Forumun ikinci iclasında “Avropanın gələcəyi” mövzusu ətrafında geniş müzakirələr aparılıb
18.03.2017 [11:13]
“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” devizi altında keçirilən V Qlobal Bakı Forumunun növbəti iclasında “Avropanın gələcəyi” mövzusu ətrafında geniş müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Mladen İvaniç çıxış edərək Avropaya inteqrasiya ilə bağlı bir çox problemlərin olduğunu diqqətə çatdırıb. Avropa İttifaqının gələcəyi ilə əlaqədar nikbin düşüncələrinin olduğunu söyləyən Mladen İvaniç təhlükəsizlik baxımından Avropa ölkələrinin bir yerdə qalmasının əhəmiyyətinə toxunaraq deyib: “Miqrantların Avropa İttifaqı ölkələrinə daxil olması probleminə baxmayaraq, bu qurum daha sabit ola bilər. Avropa İttifaqı uğurlu model kimi fəaliyyət göstərir. Digər problemləri həll etmək mümkündür. Niderlandda keçirilən seçkilərin nəticəsi də müsbət danışmağa əsas verir”.
Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasının quruma çox güclü təsiri olmayacağını deyən Mladen İvaniç keçid dövrünün uğurla başa çatacağını bildirib.
Sonra çıxış edən Polşanın sabiq Prezidenti Aleksandr Kvasnievski demoqrafiyanın Avropa İttifaqı üçün daha böyük fəsadlarının olduğunu vurğulayıb. O bildirib ki, miqrasiya məsələsi qaçqın məsələsi deyil, bu, eyni zamanda, Avropa İttifaqının gələcəyi deməkdir. Mümkün qədər necə assimilyasiya etməliyik. Afrikadan, Asiyadan miqrasiya, böhranlar azad, sərbəst ticarətin əsasını darmadağın edir. Biz böhranların səviyyəsini lazımi şəkildə düzgün ölçməmişik. Siyasət isə keçid dövrünü yaşayır, birqütblülük dövrü başa çatıb. Yeni sistem isə hələ yaradılmamışdır. Belə bir xaotik vəziyyətdə Avropa inteqrasiyası qorunmalıdır. Liderlik problemi, qərarvermə sistemi əslində əsas çətinliklərdən biridir. Texnoloji dəyişikliklər prosesinin qarşısını almaq mümkün deyil.
Gənclərin seçkilərdə zəif iştirakından danışan Belçika Krallığının sabiq Baş naziri Yves Leterme onların bu işə marağının artırılmasının əhəmiyyətini vurğulayıb. Rəqabətin olmamasının siyasi arenada daha çox vədlərin verilməsinə gətirib çıxardığını söyləyən sabiq Baş nazir sosial, iqtisadi proqramların seçkilərə mənfi təsir göstərdiyini qeyd edərək deyib: “Bildiyimiz kimi, informasiya-kommunikasiya texnologiyalarının rolu çox vacibdir. Gənclər veb-insanlardır. Lakin bu prosesdən kənarda qalanlar da var. İctimai fikir yeni debatlar vasitəsilə öyrənilməlidir. Bunun üçün referendum keçirilməlidir. Bütün rəylər göstərir ki, insanların siyasi təmsilçiliklə bağlı problemləri var. Vətəndaşlarımız vahid valyutadan - avrodan istifadə edirlər, Avropa İttifaqında sərbəst hərəkət edə bilirlər. Populizmin Avropa inteqrasiyasına qalib gəlmək şansı yoxdur”.
İnsanların bütün çətinliklərə və problemlərə baxmayaraq Avropa İttifaqını dəstəklədiklərini deyən Sloveniyanın sabiq Prezidenti Danilo Türk Balkan ölkələrinin də bu quruma doğru irəlilədiklərini bildirib. Şərq Tərəfdaşlığı ilə bağlı prinsiplərə yenidən baxılmasının vacibliyinə toxunan sabiq Prezident söyləyib ki, Avropa İttifaqı mərkəzdir. Gücləndirilmiş əməkdaşlıqdan istifadə etmək üçün bu mərkəzdə toplaşmaq lazımdır. Düşünürəm ki, sosial-iqtisadi inkişafda ehtiyatlı olmalıyıq. Təhlükəsizlik, hərbi nöqteyi-nəzərdən Balkanlarda perspektivimiz olmalıdır. Biz bütün mümkün həmrəyliyi göstərməliyik. Avropa inteqrasiyası böyük məsələlərdə etibarlıdır.
İqtisadi və maliyyə böhranından danışan Niderland Krallığının sabiq Baş naziri Vim Kok Afrikadan Avropaya növbəti on il ərzində qaçqınların gəlməsi prosesinin davam edəcəyini söyləyib. Avropa əməkdaşlığının təhlükəsizliyinin tam təmin olunmadığını vurğulayan Vim Kok bu istiqamətdə liderlərin uzaqgörənliyinin vacibliyini diqqətə çatdıraraq bildirib: “Əməkdaşlıq üzrə prinsiplər mövcuddur. Avropa əməkdaşlığı tam təmin olunmalıdır. Biz dəyərləri, prinsipləri və standartları da qorumalıyıq. Keçmişdə buraxılan səhvlərdən nəticə çıxarılmalıdır. Əhalinin dəstəyi ilə Avropanın gələcəyi növbəti on ildə bərpa edilməlidir”.
Gənclərə daha çox sərbəstlik verilməsinin vacibliyini qeyd edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers geosiyasətdə tektonik dəyişikliklərin baş verdiyini bildirib. Demokratiyanın yavaş-yavaş getdiyini söyləyən Valdis Zatlers populist fikirlərin beyinlərimizdə üstünlük təşkil edə biləcəyini dilə gətirib.
Bakı Forumunu yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Hökumətinə təşəkkür edən Çexiyanın sabiq Baş naziri Jan Fişer Birləşmiş Krallığın çox vacib Avropa layihəsini tərk etdiyini vurğulayıb. O deyib ki, populizmin çox ciddi ziyanı ola bilər. Demokratiya sadələşdirilməli, eyni zamanda, idarə, davranış üslubu tətbiq olunmalıdır.
İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini “Çox sürətli Avropa” modelinin hər bir dövlət üçün şərait yaratdığını bildirib. Xarici siyasətdə qətiyyət göstərilməsinin vacibliyinə toxunan Franko Frattini deyib ki, daxili bazarlar gücləndirilməli, əməkdaşlıq təmin olunmalıdır: “Biz siyasi inteqrasiyaya doğru gedirik. Suriyadan gələn yol kifayət qədər çox sabitdir. Amma biz hər həftə Siciliya adasından 3-4 min miqrant qəbul edirik. İtaliya, Malta və Yunanıstan artıq bu problemi həll edə bilməyəcək. Biz on minlərlə miqrantı yerləşdirə bilirik. Səmimi desək, yük bölüşmə prinsipinə əməl olunmasa fərdi addımların atılması kifayət etməyəcək. Biz miqrasiyanı Avropa səviyyəsində idarə etməliyik”.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

