/ / Azərbaycan-Malayziya əməkdaşlığının daha da inkişaf etdirilməsi yolları barədə müzakirələr aparılıb
Azərbaycan-Malayziya əməkdaşlığının daha da inkişaf etdirilməsi yolları barədə müzakirələr aparılıb
19.01.2017 [10:17]
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak etmək məqsədilə Malayziyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov malayziyalı həmkarı Dato Sri Anifah Aman ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Malayziya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunub. Nazirlər ölkələrimiz arasında siyasi dialoqun inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə ediblər.
Görüşdə tərəflər yüksək səviyyəli səfərlər və ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunublar.
Malayziyanın xarici işlər naziri Azərbaycana səfərini və keçirdiyi məhsuldar görüşləri xatırlayaraq paytaxt Bakının və bütövlükdə Azərbaycanın inkişafının onda yüksək təəssüratlar oyatdığını vurğulayıb.
İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsinə toxunan nazirlər bu istiqamətdə də birgə səylərin artırılmasının vacibliyini qeyd ediblər. Ölkələrimiz arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun artırılması, habelə neft-qaz, sənaye, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıblar. Həmçinin enerji sahəsində əməkdaşlıq çərçivəsində Malayziyanın Petronas şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti qeyd olunub.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətə dair həmkarına ətraflı məlumat verib. O, Malayziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüş zamanı tərəflər, həmçinin İƏT gündəliyində duran, habelə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

