Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bəhruz Quliyev: Əsas məqsəd son dövrlərdə inkişaf edən Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirməkdir

Bəhruz Quliyev: Əsas məqsəd son dövrlərdə inkişaf edən Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirməkdir

16.05.2017 [09:09]

“Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv olunması ilə bağlı qaldırılan məhkəmə iddiasını tamamilə əsassız hesab edirəm”. Bu fikirləri SİA-ya siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, burada əsas məqsəd son dövrlərdə inkişaf edən Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirməkdir: “Söz yox ki, bu gün Rusiyada güclü erməni lobbisi fəaliyyət göstərir və ölkələrimiz arasında olan mövcud inkişaf onları ciddi şəkildə narahat etməyə başlayıb. Bu baxımdan, ÜAK-ın bağlanması barədə qaldırılan məhkəmə iddiasının arxasında dayanan əsas faktor da bu narahatlıqla bağlıdır”.
B.Quliyev əlavə olaraq qeyd edib ki, bu gün Rusiyada kifayət qədər çox sayda azərbaycanlı yaşayır. Onlar müxtəlif adda qurum və birliklərdə təmsil olunaraq ölkənin ictimai-siyasi həyatında, inkişafında müstəsna rol oynayırlar: “İstər Rusiyanın nəhəng şirkətlərində, istər ictimai təşkilat və qurumlarda fəaliyyət göstərən azərbaycanlılarla yanaşı, Rusiya Federasiyasının ictimai-siyasi həyatında da yüksək mövqelərə malik olan soydaşlarımız var ki, onların göstərdikləri fəaliyyət bütün mənalarda öz müsbət cəhətləri ilə seçilir”.

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30