Azərbaycanın Respublika və Silahlı Qüvvələr günləri Londonda təntənəli şəkildə qeyd olunub
27.05.2017 [10:50]
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən hərbi attaşelik aparatının təşkilatçılığı ilə Respublika və Silahlı Qüvvələr günləri münasibətilə rəsmi ziyafət təşkil edilib. Tədbir çərçivəsində, həmçinin Azərbaycan ilə Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi qeyd olunub.
İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva tədbirdə iştirak edib.
Rəsmi ziyafətə Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri də daxil olmaqla 300-ə yaxın qonaq qatılıb.
Əvvəlcə azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın ifasında Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə əvvəlcə yaxın günlərdə Mançester şəhərində törədilən terror aktı qurbanlarının yaxınlarına başsağlığı verib.
Səfir 1918-ci il mayın 28-də Azərbaycan xalqının öz müstəqilliyini elan etdiyini və müsəlman Şərqində ilk demokratik respublikanın ölkəmizdə qurulduğunu bildirib. Uzun illər SSRİ-nin tərkibində olmasına baxmayaraq, dövlətçilik ənənəsini itirməyən Azərbaycan xalqının 1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə yenidən öz müstəqilliyinə qovuşduğu və Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində ölkəmizin dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildiyi diqqətə çatdırılıb.
Britaniya ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət açan T.Tağızadə qarşılıqlı rəsmi səfərlərdən bəhs edib. O, diplomatik münasibətlərimizin 25 illiyi münasibətilə Britaniya Xarici İşlər Nazirliyi rəsmilərinin ölkəmizə səfərlərini misal çəkib. O, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun Britaniyaya səfəri və Oksford İslam Mərkəzi və Nizami Gəncəvi Elmi Mərkəzini ziyarətindən söhbət açıb. T.Tağızadə Oksford Universiteti nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətinə, Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun yaradılmasına görə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri Nərgiz Paşayevaya və Lord Germana xüsusi minnətdarlığını ifadə edib.
Britaniyada fəaliyyət göstərən diaspor təşkilatlarımıza təşəkkür edən diplomat Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirib.
Səfir ölkələrimiz arasında siyasi, hərbi, təhlükəsizlik məsələlərinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin prioritet olduğunu bildirib. Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu deyən diplomat qeyd edib ki, Britaniya ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq da hər ötən il daha da genişlənir. T.Tağızadə Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətinə minnətdarlığını ifadə edib.
Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycana səfəri haqqında məlumat verib. Xüsusilə Azərbaycan musiqisinin aşiqi olduğunu bildirən parlament üzvü musiqi sahəsində əlaqələrimizin daha da inkişafının tərəfdarı olduğunu qeyd edib. Səfəri çərçivəsində Azərbaycan tarixi, mədəniyyəti haqqında öyrəndiyini bildirən Nikolson xalqımızın qonaqpərvərliyindən xüsusi olaraq bəhs edib. İkitərəfli münasibətlərimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.
Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Maykl Tethem Mançesterdə baş verən bədbəxt hadisəyə görə Britaniya xalqına başsağlığı və həmrəylik mesajları göndərən Azərbaycan Prezidenti İlham Əliyevə və xalqımıza minnətdarlığını ifadə edib. O, eyni zamanda, Britaniyanın kədərinə şərik olan bütün ölkələrə və onların rəsmilərinə minnətdarlığını bildirib.
M.Tethem ikitərəfli münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Britaniya Azərbaycanın ən böyük investorlarındandır. Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyətə böyük maraqları var. XİN rəsmisi əlaqələrimizin sadəcə enerji deyil, digər sahələrdə də sürətlə genişləndiyinin sevindirici hal olduğunu vurğulayıb. Bildirilib ki, Britaniya şirkətləri Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin təşkilatçılığında bu ölkə ilə sıx əməkdaşlıq edir. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını da layiqincə keçirdi.
M.Tethem qeyd edib ki, münasibətlərimizin daha da inkişafı üçün böyük potensial mövcuddur və Britaniya hökuməti Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlıdır.
Sonda tədbir iştirakçıları Azərbaycan stendini ziyarət ediblər. Stenddə ölkəmizin iqtisadi, sosial inkişafından və turizm imkanlarından bəhs edən kitab və jurnallar nümayiş olunub.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

