/ / “Sərhədsiz Reportyorlar”ın yaydığı hesabat Azərbaycanın əleyhinə aparılan qarayaxma kampaniyasıdır
“Sərhədsiz Reportyorlar”ın yaydığı hesabat Azərbaycanın əleyhinə aparılan qarayaxma kampaniyasıdır
08.11.2016 [09:58]
Ermənipərəst təşkilat növbəti dəfə reallıqları təhrif edərək ölkəmizə qarşı açıq şəkildə qərəzli münasibət göstərir
Xəbər verildiyi kimi, ölkəmizə qarşı ikili standartlar tətbiq edən, erməni lobbisinin sifarişi əsasında fəaliyyət göstərən “Sərhədsiz Reportyorlar” adlı təşkilat yenidən yalan dolu qarayaxmasını “hesabat” adı altında açıqlayıb. Belə ki, Azərbaycana qarşı hər zaman şər-böhtan kampaniyası aparan, subyektivliyi, qərəzi ilə seçilən bu təşkilat həmin yalanla dolu “hesabat”ında faktarı təhrif edərək ölkəmizlə bağlı gülünc iddialar irəli sürüb. Azərbaycanda guya mətbuatın azadlığının “məhdudlaşdırılması faktları”nın olduğunu iddia edən bu təşkilat ölkəmizdə mətbuatın inkişafına göstərilən dövlət dəstəyini əks etdirən faktları görməzdən gəlib. Vurğulayaq ki, Azərbaycan dünyada yeganə ölkədir ki, mətbuatın inkişafı ilə bağlı xüsusi Dövlət Konsepsiyası qəbul edilib. Bununla yanaşı həmin Konsepsiyanın həyata keçirilməsi üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond mətbu orqanların irəli sürdüyü layihələri maliyyələşdirir, eləcə də jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı mühüm addımlar atır. Lakin bütün bunları görməzdən gələn “Sərhədsiz Reportyorlar”ın ölkəmizə qarşı nümayiş etdirdiyi yalanlar sərhəd tanımır.
Məsələ ilə bağlı fikirlərini bölüşən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də “Sərhədsiz Reportyorlar”, eləcə də bir sıra digər “beynəlxalq təşkilatlar”da bir “ənənənin” formalaşdığını bildirib. E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycanda hər hansı bir siyasi hadisə baş verəndə və ya beynəlxalq tədbirlər keçirilən zaman, eyni zamanda Ermənistanın cəbhə xəttində təxribatları gücləndiyi dövrdə həmin qurumlar ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayırlar. İndiki şəraitdə də ermənilərin cəbhə xəttində atəşkəsi pozmaqla yaratmağa çalışdıqları təxribatlarla “Sərhədsiz Reportyorlar”ın təxribatlarının üst-üstə düşdüyünü deyən E.Mirzəbəyli hadisələrin dəfələrlə təkrarlanmasının mahiyyətində bir faktın dayandığını qeyd edib: “Baş verənlər bir daha sübut edir ki, həm erməni təxribatları, həm də “Sərhədsiz Reportyorlar” eyni mərkəzdən idarə olunurlar. Onlar eyni mahiyyətə, eyni məqsədə xidmət edirlər. “Sərhədsiz Reportyorlar” bu günə qədər bir milyona yaxın soydaşımızın öz hüquqlarından məhrum edilməsi, Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından çıxarılması haqqında bircə cümlə belə səsləndirməyib, insanların fundamental hüquqlarının kobud şəkildə pozulması ilə bağlı faktlar açıqlamayıb. Eyni zamanda, Yaxın Şərqdə və Aralıq dənizi hövzəsində ABŞ və onun müttəfiqlərinin həyata keçirdiyi cinayətlər nəticəsində milyonlarla insanın hüquqlarının pozulması, media nümayəndələrinin qətlə yetirilməsi ilə bağlı bir dəfə də olsun öz etirazını bildirməyib. Amma Azərbaycanda mətbuatın azad şəkildə fəaliyyəti üçün tamamilə münbit şəraitin olduğu, dövlət medianın inkişafına təmənnasız dəstək verdiyi halda ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Fikrimcə, bu təşkilat erməni diasporu və lobbisi tərəfindən idarə olunur. Digər tərəfdən, Azərbaycanın müstəqil siyasət yürütməsi və yalnız öz dövlət maraqlarını nəzərə alaraq irəli addımlaması, eləcə də həm regiondakı qonşu, həm də ayrı-ayrı dövlətlərlə münasibətdə yenə də öz maraqlarından çıxış etməsi, haqqın, ədalətin və beynəlxalq hüquq prinsiplərinin yanında olması bu qərəzin ortaya çıxmasına yol açıb. Azərbaycanın ədalətsizliyin yanında yer almaması, maraqlarını əsas tutması ayrı-ayrı güclər tərəfindən bu və ya digər dövlətin nüfuzunun zədələnməsi üçün formalaşdırılmış, yaradılmış təxribat siyasətini həyata keçirən “Sərhədsiz Reportyorlar” kimi təşkilatları qane edə bilməz”.
