Ulu öndər Heydər Əliyevin xatirəsi Tarsus şəhərində anılıb
16.05.2017 [09:15]
Mayın 9-da Türkiyənin Tarsus şəhərindəki Heydər Əliyev adına parkda Ulu öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə çıxış edən Tarsus bələdiyyəsinin sədri Şevket Can bildirib ki, Xətai rayonu ilə Tarsus şəhəri 2007-ci ildən qardaşlaşıb, 2009-cu ildə isə Xətai rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tarsusda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu park açılıb: “Bu gün Heydər Əliyev Azərbaycanda nə qədər sevilirsə, bizdə də o qədər sevilir. Böyük öndər Heydər Əliyev həyatı boyunca bu qardaşlığın daha da güclənməsi üçün əlindən gələni edib və “İki dövlət, bir millət” kəlamı ilə bu münasibətlərə əbədilik qazandırıb. Ulu öndər Mustafa Kamal Atatürk də “Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizdir” deyib”.
Çıxış edən Tarsus kaymakamı Yüksel Ünal Heydər Əliyevin türk dünyası üçün önəmli və əvəzsiz xidmətlərinin olduğunu bildirib.
Azərbaycanın Türkiyə üçün bir can olduğunu bildirən Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanəddin Kocamaz deyib: “Həqiqətən, əziz Atatürkün 1930-cu illərdə dediyi kimi, bu günlərin gələcəyini dörd gözlə gözləyirdik. İnsanlarımızın bir araya gəlməsini, bir-biri ilə bütünləşməsini həmişə arzu edirdik. Bu gün Allaha şükürlər edirik ki, azərbaycanlı qardaşlarımız, qan qardaşlarımız artıq heç bir yerdən icazə almadan birbaşa gəlib bizimlə görüşə bilirlər, bizlər də eyni şəkildə gedib qardaşlarımızla görüşə bilirik”.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxışında bildirib ki, hər bir millətin tarixində müstəsna rol oynamış, millətin taleyini dəyişdirən, dövrlər, nəsillər dəyişsə də, heç bir zaman unudulmayacaq liderlər var: “Belə insanların böyüklüyü illər keçdikcə daha aydın hiss olunur. Bu insanlardan biri də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevdir. Sovet İttifaqı zamanından müstəqil Azərbaycanın bu gününə qədər keçən tarixi dövr ərzində həm dünyada, həm Azərbaycanda çox şeylər dəyişib. Amma bizim üçün dəyişməyəcək tək şey Heydər Əliyev şəxsiyyətinə olan sevgi və hörmətdir. Bilirsiniz ki, 1991-ci ildən müstəqilliyini yenidən qazanmış Azərbaycan çoxsaylı çətinliklərlə qarşılaşmış, iqtisadiyyatı tamamilə çökmüş, daxili çəkişmələr və xarici təzyiqlər nəticəsində müstəqilliyini yenidən itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Belə çətin bir vaxtda yenidən siyasətə qayıdan Heydər Əliyev xalqının Ondan gözlədiyi missiyanı uğurla tamamlamış, Azərbaycanı parçalanma təhlükəsindən qurtarmışdır. Heydər Əliyev hər zaman Türkiyə ilə olan münasibətlərə xüsusi önəm verib. Çünki Türkiyə və Azərbaycanı bir millət, iki dövlət olaraq görmüşdür”.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirib ki, Mustafa Kamal Atatürk və Ulu öndər Heydər Əliyev, türk dünyasının dostluğu, qardaşlığı əbədiyyən yaşayacaq, gələcək nəsillər bu qardaşlığı hər zaman davam etdirəcək.
Ulu öndər Heydər Əliyevin Türkiyə ilə münasibətlərə hər zaman xüsusi əhəmiyyət verdiyini deyən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov qeyd edib ki, Ümummilli lider qardaş ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər görüb. Səfir Türkiyə və Azərbaycan qardaşlığının, dostluğunun əbədi olacağını bildirib.
Diplomat qeyd edib ki, çətin və ağrılı dövrdə xalqın çağırışı ilə yenidən siyasətə dönən Ulu öndər ölkəni parçalanma təhlükəsindən xilas edib. Bu gün Azərbaycanda Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirildiyini deyən diplomat Azərbaycanın dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlərə imza atdığını deyib.
Daha sonra Ulu öndərin adını daşıyan parkda ucaldılmış abidəsinin önünə gül dəstələri qoyulub və parkın ərazisində ağaclar əkilib.
Daha sonra Tarsusda fəaliyyət göstərən “Kampus Okulları” orta ümumtəhsil məktəbində konfrans mərkəzinə Ulu öndər Heydər Əliyevin adının verilməsi münasibətilə mərasim təşkil olunub. Məktəbin direktoru Əhməd Yağlı bildirib ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının lideridir.
Tarsus bələdiyyəsinin sədri Şövkət Can, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmov çıxış edərək Ulu öndərin fəaliyyətindən, dünya siyasətində yerindən, Öz xalqına, millətinə xidmətindən danışıblar.
Tədbir zamanı eləcə də qərara alınıb ki, Xətai-Tarsus qardaşlığının davamı olaraq bu tədris məktəbinin Xətai məktəblərindən biri ilə qardaşlıq münasibətləri qurulsun.
Tədbir çərçivəsində səfir Faiq Bağırovun Mersin vilayətinin Valisi Özdəmir Çakacak, Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanəddin Kocamaz və Tarsus bələdiyyəsinin sədri Şevket Can ilə görüşləri olub.
Görüşlərdə ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib, Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının əhəmiyyəti vurğulanıb. Həmçinin Bakının Xətai və Mersinin Tarsus rayonlarının qardaşlıq əlaqələrinə dair ətraflı fikir mübadiləsi aparılıb. Mersində Heydər Əliyev Parkının salınması, eləcə də körpüyə Ulu öndərimizin adının verilməsi iki ölkə arasında tarixi qardaşlığın bariz nümunəsi kimi dəyərləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

