Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılmaqdadır
24.06.2009 [12:30]
Azərbaycanın iqtisadi qüdrətinin artması və regionda bütün strateji layihələrin iştirakçısına çevrilməsi respublikamızın hərbi-müdafiə qabiliyyətinin güclənməsinə, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmlənməsinə, ordunun peşə hazırlığının, döyüş səviyyəsinin keyfiyyətcə müasir tələblərə uyğunlaşmasına, bir sözlə, ordu quruculuğunun və hərbi-müdafiə sisteminin tam yeni bir mərhələdə inkişaf etməsinə əlverişli baza yaradıb. Bu gün Azərbaycanın Silahlı Qüvvələrinin həm hərbi texnika, həm döyüş hazırlığı, həm də peşəkarlıq baxımından Cənubi Qafqazda ən mükəmməl potensiala malik olmasının başlıca səbəbi dövlətin orduya diqqət və qayğısının ilbəil artmasıdır.
1993-cü ildən başlayaraq ölkədə siyasi və iqtisadi sabitliyin təmin edilməsi Milli Orduda vahid komandanlığın, vahid idarəetmə sisteminin yaradılması, hərbi islahatların həyata keçirilməsi, ordunun hazırlıq səviyyəsinin qaldırılması, peşəkar kadrların hazırlanmasına dövlətin diqqətinin gücləndirilməsi, eləcə də, hərbi təhsil müəssisələrinə diqqətin artırılması bu sahədə ciddi dönüş yaradıb. ümummilli lider Heydər Əliyevin ordu quruculuğuna diqqət və qayğısı ordumuzun simasının və döyüş qabiliyyətinin tam yeni görkəm almasına səbəb olub.
Prezident İlham Əliyevin ordu quruculuğu və hərbi sənayenin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət isə Silahlı Qüvvələrin bütün strukturlarında əhəmiyyətli dəyişikliklərə imkan yaradıb. Son illərdə ordunun maddi-texniki bazası və hərbi potensialı xeyli güclənib. 2003-cü ildə hərbi xərcləri 135 milyon dollara bərabər olan Azərbaycanın hərbi büdcəsi indi 2 milyard manat təşkil edir. Son 6 ildə orduya yönəldilmiş xərclərin məbləği təxminən 15 dəfə artıb. Hazırda ölkənin büdcəsinin təxminən 1/4-ini orduya ayrılmış vəsaitlər təşkil edir. Bu, işğalçı Ermənistanın ümumi dövlət büdcəsindən də artıq vəsait deməkdir.
Azərbaycanda ordu quruculuğu ilə bağlı həyata keçirilən kompleks tədbirlər hərbi sənaye sektorunun inkişafı üçün də əhəmiyyətli zəmin yaradıb. Azərbaycanın ilbəil artan iqtisadi imkanları hərbi-sənaye kompleksinə əhəmiyyətli dərəcədə maliyyə vəsaitlərinin yönəldilməsinə imkan verməkdədir. Bu sahəyə təkcə ötən il 100 milyon manatdan artıq vəsait yönəldilib. Respublikamızda yeni sahə olsa da, hərbi sənaye bölməsində qısa müddət ərzində mühüm işlər görülüb və əldə olunan nəticələr gözlənildiyindən də yüksək səviyyədə inkişaf meyillərindən xəbər verir.
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev bəyan edib ki, Azərbaycanda ordu üçün lazım olan avadanlığın, silah-sursatın istehsalı ilə bağlı böyük işlər görülür. “Azərbaycanda çox güclü hərbi-sənaye kompleksi yaradılacaqdır. Biz bunu edirik və bu sahədə siyasətimiz çox açıqdır və birmənalıdır. Bütün bu işləri görmək üçün, əlbəttə ki, ölkəmizin çox güclü maliyyə resursları olmalıdır. ölkəmizin çox güclü iqtisadi potensialı olmalıdır. çünki hər bir maddi-texniki bazanın möhkəmləndirilməsi üçün başlıca amil budur. Biz də bunu edirik”.
Respublikamızın hərbi sənaye potensialının inkişafı üçün zəngin baza mövcuddur və ən yüksək texnologiyalara əsaslanan strateji istehsal müəssisələri yaradılmaqdadır. Azərbaycan hərbi sənaye məhsullarının istehsalına ordu üçün vacib olan rabitə vasitələrinin, müxtəlif kiçik ölçülü sursatların və hərbi avadanlıqların hazırlanması ilə başlasa da tez bir zamanda bu sənaye bölməsinin miqyası genişlənərək daha böyük ölçülü silah və sursatların istehsalı sahələrini əhatə edib. Artıq respublikamız böyük ölçülü silahların, hətta ağır texnika növlərinin istehsalına başlamağa hazırlaşır. Həmin müəssisələrdə dünyadakı ən qabaqcıl modellərə əsaslanmaqla istehsal bölmələrinin yaradılması Azərbaycanın hərbi sənaye məhsulları istehsalçısına çevrilməsinə səbəb olub.
