Azərbaycan və Latviya iqtisadi sahədə əməkdaşlığı genişləndirməyi hədəf götürüblər
31.05.2017 [10:16]
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Riqaya rəsmi səfər çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat naziri Arvils Aşeradenslə görüşüb.
Azərbaycan nümayəndə heyətini salamlayan Baş nazirin müavini 28 May - Respublika Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib, iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Baş nazirin müavini deyib ki, qarşılıqlı səmərəli əməkdaşlığın dərinləşdirilməsi üçün mövcud potensialdan hərtərəfli istifadə etmək zəruridir.
Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Azərbaycan və Latviya aralarındakı münasibətlər qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan tərəfdaş ölkələrdir.
Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycan böyük potensialı olan qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinə və latviyalı investorların fəallığına ümid bəsləyir. İqtisadi əlaqələrin genişləndirilməsində hökumətlərarası komissiya xüsusi rol oynayır.
Görüşdə Latviya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya gözlənilən səfəri Latviya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm təkan verəcək. Səfər çərçivəsində imzalanacaq sənədlər münasibətlərin, o cümlədən iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsinə yönəlib.
Bu gün Azərbaycanın Avropanın etibarlı iqtisadi tərəfdaşına çevrildiyini qeyd edən Oqtay Əsədov ölkəmizin iqtisadi potensialını, əldə etdiyi uğurları və reallaşdırdığı infrastruktur layihələrini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59

