Naxçıvanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
02.06.2017 [10:09]
İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində festival keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda çıxış edərək deyib: “Bu gün sizinlə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edirik. O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev də ölkəmizin gələcəyinin təminatçısı olan uşaqlara qayğını dövlətin əsas vəzifəsi hesab edərək deyirdi ki, “Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Uşağa qayğı göstərmək, uşaqları qorumaq, onları müdafiə etmək bizim vətəndaşlıq borcumuzdur”.
Ali Məclisin Sədri deyib: “Ulu öndərimizin Azərbaycan gənclərinə və uşaqlara böyük diqqət və qayğısının bəhrələri bu gün müstəqil dövlətimizdə aydın görünür. Bu diqqətin nəticəsidir ki, Azərbaycanda uşaq hüquqları etibarlı şəkildə qorunur. Uşaqların sağlam mühitdə böyümələri üçün bütün tədbirlər görülür. Dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan yeganə ölkədir ki, müharibə şəraitində olmasına baxmayaraq sosial sahəyə, ana və uşaq hüquqlarının qorunmasına diqqət göstərilir, Dövlət Proqramları qəbul edilir. Uşaqların istedadlarının üzə çıxarılması, biliklərinin artırılması dövlət orqanlarının həyata keçirməli olduğu əsas tədbirlər sırasındadır. Bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən biri də “Ölkəmizi tanıyaq” layihəsidir”.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da uşaqların inkişafı, onların cəmiyyətin layiqli üzvü kimi yetişməsi diqqətdə saxlanılır. Ötən müddət ərzində uşaqların təhsili sahəsində mühüm işlər görülüb, şəhər, qəsəbə və kəndlərimizdə ümumtəhsil məktəbləri istifadəyə verilib, maddi-texniki bazası gücləndirilib.
Sonra Ali Məclisin Sədri təhsil, idman, musiqi, rəsm və tətbiqi sənət sahələrində nailiyyətlərinə görə fərqlənən uşaqlara hədiyyələr təqdim edib.
Festivalın bədii hissəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq çalğı alətləri ansamblının ifasında xalq mahnılarımız və muğamlar səslənib. Gənc Heydərçilər Ümummilli liderimizə həsr olunmuş şeiri bədii qiraət edib, Uşaq bağçalarının, məktəbdənkənar təhsil müəssisələrinin, o cümlədən uşaq musiqi məktəblərinin mahnı və rəqs ansamblları maraqlı nömrələr təqdim ediblər.
Festivalda muxtar respublikanın ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində fəaliyyət göstərən müxtəlif dərnəklərin üzvü olan istedadlı uşaqların hazırladıqları əl işləri - dekorativ, tikmə, toxuma və rəsm əsərlərinin, müxtəlif maketlərin və uşaq məhsulları istehsal edən müəssisələrin məhsullarının sərgi-satışı təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

