Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mərakeşdə akkreditə olunmuş səfirlər Heydər Əliyev Fondunda olublar

Mərakeşdə akkreditə olunmuş səfirlər Heydər Əliyev Fondunda olublar

05.06.2009 [09:18]

Mərakeşdə akkreditə olunmuş Portuqaliya, Yunanıstan, Tailand, Oman, Qətər, Mavritaniya, Bruney, Malayziya, Vyetnam, Banqladeş diplomatik nümayəndəliklərinin rəhbərləri və Avropa Komissiyasının təmsilçisi iyunun 4-də Heydər Əliyev Fondunda olublar. Qonaqlara ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verilib. Bildirilib ki, Fond Azərbaycanın zəngin mədəni irsini öyrənməklə  yanaşı, ulu öndərin arzularının həyata keçməsinə öz töhfəsini verir. Dahi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, ailə həyatını, çoxşaxəli fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, ulu öndərimiz haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq oyadıb. Böyük rəhbərin ömrünün Moskva dövrünü, SSRİ hökumətində ikinci şəxs kimi genişmiqyaslı fəaliyyətinin müxtəlif anlarını əks etdirən şəkillər, SSRİ nümayəndə heyətinin rəhbəri olaraq dünyanın bir sıra ölkələrinə səfərləri, keçirdiyi görüşlər, fotosənədlər fenomen şəxsiyyətin şərəfli ömür yolunun səhifələrini bir daha xatirələrdə canlandırır. Fonddan zəngin təəssürat aldıqlarını bildirən diplomatlar Xaritə kitabına ürək sözlərini yazıblar. Qonaqlar Heydər Əliyev Fondunun təhsil, səhiyyə və digər sahələrdə gördüyü işlərdən bəhs edən filmə baxıblar. Qonaqlar bildiriblər ki, Diplomatiya Fondu ictimai və mədəni diplomatiya sahəsində, həmçinin Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində göstərdiyi xidmətlərə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı yüksək nailiyyətlər mükafatı ilə təltif edib. Həmin mükafat Heydər Əliyev Fonduna təqdim olunub. Mərakeşdə akkreditə olunan səfirlərə Fondun xatirə hədiyyələri verilib.

Paylaş:
Baxılıb: 1053 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30