Ombudsman haqqında Konstitusiya Qanununa dəyişikliklər edildi
27.05.2009 [09:53]
Milli Məclisin dünənki iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Konstitusiya Qanunu müzakirəyə çıxarılıb. Layihə haqqında məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, Konstitusiya qanunları Milli Məclis tərəfindən 95 səs çoxluğu ilə qəbul edilir. Hazırda bu tipli bir neçə qanun qəbul olunub. Onların sırasında beynəlxalq təcrübə üçün nümunə ola bilən Ombudsman haqqında qanun da var.
Müzakirəyə çıxarılan məsələnin mahiyyətinə gəlincə, komitə sədri bildirib ki, prosedura uyğun olaraq 63-dən artıq millət vəkili bu qanuna dəyişiklik edilməsi haqqında layihə təqdim edib. Ə.Hüseynovun sözlərinə görə, Konstitusiya Qanununun 4.2 və 4.3 maddələrinə dəyişikliklər təklif olunur: “Qüvvədə olan 4.2 maddəsinə əsasən, müvəkkil bir dəfə olmaqla 7 il müddətinə seçilir. Təklif olunan variantda isə qeyd edilir ki, eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Yəni, bir şəxsə ikinci dəfə də müvəkkil seçilmək hüququ verilir. 4.3 maddəsində isə təklif olunur ki, “müvəkkilin səlahiyyət müddəti bitdiyi günü yeni müvəkkil seçilmədikdə o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur”. Bu dəyişiklik Ombudsman fəaliyyətinin davamlılığını təmin etmək üçündür. Yəni, ola bilər ki, üç namizəddən heç biri lazımi səs toplamasa və s. məsələlər ortaya çıxsa, Ombudsman institutu fəaliyyətini dayandırmasın. Əgər xatırlayırsınızsa, ilk dəfə bu qanun müzakirə olunarkən müvəkkilin səlahiyyət müddətinin nə üçün məhz 7 il nəzərdə tutulması daha çox sual olunurdu. Biz bu müddəti müəyyənləşdirərkən təcrübəyə əsaslanmışdıq. Yəni, mahiyyəti bundan ibarət idi ki, müvəkkil institutunun müstəqilliyi təmin edilsin. Amma hazırkı şəraitdə belə bir dəyişiklik Ombudsmanın müstəqilliyinə və fəaliyyətinə mənfi təsir göstərməyəcək. Bilirsiniz ki, ölkə Prezidenti üç nəfərin namizədliyini parlamentə təqdim edir və onların arasından bir nəfər müvəkkil seçilir”.
Ə.Hüseynov beynəlxalq təcrübədən nümunə gətirərək deyib ki, İsveçrədə Ombudsmanın seçilməsi üçün məhdudiyyət yoxdur. Müvəkkil Latviyada 4 il müddətinə, Makedoniyada 8 il müddətinə iki dəfə, Slovakiyada 5 il müddətinə 2 dəfə seçilə bilər.
Komitə sədri qeyd edib ki, bu layihə 95 səs çoxluğu ilə qəbul edilməlidir. Qərarın qəbulundan altı ay sonra təkrar səsvermə nəticəsində bu qanun qüvvəyə minəcək. Bəzi müxalif deputatlar bu dəyişikliklərə etiraz etsələr də, birinci vitse-spiker Ziyafət Əsgərov bildirib ki, bu dəyişiklik dövlətimizin möhkəmlənməsinə xidmət edir: “Azərbaycan dövləti doğru yoldadır”.
Daha sonra millət vəkilləri layihəyə münasibət bildiriblər. Vurğulanıb ki, Ombudsman institutu artıq cəmiyyətdə müəyyən nüfuz qazanıb və bu vəzifəyə peşəkar insanlar seçilməlidirlər.
Müzakirələrdən sonra Konstitusiya Qanununa edilən dəyişiklik 102 lehinə, 8 əleyhinə olmaqla qəbul edilib. 6 aydan sonra təkrar səsvermə nəticəsində dəyişikliklər təsdiq olunacaq.
Polis orqanlarının nəzdində ictimai şuralar yaradılacaq
Daha sonra “Polis haqqında” Qanuna əlavələrin edilməsi haqqında layihə müzakirə olunub. Komitə sədri Əli Hüseynov bildirib ki, bu qanuna təklif olunan əlavənin mahiyyəti ondan ibarətdir ki, polis orqanlarının nəzdində ictimai şuralar yaradılsın. Şuraların yaradılmasında məqsəd ictimai asayişin qorunması işinə vətəndaşları da könüllü şəkildə cəlb etməkdir. ölkədə ictimai asayişin yüksək səviyyədə qorunduğunu deyən komitə sədri Əli Hüseynov yaradılacaq ictimai şuraların əhəmiyyətli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qurum həmçinin, ictimai nəzarət funksiyasını həyata keçirəcək. Müzakirələrdən sonra “Polis haqqında” Qanuna əlavələr edilməsi haqqında qanun layihəsi qəbul olunub.
Füzuli rayonunda yeni bələdiyyələr yaradılacaq
Daha sonra “Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Bu haqda məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, son illər Füzuli rayonunun Zobucuq adlanan ərazisində qaçqın və məcburi köçkünlər üçün eyniadlı beş şəhərcik, qəsəbə salınıb. Komitə sədrinin sözlərinə görə, artıq həmin qəsəbələr fəaliyyətdədir, orada xeyli sayda insanlar yaşayır. İndi isə təklif olunur ki, Füzuli rayonunun Birinci Zobucuq və İkinci Zobucuq qəsəbələrini əhatə edən Birinci Zobucuq bələdiyyəsi, eləcə də, üçüncü Zobucuq, Dördüncü Zobucuq və Beşinci Zobucuq qəsəbələrini əhatə edən Beşinci Zobucuq bələdiyyəsi yaradılsın: “Onu da qeyd edim ki, yaradılması nəzərdə tutulan həmin bələdiyyələrin əhalisinin sayı təxminən 1000-1500 nəfər civarındadır. Yəni, burada yeni bələdiyyələrin yaradılması üçün bütün lazımi şərait, infrastruktur mövcuddur”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29

