamanda, qadınlar bələdiyyələrdə təxminən 35 faiz təmsil olunurlar. Bu, inkişaf tempinin nəzərə alınması kontekstində yaxşı göstəricilərdən biridir”.
Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirməsi məsələsinə toxunan Əli Əhmədov bildirib ki, bunun üçün hökumətimiz bütün qüvvəsini səfərbər edib. Hökumətimizin seçdiyi yol bundan ibarədir ki, bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi sahələrdə, qərarların qəbul olunması prosesində qadınların rolu artmalıdır.
BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai bildirib ki, Azərbaycanda gender bərabərliyinə xüsusi diqqət yetirilir. Qadınları sosial sahələrdə daha çox fəallıq nümayiş etdirdiyini deyən Q.İshaqzai diqqətə çatdırıb ki, dünya ölkələrində cəmiyyət həyatının müxtəlif sahələrində qadınların fəallığı aktual məsələ kimi qarşıda durur. Bir sıra ölkələrdə qadınlar parlamentdə və digər dövlət işlərində təmsil olunurlar. Ancaq təəssüf ki, qadınlara qarşı ayrı-seçkiliyin mövcud olduğu ölkələr də var. Azərbaycanda isə gender bərabərliyi inkişaf edir, qadınların ictimai həyatda iştirakı artır. Hətta Azərbaycan 1918-ci ildə Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub.
Q.İshaqzai əlavə edib ki, Azərbaycan gender bərabərliyi ilə bağlı bir sıra konvensiyalara qoşulub. Bu sahədə işlərin davam etdirilməsi önəmlidir. Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyinə xüsusi önəm verilir. Dayanıqlı İnkişaf Məqsədlərinin gender bərabərliyi ilə bağlı komponentlərinin uğurla yerinə yetirilməsi də önəmli məsələlərdəndir. Qadınların iqtisadi həyatda rolunun artırılmasına daha çox önəm verilməlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, DİM-in 17 məqsədinin, demək olar ki, hamısında gender amilinə xüsusi diqqət yetirilmişdir. Ölkə siyasətinin dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunun qiymətləndirilməsində yoxsulluq indeksi, insan indeksi inkişafı ilə yanaşı, gender bərabərliyi göstəriciləri mühüm əhəmiyyətə malikdir. Belə ki, gender bərabərliyi faktoruna əsaslanan insan inkişafı indeksi qiymətləndirmədə nəzərə alınan əsas göstəricilərdəndir.
Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini və gender bərabərliyinin təmin olunduğunu deyən komitə sədri əlavə edib ki, 2012-ci ildə sahibkarlar arasında qadınlar 17 faiz təşkil edirdisə, 2017-ci ilin əvvəlində bu göstərici 21 faizə çatıb. 78 rayon İcra Hakimiyyətindən 71-də icra başçılarının müavinləri qadınlardır. Azərbaycanda qadın alverinin və uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində ardıcıl işlər görülür. Azərbaycan hökuməti uşaqların, qadınların təhsilinə xüsusi diqqət yetirir. Bu sahədə fəallığın artırılması qarşımızda əsas vəzifə kimi dayanır. Komitə sədri bildirib ki, mühüm prioritetlərdən biri də gender zorakılığı və uşaqlara qarşı zorakılıq, eləcə də insan alveri hallarına qarşı mübarizənin gücləndirilməsidir. Bu sahədə də müəyyən işlər görülüb. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmış, gender məsələləri üzrə əlaqələndirici şəxslər müəyyən edilmişdir.
Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, müasir dövrdə gender bərabərliyinin, qadınların cəmiyyət həyatının müxtəlif sahələrində iştirakçılığının təmin olunması aktual məsələlərdən və mühüm prioritetlərdən biridir. Hazırda qadınların inkişaf prosesində əhəmiyyətli rola malik olduğunu deyən B.Muradova əlavə edib ki, qadınların nə dərəcədə inkişaf komponenti kimi çıxış etməsinə diqqət yetirmək lazımdır: “Qadınlar cəmiyyətin ayrılmaz hissəsidirlər. Biz, ümumilikdə, cəmiyyəti maarifləndirməliyik. Bu zaman dayanıqlı inkişaf da mümkün olacaq. Azərbaycanda qanunvericilik bazası və ənənələrimiz baxımından gender bərabərliyi ilə bağlı problem yoxdur”.
Qadınların ictimai fəallığa təşviq edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən B.Muradova əlavə edib ki, cəmiyyət və dövlət həyatında, qərar qəbul olunması prosesində qadınların potensialından istifadə olunması məsələsi də aktualdır. Qadınların iştirakçılığının artırılması, ümumən, cəmiyyətin və dövlətin inkişafına xidmət edir.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qadınların ölkənin ictimai, mədəni və iqtisadi həyatında rolunun artırılmasının dayanıqlı inkişafın təmin olunması baxımından xüsusi önəmə malik olduğunu deyib. Cəmiyyətlərin və ölkələrin inkişafında qadınların rolundan bəhs edən S.Həsənova bu məsələnin müasir dövrün ən aktul məsələlərindən biri olduğunu bildirib. Nazir müavini ölkəmizdə qadınların ictimai-siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirakında dövlət qadın siyasətinin böyük əhəmiyyət və rola malik olduğunu bildirib. Bu sahədə həyata keçirilən dövlət siyasəti mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirib. O qeyd edib ki, Azərbaycan qadınları fəaliyyət göstərdikləri sahələrdə fədakarlıqla çalışır, dövlət quruculuğu prosesinə layiqli töhfələr verirlər. Ölkəmizdə qadınların cəmiyyət həyatının müxtəlif sahələrində iştirakı, gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır.
Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva Azərbaycanda gender bərabərliyi sahəsində görülən işlər və layihələr barəsində məlumat verib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

