/ / Millət vəkili: IV İslam Həmrəyliyi Oyunları ən yeni tariximizin mühüm hadisələrindən birinə çevrildi
Millət vəkili: IV İslam Həmrəyliyi Oyunları ən yeni tariximizin mühüm hadisələrindən birinə çevrildi
25.05.2017 [09:41]
“Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilk növbədə ölkəmizin idman həyatında, mədəni həyatında mühüm hadisələrdən biri kimi yadda qaldı”.
Bunu “Trend”-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, İslam Həmrəyliyi Oyunları ən yeni tariximizin çox mühüm hadisələrindən birinə çevrildi: “Bu hadisə mədəni - iqtisadi sahədən başlamış sosial-siyasi sahəyə qədər, həyatımızın bütün sferalarına nüfuz etdi. Hər bir azərbaycanlının qürur və fəxarətlə yad edəcəyi bir tədbir oldu. Cəmiyyətimizin hər bir fərdinin sosiallaşmasına və cəmiyyətdaxili inteqrasiyanın təmin olunmasına öz töhfələrini verdi. Vətəndaşlarımızın dövlətlə vəhdəti üçün mühüm mənəvi baza yaratdı. Könüllülərdən ibarət böyük gənclər ordusunda özünə inam yaratmaqla onların vətənə xidmət işindən zövq almalarına, özlərini vacib sosial fərd kimi hiss etmələrinə yardım etdi ki, bu da mühüm sosial-psixoloji faktor olmaqla gənclərin gələcək həyatında stimulverici bir hadisə oldu”.
H.Babaoğlu vurğulayıb ki, idmançılarımız özlərini əsl ev sahibi kimi hiss edərək İslamiadada birinciliyi qazandılar: “Qalib olan hər bir idmançı ailəsinin büdcəsində və maddi vəziyyətində mühüm dəyişiklik baş verdi. Fərqlənə bilməyən idmançılarımızda daha əzmlə gələcək yarışlara hazırlaşmaq həvəsi oyatdı. Ölkəmizin turizm həyatının canlanmasına səbəb oldu. Ən mühümü isə bu gün beynəlxalq aləm tərəfindən küncə sıxışdırılmağa çalışılan müsəlman cəmiyyətində yeni və əsaslı inteqrasiya meyilləri yaratdı. Əgər həmrəylik olarsa, İslam sivilizasiyasının nə qədər böyük güc olduğunu hamıya bir daha nümayiş etdirdi. Əlbəttə, bütün bunlarla bərabər Azərbaycanın sözün əsl mənasında modern bir müsəlman ölkəsi kim yeni standartlar yaratmağı bacaran mühüm əməkdaşlıq və tərəfdaşlıq platforması olmasını önə çıxartdı. Azərbaycanın bir neft ölkəsindən daha çox bir idman, bir mədəniyyət, bir turizm, bir sənaye ölkəsi olduğunu göstərdi”.
Deputat qeyd edib ki, 50-dən çox ölkədə İslam Həmrəyliyi Oyunları yayımlandı və bu ölkəmiz haqqında mühüm informasiya təbliğatı rolunu oynamış oldu: “İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir daha nümunəvi təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək sözün həqiqi mənasında idman oyunlarının, beynəlxalq tədbirlərin keçirilməsində bir Azərbaycan standartı yaratdığını sübut etdi. Prezident İlham Əliyev cox haqlı olaraq qeyd etdi ki, biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Bu fikirlərdən də göründüyü kimi İslam Həmrəyliyi Oyunları ölkəmizə və İslam dünyasına öz töhfələrini verməklə İslam sivilizasiyasının nə qədər böyük bir sivilizasiya olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

