Azərbaycan Prezidentinin köməkçisi Ciddədə İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
09.02.2017 [09:05]
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov fevralın 7-də Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
İslam dünyasının problemləri haqqında söhbət açan Yusif bin Əhməd əl-Useymin dünyada islamofob meyillərin artmasının İslam ölkələrini qayğılandırdığını qeyd edib: “Avropada hazırda 60 milyonluq İslam diasporu var. Bu insanların bir-biri ilə əlaqələndirilməsi, vahid istiqamətdə, komanda kimi fəaliyyət göstərməsi İslam dünyası üçün çox vacibdir və bunun böyük səmərəsi ola bilər”.
Əli Həsənov İƏT-in baş katibinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və lV İslam Həmrəyliyi Oyunlarına dəvətini çatdırıb.
İƏT-in baş katibi Azərbaycana səfərə hazırlaşdığını, amma böyük məmnuniyyətlə İslam Həmrəyliyi Oyunlarına da gələcəyini qeyd edib və dəvətə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv olduqdan sonra öz təşəbbüskar mövqeyi ilə seçilib, üzərinə düşən vəzifələri həmişə yerinə yetirib, təşkilatın prinsiplərinə uyğun davranmağa çalışıb. Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda həm özünün dövlət maraqlarını, həm də İslam mədəniyyətini, İslam dünyasının ortaq mənafelərini müdafiə edib. Prezident İlham Əliyev hər fürsətdə İslam dünyasının yaşadığı problemləri dilə gətirib və onların həllində yardımçı olmağa çalışıb.
Azərbaycandakı multikultural mühit haqqında məlumat verən Əli Həsənov ölkəmizdə bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Şərq ilə Qərb arasında təbii körpüdür və Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Bu mənada Azərbaycan Avropa ilə İslam ölkələri arasında əlaqələndirici rol oynaya, dialoqun, tərəfdaşlığın dərinləşməsinə öz töhfəsini verə bilər.
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu qeyd edən Əli Həsənov bu çərçivədə Azərbaycanda və ölkəmizin beynəlxalq miqyasda keçirəcəyi çoxsaylı tədbirlər barədə məlumat verib və İƏT ilə əməkdaşlıq çərçivəsində bu tədbirlərin daha səmərəli və təsirli ola biləcəyini diqqətə çatdırıb. Azərbaycanın həm də lV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini və bu idman bayramının dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə stimul verəcəyini vurğulayıb.
Prezidentin köməkçisi Əli Həsənov qeyd edib ki, 2014-cü ildə İƏT-in İnformasiya Nazirlərinin Tehran Konfransında quruma üzv ölkələrin jurnalistlərinin birliyinin yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb və Azərbaycan həmin təşəbbüsə uyğun olaraq artıq bu istiqamətdə fəaliyyətə başlayıb. 2016-cı ilin oktyabrında Bakıda İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib və qurumun fəaliyyətinin təşkili məsələlərinə baxılması üçün İƏT baş katibliyinə müraciət ünvanlanıb. Bu assosiasiyanın fəaliyyəti İslam ölkələri arasında məlumat, informasiya mübadiləsinin yaradılması, genişləndirilməsi, İslan dünyası haqqında qlobal miqyasda düzgün təsəvvürün formalaşdırılması və digər məqsədlər güdür. Əli Həsənov İƏT-in bu təşəbbüsə hərtərəfli dəstəyinə böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Sonda İƏT baş katibi rəhbərlik etdiyi qurumun İslam dünyasının maraqlarının müdafiəsi və problemlərinin həlli sahəsində fəaliyyətinə hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasına və Prezidentinə təşəkkürünü bildirib. Yusif bin Əhməd əl-Useymin qeyd edib ki, Azərbaycan Prezidentinin fəaliyyəti, Onun daxili və xarici siyasəti, İslam dünyasının problemlərinə göstərdiyi diqqət də təqdirəlayiqdir.
Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

