/ / “Ekstremizm və populizm beynəlxalq təhlükəsizliyə ən böyük hədə hesab edilirmi?” mövzusu maraqlı diskussiyalara səbəb olub
“Ekstremizm və populizm beynəlxalq təhlükəsizliyə ən böyük hədə hesab edilirmi?” mövzusu maraqlı diskussiyalara səbəb olub
18.03.2017 [11:11]
Martın 17-də V Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirələrdən biri “Ekstremizm və populizm beynəlxalq təhlükəsizliyə ən böyük hədə hesab edilirmi?” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, panelin moderatoru Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko bu gün terrorizmin, dini ekstremizmin və təcavüzkar separatizmin yenə də beynəlxalq təhlükəsizliyə əsas təhdid olaraq qaldığını bildirib. O, bu sahədə artan təhlükənin əməkdaşlığın gücləndirilməsi zərurətini yaratdığını qeyd edib. Əlavə edib ki, populizm təhsilsiz kütlələri özünə çəkir, millətçiliyi özündə ehtiva edir. Buna qarşı beynəlxalq birliyin sərt reaksiyası vacibdir. Biz bu gün Bakıdan dünyaya bu mesajı göndəririk.
Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku bəzi liderlərin qorxu yolu ilə ksenofobiya yaratdıqlarını deyib. Qərbdə gənclərin mentaliteti son iyirmi ildə sürətlə dəyişib. “Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə referendum və ABŞ-da prezident seçkiləri İkinci Dünya müharibəsindən sonra ilk dəfə populizmin nəticəsi kimi ortaya çıxdı. Biz sadəcə populizm ideyalarının qınanması ilə kifayətlənə bilmərik. Populizm münaqişələri həll etmir, dondurmur. Son 100 ilin tarixi göstərir ki, ideyalar utopiyaya əsaslanırsa, avtoritarizmə gətirib çıxarır”, - deyə E. Konstantinesku bildirib.
Latviyanın sabiq Baş naziri Laimdota Strauyuma qeyd edib ki, iqtisadi böhranlar, miqrasiya və terrorizm Avropada qütbləşməni gücləndirib. Populizm real problemlərin kənar təsirindən yaranır. Populistlər bu problemlərdən istifadə edərək proqramlarını yaradırlar. Qeyri-bərabərliyin əsas səbəblərindən biri texnologiyaların sürətlə inkişaf etməsidir. Texnologiyaların sürətli inkişafı yüksək keyfiyyətli təhsil tələb edir. L.Strauyuma populistləri demokratik proseslərə cəlb etməyin vacib olduğunu söyləyib.
Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin isə ekstremizmin son zamanlar yaranmış yeni bir təhdid olduğunu vurğulayıb. Populizm daha az ideologiyaya söykənir, bir qrup insanları əhatə edir. Populizm bütün cəmiyyətlərdə sülh və sabitliyə böyük təhdiddir. O, diqqəti yayındırır, resursları başqa istiqamətə yönəldir. Populistlər qısa müddət üçün addımlar atır, bu addımlar daha çox xarici siyasətlə bağlı olur. Bu da beynəlxalq gərginliyə səbəb olur. Lakin populizm müəyyən bir dövrdən sonra aktuallığını itirəcək. Populizmi aradan qaldırmağın ən səmərəli yolu təhsil və vətəndaş cəmiyyətini inkişaf etdirməkdir.
Oksford Tədqiqatları Qrupunun təsisçisi Scilla Elvorsi bir sıra Afrika ölkələrinin populizmdən daha çox əziyyət çəkdiklərini bildirərək deyib: “1994-cü ildə populizm səbəbindən Ruandada soyqırımı olub. Hazırda isə populizm arxada qalıb. İndi Ruandada parlament üzvlərinin yarıdan çoxu qadındır və bu ölkə inkişaf etməkdədir”.
Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Aleksandr Lixotal qeyri-real siyasətin təhlükəli olduğunu bildirib. Əlavə edib ki, bu gün dünyanın hər yerində heç də vahid qaydalar hökm sürmür.
Beynəlxalq və Avropa Məsələləri İnstitutunun üzvü, səfir Fransis O’Donnel isə populistləri tənqid etmək yox, məsələni köklü şəkildə həll etməyin vacib olduğunu deyib. Biz iqtisadiyyatda dövlətin rolunu araşdırmalıyıq. Qloballaşma ilə bağlı müəyyən problemlər həll olunmalıdır, əks halda populizm problemi həllini tapmayacaq. O, miqrantların Avropada demoqrafik problemin həllində mühüm rol oynaya biləcəyini xüsusi qeyd edib.
Panel maraqlı müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

