Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gürcüstan parlamentinin deputatı: Müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri baş tutmayacaq

Gürcüstan parlamentinin deputatı: Müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri baş tutmayacaq

03.06.2017 [10:27]

“Əfqan Muxtarlının saxlanılmasını əsas gətirərək müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri heç vaxt baş tutmayacaq”.
Bu barədə “Trend”ə açıqlamasında Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib.
Millət vəkili bildirib ki, bu cür qara qüvvələr dəfələrlə Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirən addımlar atsalar da, onların bu cəhdləri iflasa uğrayıb: “Birincisi, Əfqan Muxtarlının Gürcüstanda saxlanılması barədə məlumatlar təsdiqlənməyib. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilən açıqlamada göstərilir ki, Əfqan Muxtarlı Azərbaycan-Gürcüstan sərhədini qeyri-qanuni keçdiyi üçün saxlanılıb. Əfqan Muxtarlının Gürcüstan tərəfinin saxlayıb təhvil verməsi ilə bağlı heç bir sübut yoxdur. Bu hadisənin iki ölkə arasında münasibətləri korlamasına gəlincə isə, bu, mümkün deyil. Gürcüstan-Azərbaycan münasibətlərini bir neçə dəfə korlamaq cəhdləri olub. Ancaq bu cəhdlər baş tutmayıb. Çünki Gürcüstan-Azərbaycan dostluğu böyük tarixi keçmişə dayanır. İki dost, qardaş dövlət arasında olan münasibəti heç bir qara qüvvə korlaya bilməz”.

Paylaş:
Baxılıb: 584 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30