“The Huffington Post” Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadan yazıb
02.03.2017 [09:41]
ABŞ-da çıxan “The Huffington Post” qəzetində psixiatriya doktoru xanım Mellori Moss-Katsın özünü təsdiq etmiş qadınların yüksək vəzifələr tutmalarının vacibliyi barədə məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin edilməsindən də danışılır.
Müəllif yazır ki, Mehriban Əliyeva bu il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Birinci xanım 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Mehriban Əliyeva Heydər Əliyev Fondunun başçısı kimi qlobal agentliklər, qeyri-hökumət təşkilatları və humanitar layihələrlə sıx əlaqələr qurub. Fondun tərəfdaşları arasında 32 səfirlik, Dünya İşləri üzrə Amerika Şurası, UNICEF və başqaları var. Fond dini və mədəni tolerantlığın təşviq edilməsi istiqamətində fəaliyyət göstərir, Azərbaycanda və onun hüdudlarından kənarda insanlara yardım göstərir.
Sonra müəllif yazır ki, bəzən Amerikada çoxları yüksək vəzifələrə namizəd olan qadınlara təkəbbürlə yanaşırlar. Məsələn, 2016-cı il prezident seçkilərinin ilkin kampaniyası zamanı ABŞ prezidentliyinə namizəd və sabiq dövlət katibi Hillari Klintonun ölkənin ən yüksək vəzifələrindən biri olan dövlət katibi vəzifəsində qazandığı uğurlara baxmayaraq, opponentləri onu Bill Klinton administrasiyasının qəbul etdiyi qərarlara görə məsuliyyətə çağırıblar.
Sonra M.Moss-Kats yazır ki, Birinci vitse-prezident Mehriban Əliyevanın siyasətdə öz təcrübəsi var. O, üç çağırış parlament seçkiləri zamanı öz seçki dairəsindəki seçicilərin səslərinin 90 faizindən çoxunu toplayıb. O, Heydər Əliyev Fondunun prezidenti kimi resursların müəyyən hissəsini Azərbaycanda və onun hüdudlarından kənarda insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldilən humanitar layihələrə sərf edib. O, məktəb və xəstəxana binalarının tikintisi layihələrinə rəhbərlik edib, Fransada Luvr Muzeyində və Versal Sarayında bərpa layihələrinə ianələr edib. Birinci vitse-prezident Mehriban Əliyevaya dərin ehtiram hissi ilə yanaşır və onu sevirlər.
M.Moss-Kats sonda ümidvar olduğunu bildirib ki, gələcəkdə ABŞ Administrasiyasında da qadın vitse-prezident olacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