Azərbaycanın istehsal etdiyi bir sıra hərbi təyinatlı məhsullar xarici ölkələr tərəfindən maraqla qarşılanıb və bunun nəticəsidir ki, respublikamız dünya bazarına öz hərbi məhsullarını çıxarmağa başlayıb. Respublikamızın istehsalı olan “İstiqlal” snayper tüfəngi bir çox dövlətlərin hərbi strukturları tərəfindən yüksək dəyərləndirilir. 3 km məsafədə hədəfi dəqiqliklə vurmağa imkan verən bu unikal silah bəzi böyük dövlətlərin anoloji silahını geridə qoyur. Artıq bir sıra ölkələr yeni silahın əldə olunması üçün Azərbaycana müraciət edib. Eləcə də, ən ağır hərbi texnikaların istehsalına hazırlıq işləri gedir. Qeyd edək ki, bir müddət əvvəl Müdafiə Sənayesi Nazirliyi tərəfindən motodor və morodor tipli zirehli texnikanın ilk nümunələri nümayiş etdirilib. Gələn il həmin texnikaların istehsalına başlanılması nəzərdə tutulur.
Bu ilin aprel ayında İstanbul şəhərində keçirilən “İDEF” hərbi sənaye sərgisində ilk dəfə olaraq ölkəmizə məxsus hərbi təyinatlı sənaye məhsulları nümayiş etdirilib. Sərgidəki məhsullar iştirakçı dövlətlərin nümayəndələrinin o qədər marağına səbəb olub ki, onlar dərhal Müdafiə Sənayesi Nazirliyinə müraciət ediblər. Eyni zamanda, Azərbaycanın hərbi sənayesinin inkişafı bir çox dövlətlərlə əməkdaşlıq haqqında saziş bağlanması ilə nəticələnib. Artıq Azərbaycanla Belarus arasında müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq qurulub. Bir neçə ildir ki, nazirliyin tabeçiliyində olan “Alov” zavodunda Belarus hökuməti ilə birgə optik cihazlar və naviqasiya sistemləri istehsal edilir. Eləcə də, qardaş Türkiyə hərbi sənaye sektorunda bir sıra layihələrin reallaşdırılmasını təklif edib. Türkiyənin məşhur “Aselsan”, “Roketsan” və digər şirkətləri ölkəmizin hərbi sənaye gücündən yararlanmaq niyyətindədir. Azərbaycan yaxın illərdə Türkiyə ilə birlikdə vertolyotların istehsalına başlamağı nəzərdə tutur. Eləcə də, Pakistan hökuməti ölkəmizin müdafiə sənayesi məhsulları ilə maraqlanır.
ölkəmizin Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlığının istiqamətləri də genişdir. Artıq bu sahədə əlaqələri daha da möhkəmləndirmək üçün hökumətlərarası komissiya yaradılıb. Ukrayna ölkəmizlə hərbi texnikanın bərpası və modernləşdirilməsi sahəsində konstruktiv əməkdaşlıqda maraqlı olduğunu bəyan edib. Birgə layihələrə uyğun olaraq tərəflər zirehli tank və aviasiya texnikası, artilleriya sistemləri, radiolokasiya stansiyaları və zenit-raket komplekslərinin yaradılmasını həyata keçirəcək. Əməkdaşlığın başlıca perspektivlərindən biri də yeni hərbi texnika və silah nümunələrinin istehsalı ilə bağlıdır. Eləcə də, Ukrayna Azərbaycanda kiçik döyüş gəmilərinin istehsalını təklif edir, bunun üçün qarşı tərəf özünün gəmiqayırma bazasından istifadə edəcək. Azərbaycan hərbi texnika istehsalında qabaqcıl dövlətlərdən olan Rusiyaya da müxtəlif növ hərbi avadanlıqlar göndərməyi də planlaşdırır.
Müdafiə sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramının həyata keçirilməsi yaxın illər ərzində Azərbaycanın bu sahədə ən qabaqcıl dövlətlərin sırasına çatmasına imkan verəcək. 2016-cı ilə qədər dövrü əhatə edən sənədin icrası artıq öz mühüm nəticələrini göstərməkdədir. Bu Proqrama uyğun olaraq 80 adda müdafiə təyinatlı məhsulun istehsalı nəzərdə tutulur. ölkəmizin hərbi sənaye məhsulları Müdafiə Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməklə yanaşı, Sərhəd Xidmətinin, Daxili Qoşunların və digər qurumların ehtiyaclarını da ödəyəcək. Yeri gəlmişkən, artıq qeyd olunan strukturların sifarişi ilə 29 adda silah, döyüş sursatı və onların ehtiyat hissələrinin istehsalına başlanılıb. Artıq bölgələrdə də hərbi sənaye müəssisələrinin yaradılması ilə bağlı layihələr hazırlanıb və yaxın illərdə Gəncə, Xaçmaz və digər rayonlarda müxtəlif təyinatlı hərbi məhsulların istehsalı planlaşdırılıb. ümumiyyətlə, 2011-ci ilədək respublikada 53 hərbi sənaye obyektinin yaradılması və yenidən qurulması nəzərdə tutulub.
Hərbi sənaye potensialını möhkəmləndirən Azərbaycan bir neçə ildən sonra regionda və xarici bazarlarda öz yerini tutaraq hərbi təyinatlı məhsullar ixracatçısı kimi tanınacaq. Ən əsası isə Ermənistanın işğalçılıq siyasətinə məruz qalan Azərbaycanın müdafiə sənayesi sektorunun və hərbi-müdafiə qabiliyyətinin daha da güclənməsi və ordudakı peşəkarlığın artması hərbi qüvvələrimizin işğal olunmuş torpaqları azad etməsinə tam zəmanət verir. Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, “Biz çox güclü orduya malikik və regionda bizim ordumuz qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17
