/ / Daniel Panov: Birinci vitse-prezident Mehriban Əliyevanın böyük təcrübəsi Azərbaycanın beynəlxalq aləmdə rolunu daha da artıracaq
Daniel Panov: Birinci vitse-prezident Mehriban Əliyevanın böyük təcrübəsi Azərbaycanın beynəlxalq aləmdə rolunu daha da artıracaq
03.03.2017 [09:49]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük təcrübəsi, dünya mədəni irsinin qorunmasına verdiyi töhfələr ölkənin beynəlxalq miqyasda rolunun daha da artmasına stimul verəcək.
Bu fikri Birinci vitse-prezident Mehriban Əliyevanın fəxri vətəndaşı olduğu Veliko Tırnovo şəhərinin meri Daniel Panov bildirib.
Mer Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun artıq dünyanın hər yerindən qonaqları qəbul etdiyini minnətdarlıqla vurğulayıb. O qeyd edib ki, Azərbaycan gələcəkdə də multikultural müxtəlifliyin təşviqini davam etdirəcək, dünyaya tolerantlıq və demokratiya nümunəsi olacaq.
Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin rektoru Xristo Bonjolov isə deyib ki, Veliko Tırnovo Universitetinin fəxri doktoru Mehriban Əliyevanın belə yüksək etimada layiq görülməsi bu ali təhsil ocağının bütün kollektivi üçün böyük şərəfdir. O, əminliklə vurğulayıb ki, böyük peşəkarlığa, yüksək intellektə və zəngin təcrübəyə malik Mehriban Əliyeva ona göstərilən bu etimadı doğruldacaq, Azərbaycan Respublikasının sülh və rifah vahəsi kimi daha da güclənməsinə əhəmiyyətli töhfələr verəcək. Rektor Mehriban Əliyevanın humanizm, tolerantlıq və multikulturalizm naminə gördüyü işlərin yüksək dəyərə malik olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi Bolqarıstan mətbuatının da diqqət mərkəzində olub.
Bolqarıstanın nüfuzlu “Focus”, “Pik”, “Blitz” xəbər agentlikləri, BTV televiziya kanalı, “Standart”, “24 Çasa”, “Seqa”, “Zemya” qəzetləri, Frognews.bg, Mediapool.bg, Dnesplus.bg informasiya portalları Mehriban Əliyevanın həyat və fəaliyyəti, onun gördüyü işlər, Birinci vitse-prezident vəzifəsinə təyin olunması barədə məlumatlar yayıblar.
Yayılan informasiyalarda Azərbaycanda həyata keçirilən Konstitusiya islahatları, bu islahatların tərkib hissəsi kimi vitse-prezidentlik institutunun yaradılması haqqında da məlumat verilir.
Məlumatlarda, həmçinin Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Bolqarıstanın Veliko Tırnovo şəhərindəki “Trapezitsa” Tarixi Memarlıq Qoruğunun bərpasına etdiyi maliyyə töhfəsindən, qoruğun ötən ilin sentyabr ayında keçirilmiş açılış mərasimində onun özünün iştirakından, Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru adlarına layiq görülməsindən, ölkədə və xaricdəki fəal ictimai fəaliyyətindən bəhs edilir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

