Azərbaycan-İsrail münasibətləri: müsəlman həmrəyliyi kontekstində bir baxış
14.12.2016 [10:09]
Ölkəmizi ittiham etməyə çalışanlar Dağlıq Qarabağ münaqişəsinin həllində heç də müsəlman həmrəyliyi mövqeyindən çıxış etmir, ədalətli və düzgün mövqe tutmurlar
Müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Bütövlükdə isə, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Ümumiyyətlə, sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir.
Azərbaycanın səmərəli xarici siyasət kursundan bəhs edərkən ölkəmizin geniş coğrafiyanı əhatə edən geosiyasi məkanda müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əlaqələrini uğurla davam etdirməsini də xüsusilə qeyd etmək lazımdır. Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Bu sırada region dövlətləri ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır.
Azərbaycan İsraillə münasibətlərini inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil
Azərbaycan regional təhlükəsizlik və əməkdaşlıq kontekstində qarşılıqlı faydalı əhəmiyyət kəsb edən ikitərəfli münasibətləri inkişaf etdirmək mövqeyindən çıxış edir. Bu kontekstdə İsrail ilə çoxşaxəli münasibətlərin inkişaf etdirilməsi mühüm yer tutur. Bu məqamda onu da qeyd etmək lazımdır ki, Azərbaycan İsraillə münasibətlərini inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil. Məsələn, Fələstinlə eyni ortaq coğrafiyanı, ortaq tarixi, ortaq mədəniyyəti, dili bölüşən İordaniya ilə İsrailin münasibətləri həmişə yüksək səviyyədə olub, bu ölkə əhalisinin çoxluğunu keçmiş fələstinlilərin təşkil etməsi də ikitərəfli əlaqələrə mənfi təsir göstərə bilməyib. Həmçinin İsrailin özündə çoxsaylı ərəbdilli icma yaşayır, onların əksəriyyəti İsrail cəmiyyətinə inteqrasiya edib, orduda, parlamentdə təmsil olunurlar. Bundan başqa, Türkiyə, Misir kimi İslam dünyasının aparıcı söz sahibi sayılan dövlətlərin uzun illər İsraillə sıx əlaqələri olub, bu gün də həmin ölkələrin İsraillə əlaqələri kifayət qədər sıxdır. Onu da qeyd edək ki, İsrail rəsmilərinin səfər etdiyi yeganə müsəlman ölkəsi də Azərbaycan deyil, xəbər verildiyi kimi, İsrail baş naziri Azərbaycandan sonra Qazaxıstana da səfər edəcək.
Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda aparılan müzakirələr zamanı Fələstini dəstəkləyib
Bəhs olunan məsələlər kontekstində onu da vurğulamaq gərəkdir ki, ölkəmiz çoxşaxəli münasibətlərini sırf milli maraqlara hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipi üzərində qurur, ikitərəfli münasibətləri beynəlxalq hüquq normaları əsasında davam və inkişaf etdirir. Bu kontekstdə Fələstin ilə münasibətlərə də ayrıca toxunmaq lazımdır.
Azərbaycan dövləti Fələstin administrasiyası ilə 1992-ci ilin 15 aprelində diplomatik əlaqələr qurub, bu əlaqələrdə dostluq, qardaşlıq, xalqların BMT çərçivəsində hüquqlarını müdafiə prinsiplərinə həmişə sadiq olub. 22 oktyabr 1995-ci il tarixində Ulu öndər Heydər Əliyev Nyu-Yorkda Fələstin Azadlıq Təşkilatının başçısı Yasir Ərəfatla görüşüb. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev də bu əlaqələrin inkişafına xüsusi həssaslıq göstərib, bu gün Bakıdakı Fələstin səfirliyi məhz Azərbaycanın vəsaiti ilə fəaliyyət göstərir. Ayrıca, Azərbaycanın dəvəti ilə 2011-ci il iyunun 28-də Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Bakıya səfər edib.
