/ / Finlandiyalı jurnalist Avropanı Dağlıq Qarabağ münaqişəsinə laqeyd mövqe göstərməkdə ittiham edib
Finlandiyalı jurnalist Avropanı Dağlıq Qarabağ münaqişəsinə laqeyd mövqe göstərməkdə ittiham edib
14.10.2016 [10:10]
Finlandiyanın nüfuzlu gündəlik nəşrlərindən biri olan “Iltalehti” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc edilib.
Qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən Azərbaycan rayonlarına səfər edən finlandiyalı jurnalist Antero Eerola üzün müddət davam edən münaqişədən söz açaraq, bu ərazilərdə yaşayan mülki əhalinin müharibə fəsadlarından əziyyət çəkdiyini diqqətə çatdırıb.
Dağlıq Qarabağ münaqişəsinin Qərb ölkələrində dondurulmuş kimi təsvir olunduğunu vurğulayan jurnalist, əslində asta yanan alovun istənilən vaxt böyük partlayışa səbəb ola biləcəyini yazıb.
Bu ilin aprel ayında münaqişə zonasında şiddətli toqquşmaların baş verdiyini, nəticədə hər iki tərəfdən çoxlu sayda hərbi və mülki şəxslərin həlak olduğunu qeyd edən Antero Eerola zərərçəkənlərin bəziləri ilə söhbətlərini də məqaləsində təsvir edib.
Finlandiyalı jurnalist yazır: “Tərtərin Həsənqaya kəndinin sakini 16 yaşlı Türanə Həsənova müharibə qurbanlarından biri olub. Onun anası Laləzər Həsənova hərbi əməliyyatlar zamanı erməni tərəfinin istifadə etdiyi mərmilərdən qorunmaq üçün qızı ilə birlikdə sığınmaq üçün yer axtarıb. Gözü yaşla dolan Laləzər deyib: “Birdən anladım ki, Türanə ardımca gəlmir, yaxınlıqda partlayan mərmi onun bədənini iki yerə bölmüşdü”.
Türanənin bacısı Mənsurə isə dağıdılan evini jurnalistlərə göstərib. Antero Eerola düşən mərmilərdən evin damında böyük dəliklər yarandığının, otaqların dağıldığının şahidi olub.
Jurnalist hərbçilərə istinadən vurğulayır ki, bu ev Qrad raket sistemi ilə vurulub. Böyük dağıdıcı gücə malik bu silah növündən mülki yaşayış sahələrinin vurulmasında istifadə halları burada adiləşib.
Qonşu kəndin sakininin evinin də ermənilərin hərbi əməliyyatları nəticəsində dağıdıldığının şahidi olan finlandiyalı jurnalist evin sahibi Əntiqə Bayramovanın dediklərini sitat gətirir. “Burada həyat olduqca çətindir. Hər gün müxtəlif istiqamətlərdən bizə atəş açırlar. Mal-qaramız minalara düşüb ölür. Biz daim qorxu içində yaşayırıq”.
Sonra Antero Eerola yazır: “Baxmayaraq ki, minalardan əsasən heyvanlar ölür, onlar insanlar üçün də təhlükə mənbəyidir. “ANAMA” - Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik torpaqları minalardan təmizləməklə məşğuldur, bunun üçün xüsusi texnikadan və təlim keçmiş itlərdən istifadə olunur. Lakin buna baxmayaraq, bu, sonsuz bir işə bənzəyir, ona görə ki, minalar hər yerə yerləşdirilib”.
Daha sonra Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşən Antero Eerola bölgədə su problemi barəsində məlumatlandırıb. İcra hakimiyyətinin başçısı qeyd edib ki, bu regionda yaşayan insanlar kənd təsərrüfatı ilə məşğul olurlar. Lakin buraya gələn suyun mənbəyi erməni silahlılarının işğalı altındakı torpaqlarda olduğuna görə onlar bundan sui-istifadə edərək əkin başlayan vaxt suyu kəsirlər, bununla da yerli əhaliyə böyük maddi ziyan vurulur.
Sonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən ətraflı söz açan jurnalist Finlandiyanın da daxil olduğu ATƏT-in Minsk qrupunun problemin həlli üçün yaradıldığını, ancaq ötən illər ərzində irəliləyişə nail olunmadığını diqqətə çatdırıb. Minsk qrupunun qeyri-səmərəli fəaliyyətinin Azərbaycanın kəskin narazılığına səbəb olduğunu qeyd edən Antero Eerola BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin olduğunu da vurğulayıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16

