Milli Məclisdə ana sağlamlığı və ailə hüquqlarının təşviqi ilə bağlı “dəyirmi masa” keçirilib
25.10.2016 [10:05]
Oktyabrın 24-də Milli Məclisin Səhiyyə komitəsi Avropa Parlament Forumu və BMT-nin Əhali Fondu ilə birlikdə “Azərbaycanda ana sağlamlığı və ailə hüquqlarının təşviqinin milli qanunvericilik çərçivəsində gücləndirilməsi” mövzusunda “dəyirmi masa” təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə ailə sağlamlığının qorunması sahəsində görülən işlərdən, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsindən danışıb. O bildirib ki, Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasına dövlət səviyyəsində qayğı var, kadr təminatı sahəsində ciddi tədbirlər görülür.
Qeyd olunub ki, hər il dünyada yarım milyon ana doğuş zamanı ölür. Əlli faizi Afrika qitəsində yaşayanların payına düşən bu hadisələrin inkişaf etmiş ölkələrdə göstəricisi cəmi 1 faizdir. Hər bir ana və uşaq ölümü böyük faciədir. Əslində, bu ölümlərə təsir edən ciddi tibbi faktorlar var. Bu gün uşaq ölümlərinin əsas səbəbi sayılan pnevmaniya, malyariya kimi xəstəliklər, qida çatışmazlığı və səhiyyə problemləri demək olar ki, tamamilə həll edilə bilən prosesdir. O, ölkəmizdə ana və uşaq ölümlərinin göstəricilərinin tamamilə azaldığını diqqətə çatdırıb. Komitə sədri bəzən ana və uşaq ölümlərinin bütün məsuliyyətinin həkimlərin üzərində qalmasını da doğru hesab etmədiyini bildirib. O, bu sahədə mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyindən danışıb.
Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd edib ki, 2000-ci ildə BMT Baş Məclisinin keçirdiyi Minilliyin İnkişaf Sammitində dünyanın qlobal problemlərini əks etdirən “İnkişaf Məqsədləri” adlı sənəd qəbul edilib. Bu sənədin norma və hədəfləri üzv ölkələr üçün əsas “yol xəritəsi”dir. Ölkəmizdə ötən dövr ərzində bu məqsədlərin həyata keçirilməsi istiqamətində böyük uğurlar əldə edilib. Sədr müavini deyib ki, sağlamlıq və təhsil olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Belə tədbirlərin tez-tez keçirilməsinin önəmli olduğunu deyən Bahar Muradova diqqətin daha çox problemlərin həllinə yönəldilməli olduğunu və bu istiqamətdə səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, hazırda ölkəmizdə səhiyyə sahəsi üzrə kifayət qədər ciddi qanunvericilik bazası mövcuddur. Bu gün Azərbaycanda ailənin, onun hər bir üzvünün hüquqlarının müdafiəsi sahəsində ən güclü normativ aktlar formalaşıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova komitə tərəfindən Ailə Strategiyası hazırlandığını, sənəddə ailənin, qadınların və uşaqların sağlamlığının qorunması kimi məsələlərin olduqca əhatəli əks olunduğunu diqqətə çatdırıb. Hicran Hüseynova bu sahədə uğurlu nəticənin əsasını icra strukturları ilə qanunvericilik və məhkəmə sistemi arasında güclü əməkdaşlığın təşkil etdiyini bildirib. O, ailə hüquqlarının qorunması, qadın sağlamlığının mühafizəsi sahəsində Azərbaycanın təcrübəsinin bir çox ölkələrdə öyrənilməsi üçün müraciətlər aldıqlarını qeyd edib.
İclasda Milli Məclisin deputatı, Avropa Parlament Forumunun Əhali artımı və İnkişaf üzrə icra komitəsinin üzvü Məlahət İbrahimqızı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, deputat Sahibə Qafarova, Əhali artımı və İnkişaf üzrə Avropa Parlament Forumunun prezidenti Urlika Karlos, Forumun baş katibi Neil Data və başqaları çıxış ediblər. Çıxışlarda Azərbaycanda reproduktiv sağlamlıq, bu sahədə qanunun qəbulu üçün lazımi işlərin görülməsi, ailə sağlamlığı sahəsində əldə edilən uğurlar və problemlər, reproduktiv sağlamlığın beynəlxalq qaydaları haqqında fikirlər bildirilib.
Toplantı müzakirələrlə davam etdirilib, tədbirə qatılan həkimləri, QHT nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

