Sankt-Peterburqda AZƏRTAC və Sinxua arasında birgə layihələrin reallaşdırılması müzakirə olunub
03.06.2017 [10:27]
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Çinin Sinxua agentliyi əməkdaşlığı genişləndirmək və birgə layihələr həyata keçirməklə bağlı razılaşma əldə ediblər.
Bununla bağlı müzakirələr Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və Sinxua-nın vitse-prezidenti Janq Sutanq arasında iyunun 2-də keçirilən görüşdə aparılıb.
Baş direktor Aslan Aslanov AZƏRTAC ilə Sinxua-nın uzun müddətdir səmərəli əməkdaşlıq etdiyini, sıx informasiya mübadiləsi apardığını, birgə fotosərgilər həyata keçirdiyini qeyd edib. Bildirilib ki, AZƏRTAC-da Çin dilində informasiya redaksiyası fəaliyyət göstərir, agentlik Bakıdakı Konfutsi İnstitutu ilə sıx əməkdaşlıq edir. Hazırda agentliklərin yeni tərəfdaşlıq müqaviləsinin layihəsi üzərində iş aparıldığını deyən Aslan Aslanov sənədin Sinxua agentliyinin prezidenti Çai Minqjao ilə Bakıda imzalanmasından məmnun olacağını vurğulayıb.
Janq Sutanq Sinxua agentliyinin AZƏRTAC ilə əməkdaşlığa önəm verdiyini, birgə layihələrin həyata keçirilməsinin, informasiya mübadiləsinin genişləndirilməsinin onların marağında olduğunu diqqətə çatdırıb. AZƏRTAC-da Çin dili redaksiyasının fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edərək o, Sinxua-nın da bu istiqamətdə lazımi dəstək göstərməyə hazır olduğunu söyləyib. Janq Sutanq Azərbaycan, onun mədəniyyəti və inkişafı haqqında çox eşitdiyini, dünyanın gözəl şəhərlərindən birinə çevrilmiş Bakıya məmnuniyyətlə səfər etmək istədiyini deyib.
Görüşdə hər iki agentlik tərəfindən “Bir kəmər - bir yol”, Böyük İpək Yolu, həmçinin Azərbaycanın və Çinin iştirak etdiyi digər böyük layihələrə informasiya dəstəyinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrlik etdiyi müddətdə Sinxua ilə münasibətlərin yeni mərhələyə yüksəlməsi yolları, OANA-nın saytında üzv agentliklərin fəallığı, qarşılıqlı informasiya mübadiləsi və digər məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

