Azərbaycan-İsrail münasibətlərində yeni mərhələ başlayır
01.07.2009 [11:36]
İsrailin dövlət başçısı Şimon Peresin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə ikitərəfli münasibətlərin inkişafına dair apardığı səmərəli danışıqlar, həmçinin, imzalanan sazişlər ölkələr arasında əlaqələrin dərinləşməsinə əhəmiyyətli baza yaradacaq. Tərəflər əməkdaşlığın hüdudlarını daha da genişləndirmək və siyasi-iqtisadi, sosial-humanitar sahədə münasibətlərin dinamikliyini yüksəltmək üçün yeni mərhələnin əsaslarını qoymuş oldular. Eyni zamanda, İsrailin iş adamları ilə ölkəmizin biznes strukturları arasında birgə razılaşmaların əldə olunması ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə zəmin yaradacaq.
Azərbaycanda əsrlər boyu sülh və dostluq şəraitində yaşayıb yaradan yəhudi xalqı respublikamızda ən geniş imkanlarla əhatə olunub. Bunun nəticəsidir ki, ikitərəfli əlaqələrin inkişafında bu faktor mühüm rol oynamaqdadır. İsrail prezidenti Şimon Peresin də vurğuladığı kimi, ölkələr arasında münasibətləri daha da dərinləşdirmək və zənginləşdirmək, qarşılıqlı fayda naminə birgə çalışmaq üçün bütün imkanlar mövcuddur. Şimon Peresin respublikamıza səfəri isə hər iki ölkə arasında səmimi əlaqələrin qurulmasına və əməkdaşlığın dostluq və strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsinə səbəb olub.
İsrailin ən nüfuzlu şirkətləri bir neçə ildir ki, respublikamızda fəaliyyət göstərir. “Batiman Litvin”, “Tahal Qroup” İsrail şirkətləri ölkəmizdə infrastruktur layihələrində yaxından iştirak edir. Oğuz-Qəbələ-Bakı su təchizatı layihəsində israilli iş adamlarının payı böyükdür. Təhlükəsizlik xidmətləri sistemlərinin qurulması sahəsində bu ölkənin təcrübəsi öyrənilib tətbiq edilməkdədir. Azərbaycanın hava limanının təhlükəsizlik texnologiyalarının yaradılmasında İsrailin “Maqal” şirkətinin xüsusi rolu var. Kənd təsərrüfatı, turizm, yeyinti sənayesi, meliorasiya layihələrində də İsrail şirkətləri fəal iştirak edirlər. Tərəflər arasında ticarət dövriyyəsinin həcminin artaraq çox yüksək səviyyəyə çatması İsrailin Azərbaycan üçün ən yaxın partnyorlardan biri olduğunu təsdiqləyir. Hər iki ölkə kənd təsərrüfatı, səhiyyə, turizm, elm və texnologiya, kosmik sənaye sahələrində əməkdaşlıq üçün çox əlverişli perspektivlərə malikdir. ölkələr arasında enerji sektorundakı əlaqələrin inkişafı üçün də münbit şərait mövcuddur.
İsrail hökuməti iqtisadiyyat, mədəniyyət, təhsil və elm sahəsində respublikamızla sıx təmaslar qurmaq niyyətini Şimon Peresin səfəri zamanı imzalanan sazişlə təsdiqləmiş oldu. Eləcə də, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair sazişin imzalanması strateji əlaqələrin yaranmasında mühüm əhəmiyyət kəsb edir. Bu sənəd informasiya-kommunikasiya texnologiyaları sahəsində dünya liderlərindən sayılan İsrail hökumətinin Azərbaycanda iri layihələri gerçəkləşdirməsi üçün əhəmiyyətli baza yaradır. İKT-nin inkişaf göstəricilərinə görə, yalnız ABŞ-dan geri qalan İsrail ən son texnologiyaları, xüsusilə də nanotexnologiyaların tətbiqi üzrə dünyada nüfuzlu və ixtisaslaşmış iri şirkətləri ilə seçilir. İKT sahəsində istehsal olunan məhsullar bu ölkənin ümumi daxili məhsulunda 10 faizdən çox yer tutur. İstehsal olunan məhsulun illik dövriyyəsi isə təxminən 15 milyard dollara bərabərdir. Hazırda peyk sistemlərinin inkişafı və kosmosa göndərilməsində yaradılan eksklüziv klubun əsas üzvlərindən biri İsraildir. İsrailin nefti olmasa da, İKT-ni bu ölkənin “qara qızılı” adlandırırlar. İsrailin nüfuzlu şirkətlərinin respublikamızın rabitə bazarına sərmayə qoyması və İKT sahəsində iri layihələrin həyata keçirilməsi Azərbaycanda simsiz texnologiyalar, peyk sistemləri, optik avadanlıqlar, internet və multimedia məhsulları bazarının ən yüksək inkişaf mərhələsinə çatmasına təkan verəcək. Eyni zamanda, respublikamızda Regional İnnovasiya Zonalarının yaradılmasında bu ölkənin təcrübəsi mühüm rol oynamış olacaq.
Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumu isə əməkdaşlığın bir çox sahələr üzrə yeni mərhələyə qədəm qoymasına impuls verəcək. Azərbaycanda yaradılmış əlverişli sərmayə mühiti İsrail iş adamlarının yeni sahələrə investisiya qoymaq istəklərinin gerçəkləşməsinə səbəb olacaq. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanda çox münbit sərmayə mühiti yaradılıb. Məhz bu səbəblərə görə, Azərbaycan uzun illər ərzində regionda aparıcı mövqe tutub. “Bu gün dünyada mövcud böhranın olmasına baxmayaraq, bir çox digər ölkələr və onların şirkətləri Azərbaycana sərmayə yatırmağı davam etdirirlər. Biz öz islahatlar siyasətimizi davam etdirməyə çalışırıq, “açıq qapı” siyasətini yürüdürük. Bizim sərmayədarlarla apardığımız iş çox məhsuldar bir mühitdə baş tutur və bu siyasət yaxşı nəticələr verir”.
Dövlət başçısı ölkəmizdə infrastruktur və investisiya layihələrinə İsrail şirkətlərinin də cəlb ediləcəyinə əminliyini ifadə edərək bunun üçün çox yaxşı imkanların mövcudluğunu xatırladıb. öz növbəsində, İsrail prezidenti Şimon Peres hər iki ölkənin şirkətlərinin və iş adamlarının birgə layihələrdə fəal işbirliyi quracağına inandığını qeyd edib.
Rəsmi Təl-Əvivin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi də bəllidir. İsrail münaqişənin respublikamızın ərazi bütövlüyü çərçivəsində həll olunmasını qəti şəkildə bəyan edib və işğal olunmuş torpaqların işğaldan azad olunması üçün təxirəsalınmaz addımların atılmasının vacibliyini bildirib. ölkə əhalisinin hər 8 nəfərindən birinin qaçqın olmasının həddindən artıq ağır və çətin məsələ olduğunu xatırladan Şimon Peres Azərbaycanın sülhün əldə olunması istiqamətindəki səylərini yüksək dəyərləndirib.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43

