/ / Belçikada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Qafqazda barışın önündəki əngəllər - Qarabağın işğalı” mövzusunda tədbir keçirilib
Belçikada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Qafqazda barışın önündəki əngəllər - Qarabağın işğalı” mövzusunda tədbir keçirilib
24.02.2017 [09:33]
Belçikanın Gent şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Qafqazda barışın önündəki əngəllər - Qarabağın işğalı” mövzusunda tədbir keçirilib. Tədbirə Azərbaycan Respublikasının Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayılov, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, Azərbaycan və Türk diaspor təmsilçiləri və Gent şəhər ictimaiyyətinin nümayəndələri qatılıblar. Tədbiri giriş sözü ilə açan Gent Türk Ocağının qurucu başqanı Rəcəb Tuncər Sarı zaman-zaman türklərə qarşı soyqırımları törətməkdən çəkinməyən ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində insanlığa sığmayan soyqırımı törətdiklərini diqqətə çatdırıb.
Gent Türk Ocağının rəhbəri Erdal Böcük Xocalı soyqırımını XX əsrin ən amansız soyqırımı adlandırıb. Bu qətliamın dinc əhaliyə, uşaqlara, qadınlara, ahıl insanlara qarşı xüsusi qəddarlıqla törədildiyini söyləyən natiq bu cinayəti törədənlərin cəzalandırılmalı olduğunu deyib.
Çıxış edən belçikalı millət vəkili, Belçika Xristian Demokrat Partiyasının üzvü Veli Yüksel 1992-ci ildə Xocalıda baş verənlərin əsl soyqırımı olduğunu deyib. Belçika Parlamentinin türk əsilli millət vəkili bildirib ki, Belçika və Azərbaycan parlamentləri dostluq qruplarının birgə səyi nəticəsində Xocalı soyqırımını Belçika Parlamentində müzakirəyə çıxarmaq mümkündür.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Qafar Əliyev Azərbaycanın tarixi torpaqlarını işğal edən ermənilərin Xocalı ilə yanaşı, Dağlıq Qarabağın bir çox kənd və qəsəbələrində də dinc əhaliyə qarşı qətliamlar törətdiklərini bildirib: “Təəssüflər olsun ki, bu gün dünyada bu məsələlərə yanaşmada ikili standartlar mövcuddur. Ən acınacaqlısı isə odur ki, bu faciələri görməzdən gələn ölkələrin çoxu daha çox demokratik dəyərlərdən danışan ölkələrdir”.
Çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzuna diqqət çəkib. Qeyd edib ki, Azərbaycan inkişaf etdikcə dostlarımızın sayı da artmaqdadır: “Əvvəllər Azərbaycanın reallıqlarını görməzdən gələn, haqlı olduğumuz halda bizi haqsız görən qüvvələr artıq Azərbaycanın maraqları ilə də hesablaşmaq məcburiyyətindədirlər. Həmin qüvvələr də anlayır ki, onların münasibətlərindən asılı olmayaraq, Azərbaycan bölgənin əsas söz sahibi ölkəsidir”.
Tədbirin təşkili üçün Gent Türk Ocağına təşəkkür edən ATXƏM sədri İlham İsmayılov təşkilatın hər zaman bu ölkədə keçirilən tədbirlərə dəstək verdiyini bildirib. Gent Türk Ocağının yalnız Azərbaycanın deyil, bütün türk xalqlarının problemlərinin həllində dəstək olmağa çalışdığını deyən İ.İsmayılov Xocalı ilə bağlı təşkil edilən fotosərginin bir ay davam edəcəyini və bununla da ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərin faktoloji şəkildə yerli sakinlərə nümayiş olunacağını söyləyib.
Çıxış edən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ötən ilin aprel ayında baş verənlərə diqqət çəkərək Ermənistanın bütün sahələrdə olduğu kimi, döyüş poliqonlarında da Azərbaycandan qat-qat zəif olduğunu söyləyib: “Hətta güclər nisbətini müqayisə etmək belə çətindir. Buna baxmayaraq, erməniləri öz aqressiyalarını davam etdirməyə vadar edən qüvvələr öz mövcudluğunu hələ də saxlayır”.
Tədbirdə Azərbaycan həqiqətlərinin daha mütəşəkkil təbliğ olunması üçün birgə əməkdaşlıq səylərinin gücləndirilməsinin vacibliyi önə sürülüb. Tədbirin sonunda Xocalı həqiqətlərinin Avropada təbliğində göstərdiyi xidmətlərə görə Gent Türk Ocağının qurucu başqanı Rəcəp Tuncer Sarıya Azərbaycan nümayəndə heyəti adından plaket təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52

