Jewish Journal: Şimon Peresin ölümü Azərbaycanı kədərləndirdi
07.12.2016 [09:46]
ABŞ-da çıxan “Jewish Journal” qəzetində Azərbaycan Dağ Yəhudiləri dini icmasının başçısı Milix Yevdayevin “Lider və dost: Şimon Peresin ölümü Azərbaycanı kədərləndirdi” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə sabiq İsrail prezidenti Şimon Peresin vəfatından, onun Azərbaycana səfərlərindən və Azərbaycan-İsrail əlaqələrindən danışılır.
M.Yevdayev yazır ki, 2013-cü ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılığı ilə İsrailə səfər edən rəsmi nümayəndə heyətinin tərkibində ilk dəfə Şimon Pereslə görüşüb. O, Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Şimon Peresin dəfn mərasiminə də qatılıb. Müəllif yazır ki, 2013-cü ildə İsrailin təcrid olunması üçün təzyiqlərə məruz qalmasına baxmayaraq, Azərbaycan sadiq dost kimi İsrailə nümayəndə heyəti göndərib və Azərbaycan-İsrail münasibətlərini möhkənləndirib.
M.Yevdayev daha sonra yazır ki, prezident Şimon Peres Azərbaycanda bir neçə dəfə olub. Məqalədə Ş.Peresin Azərbaycana birinci səfərindən də danışılır. Həmin vaxt onun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana İsrailin 60 məmuru və iş adamı gəlmişdi. Şimon Peres Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ probleminə də toxunub. O deyib ki, İsrailin və Azərbaycanın dost ölkə olmaları ona qürur verir. Fəxr edir ki, ölkələrimiz sülh siyasəti yürüdür və qonşu dövlətlərlə sülhə nail olmaq üçün əllərindən gələni edirlər.
Şimon Peresin vəfatından sonra Prezident İlham Əliyev İsrailin Azərbaycandakı səfirliyinə gəlib, İsrail Dövlətinin indiki prezidenti Reuven Rivlinə məktubunda Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.
Xəbər lenti
Hamısına baxElm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51

