Milli Məclisdə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib
16.03.2017 [10:11]
Martın 15-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova tədbiri giriş sözü ilə açaraq gündəlik və iştirakçılar barədə məlumat verib. Bildirilib ki, Azərbaycan bu gün bölgədə böyük nüfuz sahibi olan, beynəlxalq məsələlərin həllində fəal iştirak edən, bərabərhüquqlu əməkdaşlığa önəm verən güclü dövlətdir. Bu gün miqrasiya qlobal bir problem olaraq bir çox dünya ölkələrini narahat edir. Bu problemin həllinin doğru yolunu tapmaq üçün müzakirələr aparılmalı və birgə səylər göstərilməlidir. Sahibə Qafarova qaçqın və miqrant problemləri ilə bağlı AŞPA çərçivəsində görülən işlərin əhəmiyyətli olduğunu vurğulayıb.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, AŞPA-dan Bakıya böyük nümayəndə heyətinin gəlməsi və bu iclasın keçirilməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edilib ki, Azərbaycan 17 ildir AŞPA-nın tamhüquqlu üzvüdür və qurumla sıx əməkdaşlıq edir. Biz bundan sonra da münasibətlərin hərtərəfli inkişafında maraqlıyıq. Vitse-spiker əlaqələrin qarşılıqlı hörmət və hər iki tərəfin maraqlarına uyğun qurulmasının önəmli olduğunu söyləyib.
Diqqətə çatdırılıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qaçqın və məcburi köçkün problemləri ilə qarşılaşıb. Torpaqlarımızın 20 faizi işğal altındadır, 10 milyon əhalisi olan ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkün var. Bu gün Avropa Suriya, İraq və digər ölkələrdən olan qaçqınların probleminin həllində çətinlik çəkir. Azərbaycan dövləti isə təkbaşına bu məsələnin həlli ilə bağlı tədbirlər həyata keçirir. Ölkəmizdə yaranan bu problemin səbəbi Ermənistan tərəfindən aparılan işğalçılıq siyasəti, dinc əhalinin etnik təmizləməyə məruz qalması və beynəlxalq ictimaiyyətin ikili münasibətidir. Beynəlxalq səviyyədə bu məsələyə ədalətli yanaşma olsaydı, digər postsovet ölkələrində belə problemlər yaranmazdı.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında bu iclasın qaçqın və məcburi köçkün probleminin həllinə layiqli töhfə verəcəyinə inamını ifadə edib. Bildirilib ki, bu gün Avropa Şurasının üzvü olan 47 ölkənin 8-nin ərazisində münaqişələr mövcuddur. Bu, Avropada problemlərin və böhranlı vəziyyətin olmasından xəbər verir. Hazırda Türkiyə və Azərbaycanda 4 milyondan çox qaçqın və məcburi köçkün var. Eyni zamanda, Yunanıstanda və İtaliyada olan qaçqın problemi durumun ciddiliyini göstərir. Komitə sədri bu məsələlərin həlli zamanı insanların hüquqlarının qorunmasının zəruriliyini söyləyib və bu gün bununla bağlı aparılacaq müzakirələrin önəmli olduğunu vurğulayıb. O, habelə Rusiya ilə bağlı vəziyyət, son vaxtlar Türkiyə ətrafında baş verən hadisələrə münasibət bildirib.
Təhsil naziri Mikayıl Cabbarov deyib ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalı və çoxlu sayda insanın öz doğma yurdundan didərgin düşməsi təhsil sahəsinə də təsirsiz ötüşməyib. İşğal olunmuş ərazilərdə 700-ə qədər təhsil müəssisəsi dağıdılıb. Mütəmadi olaraq atəşkəsin pozulması nəticəsində məktəb və şagirdlər məqsədyönlü şəkildə hədəfə alınır. Məcburi köçkün və qaçqınların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən müvafiq tədbirlər həyata keçirilir, yeni yaşayış kompleksləri salınır, insanlar işlə təmin olunurlar. Ölkə başçısının Sərəncamına əsasən, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün və qaçqınların təhsil xərcləri dövlət büdcəsindən ödənilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 100-dən çox məcburi köçkün gəncin dünyanın aparıcı tədris müəssisələrində təhsili maliyyələşdirilib. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yaşayış evləri ilə yanaşı, məktəb binasının inşası da nəzərdə tutulub.
Xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında bildirib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması istiqamətində təqdirəlayiq işlər həyata keçirilir. Dövlətimiz tərəfindən bununla bağlı Böyük Qayıdış Proqramı hazırlanıb və bu prosesə Cocuq Mərcanlı kəndinə insanların qayıtması və burada aparılan quruculuq işləri ilə başlanılıb.
Nazir müavini qeyd edib ki, AŞPA-nın qətnamələrində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Bu gün Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi və silah alveri aparılır. Ermənistan Dağlıq Qarabağda məqsədli məskunlaşma siyasəti həyata keçirir, Suriya və Livandan olan ermənilər işğal olunmuş ərazilərimizə köçürülür. Məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına mane olmağa çalışırlar. Beynəlxalq ictimaiyyət buna öz münasibətini bildirməli və bu məsələdə Azərbaycanı dəstəkləməlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məruzəsində söyləyib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biridir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınıb, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət mərkəzləri inşa edilib, müasir tələblər əsasında infrastruktur yaradılıb. Azərbaycanın Birinci vitse-prezidenti kimi xanım Mehriban Əliyevanın keçirdiyi ilk müşavirə də qaçqın və məcburi köçkün ailələrin mənzillə təmin edilməsinə həsr olunub. Birinci vitse-prezident bildirib ki, Dövlət Proqramına uyğun olaraq qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatı üçün lazımi tədbirlər mərhələlərlə həyata keçirilir.
Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev çıxışında deyib ki, ölkəmizdə məskunlaşmış qaçqın və məcburi köçkünlər məcburi miqrasiyanın başlıca subyekti kimi Azərbaycan hökumətinin hərtərəfli diqqət və qayğısı ilə əhatə edilib. Bu insanların məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar tədbirlər həyata keçirilir. Ölkəmizin milli qanunvericiliyi bu təbəqədən olan insanlarla bağlı tərəfdar çıxdığı beynəlxalq razılaşmalara tamamilə uyğunlaşdırılıb. Nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qeyd edilib ki, qaçqın və məcburi köçkünlərə olan dövlət qayğısı və problemin vahid mərkəzdən idarə olunması ilə bağlı Azərbaycanın təcrübəsi model kimi digər ölkələrdə də istifadə oluna bilər.
Sonra gündəlikdəki məsələlər ətrafında müzakirələr başlanıb. Çıxışlarda dünyanın ayrı-ayrı ölkələrində mövcud olan münaqişələrin, terror aktlarının insanların həyatına göstərdiyi mənfi təsir, bu problemlər səbəbindən qaçqınların sayının artması, miqrantların qarşılaşdığı çətinliklər, onların hüquqlarının qorunması və digər məsələlər haqqında danışılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