Onu da vurğulayaq ki, İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı, eləcə də digər beynəlxalq təşkilatlarda aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstini dəstəkləyib. Azərbaycan təkcə 2016-cı ildə BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, UNESCO və digər qurumlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən 20-dən artıq qətnamənin lehinə səs verib. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Fələstin məsələsini BMT TŞ-nin qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına daxil etmişdi. Azərbaycan rəsmi səviyyədə Yaxın Şərq münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil Fələstin dövlətinin yaradılmasında tam dəstəyini bəyan edib.
Bunlarla yanaşı, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə 2012-ci il ərzində humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına 100 min ABŞ dolları məbləğində maliyyə yardımı göstərilib, 2013-cü il iyunun 11-də Bakıda İƏT Xarici İşlər Nazirlərinin Qüds şəhərinə dəstək məqsədilə donor konfransı və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı keçirilib. Konfransların planında təqdim olunmuş layihələrə dəstəyin verilməsi məqsədilə Azərbaycan tərəfindən maliyyə yardımı ayrılıb. Son 5 ildə Fələstinlə Azərbaycan arasında 4 saziş və Anlaşma memorandumu imzalanıb.
Bütün bu sadalananların fonunda digər bir nüansa da diqqət yetirmək gərəkdir. Belə ki, Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz, eyni zamanda, Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır. Azərbaycan müsəlman həmrəyliyinin gücləndirilməsinə, eyni zamanda, Qərblə müsəlman dünyası arasında gərginliyin aradan qaldırılmasına böyük töhfə verib, Azərbaycan Prezidenti bütün ali tribunalardan islamofobiyaya qarşı barışmaz mövqeyini ifadə edib. Bununla yanaşı, Azərbaycan Prezidenti dəfələrlə dəvət edilməsinə baxmayaraq İsrailə səfər etməyib, bu günə qədər İsraildə Azərbaycan səfirliyi açılmayıb.
Azərbaycan dövlətinin belə ardıcıl mövqeyi müsəlman dünyasında təqdirlə qarşılanıb, Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Ərəb Dövlətləri Liqası yekdilliklə Azərbaycanın namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edib. Həmçinin İslam Əməkdaşlığı Təşkilatı İstanbulda keçirilən 13-cü zirvə görüşündə Azərbaycanı müdafiə edən qətnaməsində də ölkəmizin islamofobiyaya qarşı mübarizəyə, müsəlman həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfə xüsusi olaraq vurğulanıb.
Ölkəmizin prinsipiallığı fonunda Azərbaycanın İsraillə əlaqələrini təftiş etməyə çalışanlara vacib xatırlatmalar...
Bütün bunlardan sonra hər hansı bir dövlətin və ya həmin dövlətdəki müəyyən çevrələrin Azərbaycanın İsraillə əlaqələrini təftiş etməsi mənasızdır. Azərbaycanın belə prinsipiallığı fonunda ölkəmizi ittiham etməyə çalışanlar Dağlıq Qarabağ münaqişəsinin həllində heç də müsəlman həmrəyliyi mövqeyindən çıxış etmir, ədalətli və düzgün mövqe tutmurlar. Bu kontektsdə bir neçə nümunəyə nəzər yetirmək lazımdır:
Əvvəla, İranın bütün sabiq prezident və vitse-prezidentləri Ermənistana səfər edib və Ermənistanın prezident, baş nazir və digər ali rəsmi şəxslərini öz ölkələrində yüksək səviyyədə qarşılayıblar. Bunun isə İranın milli maraqları çərçivəsində olduğunu əsaslandırmağa çalışıblar.
İkincisi, İranla Ermənistan arasında viza rejimi qaldırılıb, hazırda İran Prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə hazırlıqlar aparılır.
Üçüncüsü, bu zaman nəinki müsəlman həmrəyliyi, Azərbaycan ərazisində 1 milyondan çox müsəlman-şiənin doğma yurd-yuvasından didərgin salınması nəzərə alınmır, İran ali dini liderinin Ermənistanla hər cür əlaqələri yasaq edən fətvası da unudulur;
Dördüncüsü, Yaxın Şərqdəki hadisələr zamanı müsəlman həmrəyliyi zərurətini qabardan İran nədənsə öz qonşuluğundakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyinə sadiq qalır.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35

