/ / Kamal Abdullayev: Multikulturalizm fənninin tədrisi üçün bizə bir sıra ölkələrdən müraciətlər daxil olub
Kamal Abdullayev: Multikulturalizm fənninin tədrisi üçün bizə bir sıra ölkələrdən müraciətlər daxil olub
15.10.2016 [10:54]
Oktyabrın 14-də Bəstəkarlar İttifaqında “Azərbaycan mədəniyyətində və incəsənətində multikulturalizm” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Belə tədbirlərin Azərbaycanda multikultural mühitin inkişafının göstəricisi olduğunu söyləyən F.Əlizadə “Multikulturalizm ili” çərçivəsində keçirilən silsilə tədbirlərdən söz açıb. Deyib ki, bu gün Azərbaycan multikulturalizm ənənələri ilə bütün dünyanın diqqətini özünə cəlb edir və bu dəyər mədəniyyətimizin cövhəri kimi dünyada tanınır.
“Hazırda beynəlxalq aləmdə etnos və din anlayışı sözügedən dəyərlərin əsas meyarlarındandır. Bu gün ölkəmizdə multikultural mühit həyatın bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət sahələrində də özünü göstərir. Bütün bunlar bizim üçün fəxr olunası hadisədir”, - deyə Bəstəkarlar İttifaqının sədri bildirib.
Multikulturalizmin və tolerantlığın tarixən azərbaycanlıların həyat tərzi olduğunu vurğulayan Xalq artisti sözügedən dəyərlərin bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrildiyini nəzərə çatdırıb.
Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev qeyd edib ki, multikulturalizm ölkəmizin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların harmonik şəkildə yaşayışının bariz nümunəsidir.
Dövlət başçısı İlham Əliyevin multikulturalizmi dövlət siyasəti elan etdiyini söyləyən K.Abdullayev diqqətə çatdırıb ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələrinə humanist münasibət aşılayan konstitusion hüquq Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Burada müxtəlif maddələr - bərabərlik, dil, din və müxtəlif konfessiyalarda olma hüququ Ümummilli liderin göstərişi və təkidi ilə konstitusiyamızda öz əksini tapıb. Bütün bunların nəticəsi olaraq milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitində yaşayan Azərbaycan dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı kimi tanınır.
Bir sıra xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğunu söyləyən Dövlət müşaviri bildirib ki, Azərbaycan dilinin, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, ictimai-siyasi vəziyyətinin, bir sözlə ölkəmizlə bağlı bütün həqiqətlərin öyrənilməsində bu fənnin əhəmiyyəti olduqca böyükdür.
Vurğulanıb ki, multikulturalizm fənni müvafiq universitetlərdə bir və üç semestr boyu tədris olunur.
“Bu gün multikulturalizm fənni Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində, Gürcüstanın İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetində, Rusiyanın Ural Federal Universitetində, Litva Pedaqoji Universitetində, Çexiyanın Praqa Karl Universitetində, İtaliyanın Roma Sapienza Universitetində, Belarus Dövlət Universitetində, Portuqaliyanın Lusafona Universitetində, Almaniyanın Ausburq Universitetində, İsveçrənin Frayburq Universitetində və Türkiyənin Sakarya Universitetində tədris olunur. Bununla yanaşı, müxtəlif ali təhsil ocaqlarından bizə bu fənnin tədrisi ilə bağlı müraciətlər daxil olub. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Xarici ali təhsil ocaqlarına azərbaycanlı müəllimləri də göndərmək fikrindəyik. İstər mədəniyyət və incəsənət sahəsində dərs deyən müəllimlər, istərsə də digər sahələrdə ixtisaslaşan mütəxəssislər olsun, biz hər zaman onlara xarici ali təhsil ocaqlarında bu fənni tədris etmək üçün lazımi köməklik göstərə bilərik. Fəaliyyətimizi bu yöndə qururuq”, - deyə K.Abdullayev bildirib.
Nəzərə çatdırılıb ki, sülh və dostluq şəraitində yaşamın dünya üçün yeni modeli olan Azərbaycan multikulturalizmi xarici ölkələrdə təkcə universitetlərdə deyil, eyni zamanda müxtəlif təşkilatlarda kollokviumlar, seminarlar, “dəyirmi masa”lar formatında da təqdim olunur.
Sonra tədbirdə sözügedən mövzu ətrafında fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.
Xəbər lenti
Hamısına baxGündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45

