Azərbaycan ilə İran arasında əlaqələrin inkişaf perspektivlərindən danışılıb
24.11.2016 [10:06]
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov noyabrın 23-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadəni qəbul edib.
Cavad Cahangirzadəyə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayan Əli Həsənov səfirin Azərbaycan-İran ikitərəfli əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə iki dost və müsəlman ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərdən danışan Əli Həsənov qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edərək bu əməkdaşlığın yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də genişləndirilməsinin vacibliyini önə çəkib.
Əli Həsənov Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə qalxmasında Ulu öndər Heydər Əliyevin xüsusi rolu olduğunu deyib. Əlavə edib ki, bu əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafını daha da sürətləndirib.
Əsl dostluğun, qardaşlığın çətin və ağır günlərdə özünü açıq büruzə verdiyini deyən Baş nazirin müavini Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkdiyi dövrdə İranın İmam Xomeyni İmdad Komitəsi və Qızıl Aypara (“Hilal Əhmər”) Cəmiyyəti humanitar təşkilatlarının ölkəmizə etdikləri yardımlara görə təşəkkürünü bildirərək qeyd edib ki, həmin ağır illərdə ilk olaraq İranın Qızıl Aypara Cəmiyyəti Azərbaycana humanitar yardım əlini uzadaraq Biləsuvar, Saatlı və Sabirabad rayonlarında 7 çadır düşərgəsi qurdu və 50 min nəfərədək məcburi köçkün müvəqqəti olaraq bu düşərgələrdə məskunlaşdı. Həmin çətin vaxtlarda Azərbaycanın iqtisadi imkanları çox aşağı səviyyədə idi.
O həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib. Ölkəmizdə cənab Prezidentin təşəbbüsü ilə yeni modellər tətbiq olunur. “ASAN Xidmət” bu sahədə bütün dünya üçün nümunədir və demək olar ki, Azərbaycandan başqa dünyada belə bir xidmət yoxdur. Ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün 95 müasir yaşayış kompleksi salınıb və 250 min nəfər yeni mənzillərə köçürülüb.
Baş nazirin müavini bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün xalqımızın ən ağrılı və yeganə problemidir. O, dünya dövlətlərinin işğalçı Ermənistana heç bir təzyiq göstərməməsinin Azərbaycana qarşı ədalətsizlik olduğunu qeyd edib. Bu gün bizim problemin həll olunmasına dünya birliyi laqeyd yanaşır. Belə bir vəziyyətdə müsəlman ölkələrinin həmrəyliyinə və əməkdaşlığına ciddi ehtiyac var. Regionda olan müsəlman ölkələrinin həmrəyliyinə həmişə maneçilik törədilibdir. Bu gün biz imkan verməməliyik ki, bizim aramıza nifaq salsınlar. Azərbaycan Prezidenti beynəlxalq tədbirlərdə həmişə müsəlman-islam ölkələrinin həmrəyliyinin vacibliyini vurğulayıb. Əgər bu gün dünyadakı münaqişə zonalarına baxsaq, görərik ki, bu problemlərdən daha çox ziyan çəkən müsəlman ölkələridir. Nəticədə günahsız insanlar əziyyət çəkirlər. Ancaq hesab edirəm ki, dünyada bu ədalətsizliklər daim davam edə bilməz.
Ətraflı məlumata və səmimi görüşə görə minnətdarlığını bildirən Cavad Cahangirzadə ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı sabit və inkişaf edən tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiklərini qeyd edib. Son dövrlər İran-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan səfir onu da qeyd edib ki, Azərbaycan ilə İran xalqları eyni dinə və mənəvi dəyərlərə malikdir. Bu amillər hər iki xalqın yaxın dostluq və qardaşlıq şəraitində yaşamasını şərtləndirir.
Səfir son illər Azərbaycanın sürətli inkişafını, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulayıb, həmçinin burada gördüyü səmimi münasibətdən məmnunluğunu ifadə edərək ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyini qeyd edib.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

