/ / Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib
Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib
30.09.2016 [10:13]
Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində sentyabrın 30-da keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib.
AZƏRTAC xəbər verir ki, tədbirə sədrlik edən təhsil naziri Mikayıl Cabbarov Bakıda artıq beşinci dəfə keçirilən Forumun əhəmiyyətindən danışıb. Nazir bildirib ki, Forumun rəsmi hissəsində və plenar iclasında səslənən fikirlər sentyabrın 30-da keçiriləcək “dəyirmi masa”ların əsasını təşkil edir. “Dəyirmi masa”larda çox vacib mövzularda müzakirələrin aparılacağını vurğulayan təhsil naziri qeyd edib ki, Azərbaycanda humanitar məsələlərə böyük önəm verilir və bu istiqamətdə faydalı diskussiyalar aparılacaq.
* * *
İtaliyanın Link Kampus Universitetinin rəhbəri, professor Vinçenzo Skotti sədrlik edəcəyi “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” adlı “dəyirmi masa”da müzakirə olunacaq məsələlər barədə məlumat verib. O, ilk növbədə Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Alim vurğulayıb ki, Azərbaycanda multikulturalizm həm Ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin tərkib hissəsidir.
“Bu Forum bir çox digər forumlardan fərqlənir. Çünki burada nəzəri çərçivələrdən kənara çıxırıq və praktik məsələlər gündəmə gətirilir. Bu gün tolerantlıq cəmiyyət üçün vacib amillərdən birinə çevrilib. Forumda toplaşan ziyalılar gələcək nəsillərə mesajlarını vermək fürsəti əldə edirlər”, - deyə o, qeyd edib.
Professor V.Skotti deyib ki, insanların birgə sülh şəraitində yaşamasının əsas şərtlərindən biri də dialoqun qurulmasına nail olmaqdır. Onun fikrincə, bu yolla cəmiyyətdə radikallaşmanın, dözümsüzlüyün qarşısını almaq olar.
* * *
“İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” adlı “dəyirmi masa” haqqında danışan BMT Baş katibinin köməkçisi Rəşid Xalikov miqrasiyanın müxtəlif səbəblərinin olduğunu deyib. “Bəziləri qazanc arxasınca digər ölkələrə üz tutur, başqaları isə münaqişələr və təbii fəlakətlər səbəbindən evlərini tərk edirlər. Hazırda dünyada 65 milyon qaçqın var”, - deyə o, məlumat verib.
BMT Baş katibinin köməkçisi bildirib ki, hazırda milyonlarla insan miqrant həyatı yaşayır. Onların arasında qadınlar, uşaqlar, yaşlılar var. Onlar həyatlarını qurmaqda çətinliklərlə üzləşirlər. Beynəlxalq hüququn tövsiyələrinə görə, ölkələr onlara qaçqın kimi təşrif buyuran insanlara lazımi kömək göstərməlidirlər. Əminəm ki, Azərbaycanın yüksək səviyyədə təşkil etdiyi V Bakı Beynəlxalq Humanitar Forumu bu problemlərin həlli istiqamətində dünyaya faydalı mesajlar verəcək.
* * *
“Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” adlı “dəyirmi masa”nın moderatoru, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxış edib. O bildirib ki, Bakı Forumu ilk dəfə Azərbaycan-Rusiya humanitar forumu kimi işə başlayıb və Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq status qazanıb. Bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması təsadüfi deyil, çünki əsrlər boyu burada müxtəlif dinlər və xalqlar birgə sülh şəraitində yaşayıblar.
Mixail Qusman müasir texnologiyaların sürətli inkişafında, sosial medianın geniş yayılmasında müəyyən təhlükənin gizləndiyini qeyd edib. “İnsanlar Tvitter, Facebook və digər sosial şəbəkələrdən geniş istifadə edirlər. Amma ənənəvi informasiya sahəsinin tərəfdarı kimi burada müəyyən təhlükənin gizləndiyini demək istəyirəm. İnformasiya sahəsində təhlükəsizlik məsələsi böyük önəm daşıyır. Bu sahədə çalışanlar daim çaşdırıcı məlumatlardan nəinki özlərini, həm də cəmiyyəti qorumağa çalışmalıdırlar”, - deyə o bildirib.
