YAP Nəsimi rayon təşkilatı əsgərlərlə bayram görüşü təşkil edib
30.06.2009 [10:05]
YAP Nəsimi rayon təşkilatının təmsilçiləri iyunun 26-da - Silahlı Qüvvələr Günü Müdafiə Nazirliyinin Ələt qəsəbəsində yerləşən hospitalında əsgərlərlə görüşüblər.
Qonaqlar əvvəlcə cərrahiyyə, müalicə və təxirəsalınmaz terapiya bölmələrində olub, əsgərlərin vəziyyəti ilə maraqlanıblar.
YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı əsgərlərlə görüşdə çıxış edərək ordu quruculuğu ilə bağlı strateji xəttin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O, orduda islahatların aparılması və hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlətimizin başçısının daim diqqət mərkəzində olduğunu vurğulayıb. Azərbaycan xalqının həmişə öz qəhrəman oğlanları ilə fəxr etdiyini söyləyən Məlahət İbrahimqızı buna nümunə olaraq dövlət sərhədinin mühafizəsi üzrə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmanlıq nümayiş etdirmiş sərhədçi Eltun İsgəndərovu xatırladıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 25 iyun tarixli Sərəncamı ilə igid əsgərə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Hospitalın rəisi, tibb xidməti polkovniki Rafiq Rəhmanov hospital barədə məlumat verib, bu səhiyyə ocağının müasir avadanlıqla təchiz edildiyini bildirib.
Görüşün sonunda əsgərlərə ərzaq, meyvə, isti xörəklər və digər hədiyyələr təqdim olunub.
Əsgərlər bayram günü onları yad etdiklərinə görə qonaqlara minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43

