Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Azadlıq" qəzetinin növbəti yalanı

"Azadlıq" qəzetinin növbəti yalanı

18.06.2009 [09:35]

“Azadlıq” qəzetinin 17 iyun 2009-cu il tarixli sayında Goranboy rayon təhsil şöbəsinin müdiri Elmar Əliyevin Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunduğu barədə məlumat yayılıb. Məlumatda deyilir ki, guya Elmar Əliyev Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən bildiriblər ki, partiyanın Siyasi Şurasının Elmar Əliyev adlı üzvü yoxdur və məlumatın məhz bu şəkildə oxuculara çatdırılması “Azadlıq” qəzetinin növbəti yalanıdır. Yeni Azərbaycan Partiyası korrupsiya və rüşvətxorluğun bütün təzahürlərinə qarşı ardıcıl və məqsədyönlü mübarizənin tərəfdarıdır. Hər kəsin qanun qarşısında bərabərliyinin hüquq sistemimizdə aydın şəkildə təsbit olunmasına baxmayaraq, adıçəkilən qəzetin həbs edilən şəxsin siyasi mənsubiyyətini xüsusi olaraq vurğulaması yolverilməzdir. Yeni Azərbaycan Partiyasının mətbuat xidməti növbəti dəfə “Azadlıq” qəzetini yoxlanılmamış məlumat yaymamağa çağırır və xatırladır ki, belə hallar “KİV haqqında” Qanunun tələblərinə tamamilə ziddir.

Paylaş:
Baxılıb: 1099 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30