/ / Andrey Blaqodırenko: Prezident İlham Əliyevin ingiliscə yarım saatlıq səlis nitqi, auditoriya ilə ünsiyyət üslubu güclü təsir bağışladı
Andrey Blaqodırenko: Prezident İlham Əliyevin ingiliscə yarım saatlıq səlis nitqi, auditoriya ilə ünsiyyət üslubu güclü təsir bağışladı
03.12.2016 [12:17]
“Azərbaycan beynəlxalq aləmdə öz imicinin təbliğinə görə postsovet dövlətləri arasında şəksiz liderdir. “Eurovision” mahnı müsabiqəsi, “Formula-1” yarışları, müxtəlif çempionatlar, beynəlxalq konfranslar və festivallar - bütün bunlar sizin ölkənizin bugünkü simasının göstəriciləridir. Azərbaycanın iqtisadi potensialı, insanların ideyaları, onların peşəkarlığı sizin hər bir tədbiri ən yüksək beynəlxalq səviyyədə keçirməyinizə imkan verir. Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresi bunu bir daha təsdiq etdi”.
Bakı Konqresinin iştirakçısı, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Multimedia Mərkəzləri Müdiriyyətinin direktoru Andrey Blaqodırenko bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Xəbər Agentliklərinin V Konqresinin açılış mərasimində çıxışı iştirakçılara güclü təsir bağışlayıb: “Xəbər agentliklərinin Konqresini cənab İlham Əliyev açdı. Prezident Əliyevin ingilis dilində təxminən yarım saatlıq səlis nitqi, Onun auditoriya ilə ünsiyyət üslubu, dövlətin birinci şəxsinin Konqres iştirakçıları ilə görüşməyə vaxt tapması faktının özü güclü təsir bağışladı. Düşünürəm ki, belə fikirləşən təkcə mən deyiləm”.
A.Blaqodırenko Dünya Xəbər Agentliklərinin V Konqresinin “İnformasiya agentlikləri üçün yeni çağırışlar” devizi altında keçirilməsini xatırladaraq qeyd edib ki, müasir dünyada informasiya agentliklərinin hamısı eyni çağırışlarla üzləşir. “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Multimedia Mərkəzləri Müdiriyyətinin rəhbəri deyib: “Mən medianı postsovet, Qərb və ya Şərqi Avropa mediası kimi növlərə bölməzdim. İstifadə edilən texnologiyalar, texniki təchizatın səviyyəsi, informasiya məhsullarını yaradan insanların peşəkarlığı bizim sənayeni bərabərləşdirib. İnternet isə onu kökündən dəyişib. “Ümumdünya hörümçək toru” vaxtilə birinci çap dəzgahının yaradılmasını xatırladır. Bu, həm də informasiya agentlikləri üçün əsas çağırışdır, çünki bu gün sosial şəbəkələrin istənilən istifadəçisi informasiya mənbəyidir. İnformasiyanın istehsalı və yayılması üzərində artıq inhisar yoxdur. Bu mənada informasiya bazarında rəqabət yalnız artacaq”.
Rusiyalı jurnalist AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan KİV-ləri ilə əməkdaşlıq mövzusuna da toxunub, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin “Sputnik” multimedia qrupuna daxil olan “Sputnik Azərbaycan”ın uğurlu işini vurğulayıb. A.Blaqodırenko deyib: “Sputnik Azərbaycan”ın multimedia redaksiyasının bütün əməkdaşları Azərbaycan vətəndaşlarıdır. Ona görə bu da müəyyən mənada müştərək layihədir. Təbii ki, biz milli media mühitinə daha çox inteqrasiya olunmaq istərdik və güman edirəm ki, bu məsələ yaxın gələcəkdə həll ediləcək. Biz Heydər Əliyev Fondunun nümayəndələri ilə məhz Bakıda keçirilən Konqres sayəsində tanış olduq. Bizim ən yaxın planlarımız sırasında bu Fondla əməkdaşlıq məsələsi də var”.
O, Azərbaycanın paytaxtında dəfələrlə olduğunu vurğulayaraq bu şəhər barədə çox yüksək fikirdə olduğunu söyləyib. Jurnalist sonda deyib: “Bakı çox gözəl, müasir şəhərdir. “Burada Qərb və Şərq, keçmiş və gələcək qovuşur” sözləri Bakıya aiddir. Son dövrlərdə Rusiyada yaranmış tendensiya - turizm axınının müəyyən dərəcədə məhz Şərqə yönəlməsi göz qabağındadır. Mən istərdim ki, həmvətənlərimizin mümkün qədər çox hissəsi Bakı kimi şəhərlərə getsinlər, bu gün həmin şəhərlərdə insanların necə yaşaması və nə ilə məşğul olması ilə tanış ola bilsinlər”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