E.Mirzəbəyli bildirib ki, media adı altında konkret cinayət əməlinin törədilməsi, vergidən yayınılması, qrantların mənimsənilməsi ilə bağlı faktların mətbuat və söz azadlığına heç bir aidiyyətı yoxdur: “Bunlar hüquqi məsələlərdir. Hüquqi məsələlərə münasibət isə hər yerdə eynidir. Bu məsələlərə görə şəxsin hansı peşə sahibi olmasına diqqət yetirmirlər. Nədənsə belə “faktlar” yalnız Azərbaycana münasibətdə yada düşür və dərhal bəlli çevrələrin üzvləri ölkəmizə qarşı təxribat xarakterli addımlar atmağa çalışırlar”.
“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı da “Sərhədsiz Reportyorlar”ın hesabatını qərəzli adlandırıb. Onun sözlərinə görə, bəzi mediayönümlü beynəlxalq təsisatlar ölkəmizə qarşı hər zaman açıq qərəz nümayiş etdirirlər. Hətta həmin təşkilatlar yerli media strukturlarının mövqeyini öyrənmədən, araşdırma aparmadan haqlarında bəyanatlar belə yaymaqdan çəkinmirlər. “Sərhədsiz Reportyorlar”ın yaydığı “hesabat”ın da hər hansı bir araşdırma aparılmadan, real faktlar nəzərə alınmadan hazırlandığını bildirən V.Mahirqızı həmin təşkilatın “mənbə” kimi xüsusi insanlarla işlədiyini söyləyib: “Onlar özləri ilə işləyən, vaxtilə media sahəsində çalışmış bəzi şəxslərdən və bəzi QHT-lərdən mövqe öyrənməklə kifayətlənirlər. Amma onlarla tərəfdaşlıq edən QHT-lər ümumiyyətlə ölkəmizdə fəaliyyət göstərmirlər, xaricdə “məskunlaşıblar”. Xaricdə yaşayan həmin QHT rəhbərlərinin və ayrı-ayrı jurnalistlərin subyektiv mövqelərinə əsaslanan hesabatları ictimailəşdirirlər. Bu, obyektivlik, qərəzsizlik prinsiplərinə ziddir. Mən bir faktı bildirim ki, APA 12 ildir fəaliyyət göstərir və “Sərhədsiz Reportyorlar”ın nümayəndələri bir dəfə də olsun bizimlə görüşməyiblər. Demək ki, onların öz məqsədləri var”.
Azərbaycanda dövlət - mətbuat münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini deyən V.Mahirqızı mediaya dövlətin nəzarət mexanizminin aradan qaldırıldığını bildirib: “Artıq mətbuatın özünüidarəedici funksiyasını Mətbuat Şurası daşıyır. Bundan başqa, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu fondun yaradılması, adından da göründüyü kimi, dövlətin medianın inkişafına verdiyi dəstəyi ifadə edir. Ölkəmizdə bu günə qədər dünyanın əksər ölkələrindən, hətta Avropa ölkələrindən fərqli olaraq fors-major situasiyalarda belə sosial şəbəkələrə, internetə qadağa qoyulmayıb. Məsələn, bir müddət öncə Fransada baş verən terror hadisələri zamanı biz bunun şahidi olmuşduq. Amma Azərbaycanda sosial şəbəkələrə, internetə məhdudiyyətlərdən söhbət gedə bilməz, fikir plüralizmi hökm sürür. Eləcə də jurnalistlərə qarşı hər hansı bir siyasi təzyiq və ya həbs edilməsi faktı yoxdur. Təbii ki, ayrı-ayrı şəxslərin hansısa media orqanı ilə məhkəmə çəkişməsi faktları ola bilər ki, bu özü hüquqi dövlətin əsas göstəricisidir. Amma dövlət strukturlarının media orqanını məhkəməyə verməsi, ona təzyiq göstərilməsi və ya qapadılması faktları mövcud deyil”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

