YAP ötən 24 ildə xalq partiyasına çevrilib
19.11.2016 [10:01]
“Bu il Azərbaycan müstəqilliyinin bərpasının 25 illik yubileyini qeyd etdi. Doğrudan da, müstəqilliyin ilk illərini çıxmaq şərtilə arxada qoyduğumuz zəngin və şərəfli dövr ölkəmizin inkişafında, beynəlxalq aləmə inteqrasiyasında və dünya miqyasında söz sahibinə çevrilməsində mühüm uğurlarla yadda qalıb”. Bu sözləri deyən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, yarandığı vaxtdan etibarən xalqın, ölkənin milli maraqlarını hər şeydən uca tutan və yalnız bu amallar uğrunda siyasi mübarizəyə qoşulan Yeni Azərbaycan Partiyası şanlı tariximizin parlaq səhifələrindəndir: “Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”. İllər öncə Ümummilli lider Heydər Əliyevin səsləndirdiyi bu fikirlərin nə qədər dolğun, indiki reallıqları əks etdirdiyinin şahidi oluruq. Müstəqilliyin ilk illərində baş verən hadisələr hər birimizin yadındadır. Qısaca olaraq qeyd etmək lazımdır ki, insanların sabaha inamının olmadığı bir zamanda meydana gələn və az vaxtda böyük bir qüvvəni ətrafında toplamağı bacaran Yeni Azərbaycan Partiyası müstəqilliyin qorunub saxlanması və daha da möhkəmlənməsində misilsiz işlər gördü. Məhz Ulu öndər Heydər Əliyevin Sədrliyi ilə yaranan və dahi şəxsiyyətin ideyaları əsasında uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası qısa müddət ərzində iqtidar partiyasına çevrildi”.
Vüqar Rəhimzadə qeyd edib ki, bu gün istər Azərbaycan, istərsə dünya siyasi sistemində kifayət qədər partiya mövcuddur: “Ancaq onların çox az bir hissəsi qarşıya qoyulan hədəflərə çata bilib. Təbii ki, partiyaların siyasi fəaliyyətlərində uğur qazanmalarının əsas səbəblərindən biri bilavasitə onların liderləri ilə bağlıdır. Bu mənada Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli liderin qətiyyəti, uzaqgörənliyi və müdrikliyi sayəsində Yeni Azərbaycan Partiyası uzunmüddətli inkişaf yoluna qədəm qoyaraq monolit, nüfuzlu siyasi təşkilata çevrilib. Dahi şəxsiyyət Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” kəlamı da bu həqiqəti bir daha təsdiq edir”.
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, bu gün Heydər Əliyev ideyalarını uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsinə qədəm qoyub: “Xüsusi olaraq vurğulamaq lazımdır ki, gündən-günə yeniləşən YAP-ın sıralarında gənclərin sayı durmadan artır. Bu onu göstərir ki, partiyanın ideoloji xətti, yürütdüyü siyasət cəmiyyətin bütün təbəqələri, ümumilikdə xalqımız tərəfindən dəstəklənir. Möhtərəm Prezidentimizin “Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, xalq partiyasıdır” fikirləri dediklərimizin təsdiqi kimi real həyatda da öz əksini tapır”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, Yeni Azərbaycan Partiyası artıq uzun illərdir ki, ölkədə keçirilən bütün siyasi kampaniyalarda böyük qələbə qazanır: “Bu ondan irəli gəlir ki, partiyanın güclü sosial bazası var. İnsanlar YAP-ı dəstəkləməklə Heydər Əliyev ideyalarına, cənab Prezidentimiz İlham Əliyevin gələcək inkişafa hesablanmış mütərəqqi siyasətinə sadiqliklərini nümayiş etdirirlər. “Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilib”. Möhtərəm Prezidentimiz İlham Əliyevin partiyanın fəaliyyəti ilə bağlı səsləndirdiyi bu fikirlər sözdə deyil, əməldə görülən işlərin ifadəsidir”.
V.Rəhimzadə onu da bildirib ki, Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta regionun ən böyük siyasi təşkilatına çevrilib: “Bu gün YAP dünyanın nüfuzlu partiyaları, təşkilatları ilə uğurla əməkdaşlıq edir. Bununla yanaşı, partiya rəhbərliyinin təşəbbüsü ilə ölkəmizdə beynəlxalq tədbirlər keçirilir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyasının siyasi kursunun əsasında dövlətçilik, milli maraqlar kimi taleyüklü məsələlər dayanır. Ötən 24 il ərzində Yeni Azərbaycan Partiyası daim Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirib, bir an olsun belə bu yoldan dönməyib. Şübhəsiz ki, bu uğurlu siyasət hələ bundan sonra uzun illər davam edəcək və müstəqil Azərbaycan YAP-ın daha böyük qələbələrinə şahidlik edəcək”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

