İnşaat və Memarlıq Universiteti növbəti məzunlarını yola saldı
02.07.2009 [14:24]
Dünən İnşaat və Memarlıq Universitetinin 34-cü buraxılışı olub. Tədbirdə Universitet rəhbərliyi və valideynlərlə yanaşı, ictimai xadimlər, millət vəkilləri, dövlət və hökumət nümayəndələri də iştirak edib. Təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, millət vəkili Aydın Mirzəzadə, ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov bu il məzun olan tələbələrə diplomlarını təqdim ediblər.
İnşaat və Memarlıq Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova rəhbərlik etdiyi təhsil ocağının ölkədə memar yetişdirən ən nüfuzlu ali məktəb olduğunu vurğulayıb. 1975-ci ildən başlayaraq, 40 mindən artıq memar hazırlayan Universitet fəaliyyətini genişləndirib. Yeni korpuslar, yeni ixtisaslar təhsil müəssisəsinin keyfiyyətinə müsbət təsir göstərib. 2008-2009-cu tədris ilində təhsilin bakalavr pilləsində 24 istiqamət və 39 ixtisas üzrə 1066 nəfər universiteti bitirib. Onlardan 78 nəfəri təhsil aldığı müddətdə göstərdiyi fəallığa görə fərqlənmə diplomu ilə təltif edilib. Təhsilin magistratura pilləsində 20 istiqamət üzrə 33 ixtisasda 105 nəfər məzun olub. Onlardan 52 nəfəri təhsilinin bu mərhələsini fərqlənmə diplomu ilə başa vurub.
G.Məmmədovanın sözlərinə görə, Universitet artıq başqa ölkələr üçün də kadr hazırlığını həyata keçirir.
Təhsil naziri Misir Mərdanov məzun günündə müxtəlif qurumlardan, dövlət strukturlarından, həmçinin, ölkə siyasətini müəyyənləşdirən hakim partiyadan qonaqların iştirak etməsini dövlətin və dövlət adamlarının təhsilə diqqəti və dəstəyi kimi dəyərləndirib. M.Mərdanov bu dəstəyin bir nümunəsi kimi, ARDNŞ-ın köməyi ilə xaricdə təhsil alan tələbələri və müsabiqə qalibi olaraq, ARDNŞ-də işləmək haqqı qazanan məzunları nümunə göstərib. Nazir deyib ki, ARDNŞ-dən dəstək alan həmin kadrlar hərbi xidmətə gedəcək və qayıdanda onların həm iş yeri, həm də evi olacaq.
Fərqlənmə diplomlarını təqdim edən YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib ki, bu gənclər həm də YAP-ın üzvləridir: “çox məmnunam ki, rektorun fərqlənmə diplomu ilə təltif etdiyi bu gənclər YAP üzvləridir. YAP bu cür yüksək səviyyəli bilik və vətəndaşlıq keyfiyyətlərinə malik gənclər hesabına daha da güclənir və qarşısında duran vəzifələri daha inamla yerinə yetirir. İnşaatçı və memar ən şərəfli peşələrdən biridir. Ev tikmək, yol çəkmək faydalıdır. İnsanın evi olanda rahat olur. Yolu pis olanda bütün rahatlığı pozulur. İnşaatçı və memarın işi faydalı, məsuliyyətli və şərəfli işdir. Bu peşə sahibləri yalnız faydalı iş görmür, həm də ətrafı gözəlləşdirirlər. Sizin yaratdıqlarınız yüz, min illərlə yaşayır. Bu gün yaratdıqlarınızın əsasında yüz il sonrakılar dövrümüzə qiymət verəcəklər. Hesab edirəm ki, bu, məsuliyyətli və qürur duymağa əsas verən faktdır. Mən memarları, onları yetişdirən müəllimləri və Universitet kollektivini təbrik edirəm”.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov isə qeyd edib ki, hətta hüquq fakültəsini bitirənlər ikinci ixtisas kimi inşaat və memarlıq fakültələrini seçirlər: “çünki bu sahədə böyük inkişaf var”.
Millət vəkili Aydın Mirzəzadə tələbələri təbrik edərək onlar üçün maraqlı olacaq bir sənəd gətirdiyini vurğulayıb. 1976-cı ildə təltif olunduğu diplomda həmin vaxt komsomol katibi olan Gülçöhrə Məmmədovanın imzasını göstərərək: “Gülçöhrə xanım, sizin imzanızı belə hörmətlə saxlayan ikinci tələbə varmı? Orta məktəbdə yazdığım gündəliyi hələ də qoruyuram. Nə vaxtsa təhsil muzeyinə şagird gündəliyi lazım olarsa, öz gündəliyimi təqdim etməyə hazıram”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34

