Sabah Beynəlxalq BMT Sülhməramlılar Günüdür
28.05.2009 [11:24]
29 may Beynəlxalq BMT Sülhməramlılar Günüdür. Dünyada təhlükəsizliyin təmin edilməsində çox böyük nüfuza malik BMT sülhməramlıları bu istiqamətdə həyata keçirilən tədbirlərdə xüsusi rola malikdir. Onları dünyanın ən qaynar nöqtələrində görmək təəccüb doğurmur. 1948-ci ildən başlayaraq fəaliyyət göstərən sülhməramlı missiya bu nüfuzu öz fəaliyyəti sayəsində qazanıb. Hər il qeyd edilən Beynəlxalq BMT Sülhməramlılar Günü indiyədək xidmət etmiş sülhməramlılara ehtiram göstərmək və son illərdə sülhün təmin olunması yolunda həlak olanları yad etmək üçün bir imkandır. çünki sülhməramlılar üçün dünyada sülhə nail olunması, qlobal təhlükəsizliyin təmin olunması istiqamətində səylərin göstərilməsi çox vaxt onların özlərinə baha başa gəlir. Məsələn, ötən il, yəni BMT-nin sülhməramlılıq fəaliyyətinin tarixdə ən yüksək həddə çatdığı 2008-ci ildə 132 nəfər sülhməramlı vəzifə borclarını yerinə yetirərkən həlak olub. Zorakılıq, xəstəlik və ya bədbəxt hadisə nəticəsində həyatını itirmiş həmin şəxslərin hər biri özlərindən əvvəlkilər kimi hörmətə və sayğıya layiqdir. çünki məhz onların fəaliyyəti nəticəsində beynəlxalq ictimaiyyətin BMT-nin sülhməramlılıq fəaliyyətinə inamı artmaqdadır. Son məlumata görə, hərbi qulluqçular, vətəndaş və polis əməkdaşları da daxil olmaqla BMT sülhməramlılarının sayı rekord həddə - ümumilikdə 113.000 nəfərə çatıb. BMT-nın bayrağı altında xidmət edən insanlar öz missiyasını Yer üzündə daimi olaraq qeyri-sabitliyin, xəstəliklərin və zorakılığın hökm sürdüyü bəzi mürəkkəb və qonaqsevməz ərazilərdə icra edirlər. Onlar özlərini bu işə həsr etməklə və çoxlarının həyatına real dəyişikliklər gətirməklə, BMT-nin qayğıkeşliyini və sadiqliyini dünyaya nümayiş etdirirlər.
Ərazisində sülhün bərqərar olmasına, ərazi bütövlüyünün təmin olunması və təhlükəsizliyə ehtiyac duyan ölkələrdən biri olan Azərbaycan da artıq bir neçə ildir ki, sülhməramlıların tərkibində təmsil olunmaqdadır. ölkəmiz dünyada sülhün bərqərar olmasında fəal iştirak edir və qlobal təhlükəsizlik naminə Azərbaycan dünya nəhəngləri ilə birgə addımlayır.
Azərbaycan sülhməramlıları 1997-ci ildən başlayaraq, beynəlxalq sülhyaratma birliklərinin tərkibində fəaliyyət göstərir. Həmin il Silahlı Qüvvələrin tərkibində sülhməramlı bölük, sonra isə sülhməramlı tabur yaradılıb. Tabur Bakıdakı “N” saylı hərbi hissənin tərkibində fəaliyyət göstərir. Sülhməramlı tabur hərbi hissənin təlim-tədris bazasında intensiv hazırlıq keçir, əsgərlər ən azı 6 ay xidmətdən sonra sülhməramlı missiyalara göndərilirlər. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin İraqda çoxmillətli Qüvvələrin tərkibində 150, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə 45 sülhməramlısı xidmət edir. Verilən tapşırıqları vaxtında yerinə yetirdiklərinə görə artıq mükafatlandırılanlar da var. Azərbaycan sülhməramlıları dəfələrlə həm NATO, həm də çoxmillətli Qüvvələrin rəhbərliyi tərəfindən mükafatlandırılıblar. Hazırda 9 Azərbaycan zabiti “ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı” ilə təltif olunub.
