/ / Məhəmməd Salama: Prezident İlham Əliyevin İslam Həmrəyliyi barədə təşəbbüsü və Azərbaycanın sülhsevər siyasəti İslam dünyasında yüksək qiymətləndirilir
Məhəmməd Salama: Prezident İlham Əliyevin İslam Həmrəyliyi barədə təşəbbüsü və Azərbaycanın sülhsevər siyasəti İslam dünyasında yüksək qiymətləndirilir
27.01.2017 [10:10]
“İslam Həmrəyliyi İli” çox gözəl və vacib təşəbbüsdür. Bu gün İslam dünyasının belə bir təşəbbüsə ehtiyacı var.
Misirli məşhur politoloq və publisist, “Al-Diplomasy” qəzetinin və “Azərbaycan” jurnalının baş redaktoru Məhəmməd Salama bu fikri AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin başçısının 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmək təşəbbüsü, xüsusən İslam dünyasında baş verən hadisələrlə və müsəlman ölkələrinin üzləşdiyi müasir çağırışlarla əlaqədar, olduqca zamanında irəli sürülmüş və yüksək qiymətə layiq bir təşəbbüsdür.
Politoloq deyib: “İlham Əliyevin bu ideyası son dərəcə zəruridir. Bu onu göstərir ki, Azərbaycan lideri dünyada baş verən mürəkkəb proseslərə çox ciddi yanaşır. Məlum olduğu kimi, bəzi müsəlman və ərəb ölkələri münaqişə və böhran vəziyyətindədir, İslam dünyasında bir sıra aktual məsələlər barəsində fikir ayrılıqları və ziddiyyətlər var. Bu çağırış müsəlman ölkələri arasında birlik və həmrəylik kimi yüksək ideyaya xidmət edir. Həmin təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürülməsi tamamilə məntiqəuyğundur, çünki Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun yaradılmasında, ölkələr arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsində mühüm rol oynayır”.
O xüsusi vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatının mühüm iştirakçısı olan Azərbaycan müsəlman ölkələrinin birləşməsi üçün çox böyük səy göstərir. M.Salama deyib: “Bütün bunlar Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanın belə bir nəcib təşəbbüs irəli sürməsini bütün ərəb və müsəlman ölkələri gözləyirdi. Bu, yığılıb qalmış çoxlu problemlərin həllinə, müsəlman ölkələrinin inkişafına və tərəqqisinə, ümumi məqsədlərə nail olmağa kömək edəcək. İslam dünyası Prezident İlham Əliyevin şəxsi təşəbbüsünü və Azərbaycanın sülhsevər siyasətini yüksək qiymətləndirir. İslam dünyasında həmrəyliyə və birliyə nail olmağa yönəlmiş siyasət yürüdən Prezident İlham Əliyev bütün mühüm məsələlərin həllində İslam dünyasını həmişə dəstəkləyir, bu məsələlərin həllində iştirak edir, Azərbaycanda qlobal tədbirlər keçirilməsinə dair təşəbbüslər irəli sürür. Azərbaycan Fələstin məsələsində dəyişməz mövqe tutur, Misir ilə Türkiyə arasında vasitəçi kimi fəaliyyət göstərir. Belə nümunələrdən çox göstərmək olar”.
Məhəmməd Salama vurğulayıb ki, bu təşəbbüs təkcə İslam dünyasına deyil, bütün ölkələrə ünvanlanmış belə bir ismarıcla əlamətdardır: müsəlman ölkələri birləşərək siyasi, iqtisadi, ictimai və mədəni məsələləri, qaçqınlarla bağlı və digər problemləri həll edə bilərlər.
Misirli politoloq xüsusi vurğulayıb ki, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar. Məhəmməd Salamanın fikrincə, Azərbaycan birliyin, həmrəyliyin, tolerantlığın, dinc yanaşı yaşamağın parlaq nümunəsidir. O deyib: “Fikrimcə, Azərbaycanın təcrübəsi çox faydalı və nümunə götürməyə layiq təcrübədir. Bu gün - İraq, Suriya, Yəmən və bəzi başqa ölkələrdə milli və dini zəmində problemlərin və münaqişələrin mövcud olduğu bir vaxtda Azərbaycan modeli həmin ölkələrin problemlərinin həllinə xidmət edə bilər”.
Misirli politoloq və publisist Məhəmməd Salama daha sonra deyib: “Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin İslam Həmrəyliyi barədə təşəbbüsü həm İslam dünyası daxilində, həm də müsəlman ölkələri ilə digər dövlətlər arasında dostluq münasibətlərinin və əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfə verəcək, bütün dünyada sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq istiqamətində real addım olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30

