Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 40 il əvvəl Azərbaycanın həyatında əsaslı dönüş yarandı

40 il əvvəl Azərbaycanın həyatında əsaslı dönüş yarandı

07.07.2009 [10:36]

1969-cu ilin 14 iyulunda hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev qısa müddət ərzində həyata keçirdiyi işlərlə respublikamızın inkişafının əsasını qoydu
Ulu öndər Heydər Əliyevin 40 il əvvəl Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə respublikanın həyatında əsaslı dönüş yarandı. ümummilli lider Heydər Əliyevin nəhəng fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən dəyişdi, bütün infrastruktur yenidən quruldu, kənd təsərrüfatı modernləşdirildi. Bakı, Sumqayıt, Gəncə  və Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə başladı. Keçmiş SSRİ-nin xalqları Azərbaycanı özləri üçün yenidən kəşf etdilər. Faşizmin darmadağın edilməsindəki xidmətlərinə görə Bakı ölkənin ən yüksək mükafatına layiq görüldü. Simferopolda və Sembek yüksəkliyində Böyük Vətən Müharibəsi cəbhələrində qəhrəmancasına döyüşən Azərbaycan diviziyalarının şərəfinə monumental abidələr ucaldıldı. Ulu öndər Heydər Əliyevin sayəsində Stalin istibdadının qurbanları olan Mikayıl Müşfiq, Hüseyn Cavid kimi görkəmli şairlər və digər yaradıcı adamlar unutqanlıq əsarətindən qurtuldu. Azərbaycan neft-maşınqayırma, məişət kondisionerləri, elektrik mühərrikləri, elektrotermik avadanlıq, soyuducular, sintetik kauçuk, elektrik kabelləri, boru prokatı və başqa məhsullar buraxılışı sahəsində sabiq SSRİ-də qabaqcıl mövqelərə çıxdı. Respublikada sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəldi: kompüterlər, elektronika cihazları istehsal edən zavodlar. Azərbaycan ən böyük üzüm, tezyetişən tərəvəz, çay, tütün istehsalçısı oldu. Xəzərin sərvətləri məqsədli şəkildə istifadə edilməyə başlandı, vaxtilə istifadəsiz qalmış Abşeron təpələrinin yamaclarında təzə parklar və meşələr salındı. Minlərlə gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə - Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə, Voronejə göndərilirdi. ümummilli lider Heydər Əliyevin bəyan etdiyi “Qoy ədalət zəfər çalsın” şüarı həmin günlərin mənəvi-psixoloji mühitini müəyyənləşdirirdi. SSRİ-də ilk dəfə məhz Azərbaycanda korrupsiyaya, mafiyaya, tayfabazlığa qarşı genişmiqyaslı mübarizəyə start verildi. Bütün bunlar həyat tərzini, standart əxlaq, davranış qaydalarını, qarşılıqlı münasibətlərin keyfiyyətini son dərəcə dəyişdirdi. ötən əsrin 70-80-ci illəri Azərbaycan tarixinə hərtərəfli, köklü yeniləşdirmə, dinamiklik, işgüzarlıq, doğruluq, xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formalaşma dövrü kimi daxil olub. Bu fikirlərlə qəzetimizə açıqlama verən hakim Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatlarının rəhbərləri də razılaşır:
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev:
- Azərbaycanın yarım əsrlik tarixi məhz, Ulu öndər Heydər Əliyevin şəxsiyyəti, quruculuq fəaliyyətilə bağlıdır. Müstəqil Azərbaycan Respublikası ümummilli liderimizin yaratdığı ən böyük əsərdir. Əlbəttə ki, bu əsərin yaradılması 1969-cu ildən başlanıb. 1969-cu ilin 14 iyulunda rəhbərliyə gələn Ulu öndərimiz Heydər Əliyev respublikada mövcud olan tənəzzülü intibahla əvəzləməyə başladı. Bunun üçün ölkə iqtisadiyyatında mühüm struktur dəyişiklikləri edildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Aqrar sahədə də aparılmış məqsədyönlü siyasət nəticəsində Azərbaycan keçmiş SSRİ-də qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən, mütərəqqi pambıqçılıq və üzümçülük diyarına çevrildi.
YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva:
- 1969-cu ilin 14 iyul tarixində Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsilə respublikada bütün sahələr üzrə böyük dönüş yarandı. Tikinti sektorunun canlanması, sənaye və aqrar sahələrin inkişafı üçün yeni proqramların hazırlanması ümumrespublika miqyasında canlanmaya səbəb oldu. Bunun nəticəsidir ki, Azərbaycan həmin illərdə SSRİ-də birincilər sırasına yüksəldi. Ulu öndərimizin təşəbbüsü ilə azərbaycanlı gənclər gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərilirdi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.
Ulu öndər Heydər Əliyevin strateji proqramında Azərbaycan dilinə qayğı xüsusi olaraq diqqət mərkəzində idi.
Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri-bütün bunlar Ulu öndər Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev:
- Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən müdafiəsiz qalmışdı. çünki, ölkəmizə qarşı torpaq iddiasında olan ermənilər adı çəkilən imperiyaların rəhbərlərilə müxtəlif istiqamətli iş birlikləri quraraq, çirkin məqsədlərini həyata keçirmək istəyirdilər. Amma çox təəssüflər olsun ki, düşmənlərimiz bəzən hədəflərinə çatırdılar...
O zamanlar Azərbaycanın rəhbərliyinə gətirilən şəxslər Moskvanın göstərişlərindən kənara çıxa, millətimiz, dövlətimizin gələcəyi üçün real addımlar ata bilmirdilər. Bu baxımdan ermənilər Azərbaycana qarşı məkrli planlarını maneəsiz həyata keçirirdilər...
Amma 1969-cu ilin 14 iyulunda ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldi. Məhz, həmin illərdən etibarən, Azərbaycan ağır və yüngül sənaye, kənd təsərrüfatı sahələrində yüksək nəticələr, nailiyyətlər əldə etməyə başladı. Ulu öndər Heydər Əliyev azərbaycanlıları rəhbər vəzifələrə irəli çəkdi, milli kadrların hazırlanması üçün böyük plan işlədi...
Bir sözlə, bugünkü müstəqil Azərbaycanın üzərində durduğu möhkəm dayaqları 40 il əvvəl ümummilli lider Heydər Əliyev yaratmışdı. Əlbəttə, təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın xilaskarı Ulu öndər Heydər Əliyevin sovet dönəmində qurduğu əsasları 1992-ci ildə hakimiyyəti qəsb edən AXC-Müsavat iqtidarı dağıtmışdı. Lakin qədirbilən xalqımız Ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirməklə, Azərbaycanı müstəqilliyə, inkişafa, tərəqqiyə qovuşdurmuş oldu...
Hazırda isə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyilə inkişaf edir, çiçəklənir.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva:
- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi-ideoloji xəzinəsi, dövlət yaratmaq təcrübəsi araşdırmalar üçün hər zaman mühüm mövzu olaraq qalacaq. Totalitarizmin dərin kök saldığı bir rejimdə xalqını, millətini, ali dəyərləri, adət-ənənələri hər şeydən uca tutan Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi respublikanın gələcəyi ilə bağlı ümidlərin yaşamasına rəvac verdi.
Etiraf edilməlidir ki, 1969-cu ilədək Azərbaycan keçmiş ittifaq miqyasında bütün göstəricilər üzrə digər respublikalardan geri qalırdı. ümummilli lider Heydər Əliyev həmin dövrü bu cür xarakterizə edirdi: “Qətiyyətlə bildirmək istəyirəm ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün yeni konseptual yanaşma yolları işlənib tapılmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.
1969-cu ilin 14 iyulunda hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev qısa müddət ərzində həyata keçirdiyi işlərlə respublikanın inkişafının əsasını qoydu. Hətta Ulu öndər Heydər Əliyev digər respublikalarda tikilməsi planlaşdırılan zavodların ölkəmizdə inşa edilməsinə nail oldu.
YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov:
- 1969-cu ilə qədər Azərbaycanı dar çərçivədə aqrar bir respublika kimi tanıyırdılar. 1969-cu ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyə gəlməsindən sonra respublikada vəziyyət dəyişməyə başladı.
İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan aqrar respublikadan inkişaf etmiş sənaye ölkəsinə çevrildi. Artıq ölkəmiz 1970-ci illərdən başlayaraq hər il ittifaq üzrə keçirilmiş əmək yarışmalarının qalibi oldu. Azərbaycan üzrə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülənlərin sayı digər respublikalara nəzərən dəfələrlə artdı.
Ulu öndər Heydər Əliyev, həmçinin, o dövrdə çox risqli addımlar ataraq, ümumi büdcəyə gedəcək maliyyənin böyük bir hissəsini ölkədə abadlıq-quruculuq işlərinə yönəltdi. ümummilli lider Heydər Əliyev iri sənaye komplekslərinin salınması, aqrar sektorun inkişaf sürətinin artırılması üçün ümumittifaq büdcəsindən əlavə dotasiyaların da ayrılmasına müvəffəq oldu.
ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətdə milli ənənələrin dirçəldilməsi  də öz əksini tapırdı. Belə ki, ilk növbədə Onun tədbirlərdə Azərbaycan dilində nitqlər söyləməsi xalqımızın formalaşmasında mühüm amil kimi çıxış edən dilimizi dövlət dili səviyyəsinə qaldırdı. İkincisi, azərbaycanlı tələbələrin müxtəlif nüfuzlu təhsil ocaqlarında oxumağa göndərilməsi və sonradan onların respublikada vacib postlara gətirilməsi ümummilli lider Heydər Əliyevin milli kadr siyasətindən xəbər verirdi.
üçüncüsü, dövlətin güclü sosial-iqtisadi əsaslarının yaradılması, ölkə üçün peşəkar hərbçilərin yetişdirilməsi məsələsi də milli dövlətçilik ənənələrinin dirçəldilməsinə, insanlarda siyasi şüurun formalaşdırılmasına dəlalət edirdi.
YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov:
- Bildiyiniz kimi, 1969-cu ildə Azərbaycanda rəhbərliyə gələn Ulu öndər Heydər Əliyev ölkəni bir sıra təhlükəli bəlalardan qurtarmaqla yanaşı, sənaye və aqrar sahələri də inkişaf etdirərək insanların rifah halını yüksəltdi. ölkədə güclü sənaye kompleksləri yaradıldı ki, bunun nəticəsində də Azərbaycan ittifaq respublikaları arasında birincilər sırasına yüksəldi. Eyni proses kənd təsərrüfatı sahəsində də sezilirdi. Pambıqçılıq və üzümçülük kimi sahələrin inkişafı üçün proqramların reallaşdırılması nəticəsində insanların həyat şəraitini bütövlükdə dəyişdi.
1982-ci ildə SSRİ Nazirlər Sovetində işləmək üçün Moskvaya gedən ümummilli lider Heydər Əliyev bütün imkanlarından istifadə edərək Azərbaycanın qüdrətlənməsi naminə işlər görürdü.
1987-ci ildən sonra da ürəyi Vətənilə döyünən Ulu öndər Heydər Əliyev Azərbaycanda baş verən proseslərə biganə qalmadı. 20 Yanvar qanlı faciəsinin törədilməsini pisləyən ümummilli lider Heydər Əliyev o vaxtki rejimin qəddarlığını, iç üzünü açdı. Sonrakı illərdə isə ölkəmizi parçalanmadan, məhvolma təhlükəsindən xilas etdi.
ümumiyyətlə, Ulu öndər Heydər Əliyev ömrünü Azərbaycan dövlətçiliyinin qurulmasına, möhkəmləndirilməsinə həsr etdi. Onun banisi olduğu bugünkü Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1096 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30