Onu da qeyd edək ki, Beynəlxalq BMT Sülhməramlılar Günü münasibəti ilə Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamenti BMT-nin Baş Katibi Pan Gi Munun müraciətini yayıb. Baş Katib öz müraciətində sülhməramlıların fəaliyyətinə toxunaraq bu missiyada qadınların iştirakına diqqət çəkib. Dünyada sülhə nail olunmasında qadınların verə biləcəyi əvəzsiz və güclü töhfəyə diqqət çəkən Baş Katibin fikrincə, dünyada sülhə nail olmaq üçün göstərilən səylər, axtarılan çarələrdən biri də bu prosesə qadınları cəlb etməkdən ibarətdir. Onun sözlərinə görə, artıq on ilə yaxındır ki, Təhlükəsizlik Şurası 1325 saylı çox mühüm Qətnaməni qəbul edib: “İlk geniş əhatəli mətnə malik bu qətnamədə təsdiq olunur ki, silahlı münaqişələr nəticəsində qadınların üzərinə xüsusi ağırlıq düşür və bu münaqişələrin qarşısının alınması və həllində qadınlar da müvafiq rol oynamalıdırlar”.
Xatırladaq ki, indiyədək həlak olan sülhməramlıların arasında on nəfər qadın olub. Bu faktı xüsusi vurğulayan Baş Katib hesab edir ki, sülhməramlıların fəaliyyətində qadın işçilər getdikcə daha çox əhəmiyyətli rol oynayır. Hazırda onlar kişilərlə çiyin-çiyinə təhlükələrlə üzləşməkdədirlər. Birləşmiş Millətlər Təşkilatı yerli qadınları nəinki sülhməramlılıq və sülhün bərqərar olması prosesinə, həmçinin, daha çox qadını öz əməliyyatlarına cəlb etmək üçün intensiv şəkildə səy göstərməyə başlayıb: “Məqsəd yalnız qadın-kişi bərabərliyinə nail olmaq deyil, qadının verə biləcəyi əvəzsiz və güclü töhfəyə diqqət çəkməkdir. Mavi dəbilqəli qadınlar, insan hüquqları üzrə monitorinq aparan məsləhətçilər və digər missiya üzvləri daim inkişafda olan sülhməramlılıq sahəsində yeni bacarıqların və iş metodunun yaradılmasını təklif edirlər. çox hallarda onlar yerli qadınlarla daha yaxşı ünsiyyət qura bilir və daha çox təhlükəsizlik hissi yaratmaq iqtidarında olurlar. Bu isə qadına səlahiyyət verilməsi baxımından əsl nümunədir”.
BMT Baş Katibinin də etiraf etdiyi kimi, qadınlar, cinsi və gender əsaslı zorakılıqlar kimi dəhşətli hərəkətlər də daxil olmaqla, münaqişələr zamanı daha çox əziyyət çəkirlər: “Qadın polis əməkdaşlarını öz sıramıza daxil etməklə biz zorakılıq qurbanları üçün zəruri olan, onların ehtiyac duyduğu və layiq olduğu köməyi əldə edə biləcəyi təhlükəsiz şərait yaratmış oluruq. Beləliklə, biz zorakılıq qurbanlarına çəkinmədən irəli gedərək cinayətkarlara qarşı ittihamlarını irəli sürməsi üçün şərait yaratmaqla uzun zaman hökmranlıq etməkdə olan cəzasızlığa qarşı mübarizə aparırıq”.
Pan Gi Mun hesab edir ki, sülhməramlı qadınların sayı hələ də çox azdır. Onun fikrincə, hərbi qulluqçular və polis əməkdaşları arasında qadınların sayının artması ilə yanaşı, üzv ölkələrin BMT-yə daha da çox qadın işçiləri həvalə etməsi vacibdir: “Bu Beynəlxalq Gündə gəlin birlikdə BMT-nin sülhməramlılıq fəaliyyətini möhkəmləndirmək üçün qadınların potensialından istifadə edək və bununla da qadın və qızlara öz talelərində, eyni zamanda, cəmiyyətdə yaxşılığa doğru dəyişikliklər yaratmaqda kömək edək”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