TASS-ın baş direktorunun birinci müavini qeyd edib ki, jurnalistikada peşəkarlıq daim əsas amil olacaq, yalnız texnologiyalar və yazı vasitələri dəyişəcək. Biz bu məsələləri sabah keçiriləcək “dəyirmi masa”mızın panellərində geniş müzakirə edəcəyik.
* * *
“Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa”ya sədrlik edəcək Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirin iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti və təbiəti barədə məlumat verərək ölkəmizin Şərq ilə Qərbin qovuşuğunda, tarixi İpək yolunun üstündə yerləşdiyini vurğulayıb və bu amilin Azərbaycanda zəngin mədəniyyətin formalaşmasına təsir etdiyini bildirib.
Leyla Əliyeva bildirib ki, ətraf mühitin mühafizəsi hökumətin başlıca vəzifəsi olsa da, qeyri-hökumət təşkilatlarının, xüsusilə də gənclərin bu prosesdə iştirakı zəruridir. O, 2011-ci ildə təsis olunan IDEA İctimai Birliyinin fəaliyyəti və nailiyyətləri, o cümlədən gənclərin maarifləndirilməsi, təşkilatın layihəsi çərçivəsində ölkədə 5 milyondan artıq ağac əkilməsi, biomüxtəlifliyin mühafizəsi üzrə görülmüş tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, IDEA-nın “Bir planet - bir gələcək” şüarı yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da yaşayan gəncləri təbiətin mühafizəsi naminə öz ətrafında birləşdirib.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri təbiətin itkilərinin artıq aylarla, illərlə deyil, dəqiqələrlə ölçüldüyünü diqqətə çəkib və insan fəaliyyəti nəticəsində biomüxtəlifliyin məhvi barədə danışıb. O, xoşməramlı səfiri olduğu FAO-nun “Sıfır Aclıq” təşəbbüsündən də söhbət açıb. Qeyd edib ki, artıq qlobal problemə çevrilən yoxsulluq və aclığın aradan qaldırılması, xüsusilə də uşaqların qida çatışmazlığı və susuzluqdan əziyyət çəkməməsi üçün bütün dövlətlərin birgə səy göstərməsi zəruridir.
Leyla Əliyeva gələcək nəsillərdən ötrü yaşıl və təhlükəsiz planetin təmin edilməsi üçün hər kəsi təbii resurslardan səmərəli istifadə etməyə və təbiətə qarşı qayğıkeş olmağa çağırıb.
* * *
ABŞ-ın İllinoys Universitetinin professoru Mark Roznblat “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” adlı “dəyirmi masa”da müzakirə olunacaq mövzular barədə məlumat verib. O, elmin gücündən səmərəli istifadə etməklə tibb sahəsində irəliləyişlərə nail olmağın mümkünlüyünü qeyd edib. Professor yeni texnologiyaların, müasir tədqiqatların köməyi ilə sağalmaz xəstəliklərin çarəsinin tapılması məsələlərinin “dəyirmi masa”da diqqət mərkəzində olacağını bildirib.
* * *
“Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” adlı “dəyirmi masa”ya sədrlik edəcək Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü, V.A.Kotelnikov adına Radiotexnika və Elektronika İnstitutunun laboratoriya rəhbəri Aleksandr Buqayev müzakirə olunacaq məsələlərdən danışıb. O, ilk növbədə Azərbaycanda elm və təhsil sahəsinə böyük diqqət yetirildiyini, çalışdığı institutun azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq etdiyini bildirib. A.Buqayev “dəyirmi masa”da nanotexnologiyalardan və nüvə texnologiyalarından istifadə məsələlərinin müzakirə olunacağını, bu sahədə tanınmış alimlərin məruzələrinin dinləniləcəyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

