Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ziyafət Əsgərov Astanada keçirilən forumda Ermənistan nümayəndəsinə sərt cavab verib

Ziyafət Əsgərov Astanada keçirilən forumda Ermənistan nümayəndəsinə sərt cavab verib

26.06.2009 [12:11]

Avroatlantik Tərəfdaşlıq Şurasının Astanada keçirilən təhlükəsizlik forumu çərçivəsində “Enerji təhlükəsizliyi: Xəzər və Qara dəniz regionunda əməkdaşlıq” mövzusunun müzakirə edildiyi qrupda Ermənistan və Azərbaycan nümayəndələri arasında mübahisə baş verib. APA-nın Qazaxıstan və Mərkəzi Asiya üzrə müxbirinin məlumatına görə, Ermənistanın NATO-dakı səfiri çıxışında Azərbaycanı nəzərdə tutaraq bildirib ki, bəzi dövlətlərin siyasi ambisiyaları ucbatından Ermənistan regionda həyata keçirilən enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Bu çıxışdan sonra söz alan Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bəyan edib ki, Ermənistanın bu layihələrdən kənarda qalması Azərbaycanın deyil, Ermənistanın öz günahıdır. O, Ermənistanın öz işğalçılıq siyasətinin girovuna çevrildiyini, bu səbəblə regional layihələrdə iştirak edə bilmədiyini iştirakçıların diqqətinə çatdırıb. Z.Əsgərov Ermənistan səfirinə xitabən “Siz işğalçı dövlətsiniz, Azərbaycanın ərazilərini işğal etmisiniz. Torpaqları azad edin, işğaldan əl çəkin, bundan sonra sizinlə əməkdaşlığı müzakirə edə bilərik”, deyərək fikrini tamamlayıb.

Paylaş:
Baxılıb: 1069 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30