/ / Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərindən dəstəklədiklərini bir daha ifadə etdilər
Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərindən dəstəklədiklərini bir daha ifadə etdilər
27.09.2016 [09:52]
Əli Əhmədov: Bu referendumdan sonra Azərbaycanın inkişafında yeni bir səhifə başlayacaq, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi, sosial və iqtisadi islahatların həyata keçirilməsi istiqamətində daha ciddi, cəsarətli addımlar atılacaq
Dünən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilən ümumxalq səsverməsinin (referendum) nəticələri ilə əlaqədar mətbuat konfransı keçirib.
Azərbaycanda növbəti referendumun uğurla baş tutduğunu deyən Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Konstitusiyasına bir sıra əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar keçirilən ümumxalq səsverməsində vətəndaşların böyük əksəriyyəti yaxından iştirak ediblər: “YAP-ın bütün ölkə üzrə müşahidəçilərinin verdiyi məlumatlar əsasında tam məsuliyyətlə səsvermədə vətəndaşların yüksək fəallıq göstərdiyini söyləyə bilərəm. Bu da ondan xəbər verir ki, Azərbaycan vətəndaşları ölkəmizdə keçirilən referenduma kifayət qədər məsuliyyətlə yanaşıblar, referenduma çıxarılan məsələlərə biganə olmadıqlarını göstəriblər və nəticə etibarilə ölkəmizdə növbəti demokratik prosedur həyata keçirilib”.
YAP Sədrinin müavini qeyd edib ki, referendum ayrı-ayrı ölkələrin həyatında tez-tez tətbiq olunan demokratik alətlərdən biridir: “Müxtəlif ölkələrdə bu və digər ictimai məsələlərlə əlaqədar ümumxalq səsverməsi keçirilir. Azərbaycanda da artıq 3-cü referendum keçirildi. Bu, Azərbaycan vətəndaşlarının iradəsinin ifadə olunmasının əlavə bir nümunəsidir. Güman edirəm ki, gələcəkdə də təkcə Əsas Qanunun dəyişdirilməsi ilə bağlı deyil, ictimai həyatımızın digər vacib məsələləri ilə əlaqədar ümumxalq səsverməsi keçirilə bilər. 26 sentyabrda keçirilən referenduma, ilk növbədə, Prezident İlham Əliyevə ümumxalq etimadının testi kimi qiymət verilməlidir. İnsanların referendumda fəal iştirakı bu amillə əlaqədardır və bu test kifayət qədər uğurlu olub. Bu gün (dünən - red.) Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərindən dəstəklədiklərini bir daha ifadə etdilər. Digər tərəfdən, referendum Konstitusiyamızın müasir tələblər baxımından təkmilləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Konstitusiya dəyişikliklərinin əksəriyyəti insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, idarəçilik mexanizmlərinin daha çevik formaya salınması ilə əlaqədardır. Digər tərəfdən, referenduma çıxarılan məsələlər Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən iqtisadi və siyasi islahatların siyasi və hüquqi bazasının etibarlı mexanizminin yaradılması məqsədi daşıyır. Bu mənada referendumda həll olunan məsələlər Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən siyasi və iqtisadi islahatların davamı kimi nəzərdən keçirilə bilər. Referendumdan sonra yaradılan siyasi və hüquqi baza ölkəmizdə iqtisadi və siyasi islahatların daha cəsarətlə, etibarlı şəkildə və qarşıya qoyulan məqsədlərə nail olunmasına hədəflənmiş formada həyata keçirilməsini təmin edəcək”.
Referendumun beynəlxalq aləmdə də əhəmiyyətli rezonans yaratdığını deyən Əli Əhmədovun sözlərinə görə, ayrı-ayrı ölkələrdən, beynəlxalq təşkilatlardan çoxlu sayda müşahidəçilərin gəlməsi bu fikri söyləməyə əsas verir: “Bilirsiniz ki, 30-dan çox ölkədən, nüfuzlu beynəlxalq təşkilatlardan müşahidəçilər referendumun gedişini izləyiblər. Həmin müşahidəçilər KİV vasitəsilə referendumun demokratik prosedurlara, Seçki Məcəlləsinə tam uyğunluğu haqqında öz qənaətlərini bölüşüblər. Mən öz müşahidəçilərimizin məlumatları əsasında da deyə bilərəm ki, bütün ölkə üzrə referendum normal, sakit, Seçki Məcəlləsinin müddəalarına uyğun keçirilib. Bu referendum Azərbaycanda demokratiyanın inkişafı sahəsində irəliyə doğru atılan əhəmiyyətli bir addımdır”.
Əli Əhmədov həmçinin qeyd edib ki, YAP referendumun təşviqat kampaniyasında yaxından iştirak edib: “Bu məqsədlə “Yeni Azərbaycan” təşviqat qrupu yaradıldı və geniş fəaliyyət göstərdi. Bu kampaniyada YAP-ın on minlərlə fəalı bütün bölgələrdə yaxından iştirak edib. Hesab edirəm ki, partiyamızın fəallarının bu fədakarlığı kampaniyanın uğurlu keçməsinə öz töhfəsini verib. Eyni zamanda, belə bir inam ifadə etmək istəyirəm ki, vətəndaşlarımızın əksəriyyəti referenduma çıxarılan məsələlərə müsbət münasibət bildiriblər. Bunu “exit-poll”arın nəticələri də göstərir. Hesab edirəm ki, bu referendumdan sonra Azərbaycanın inkişafında yeni bir səhifə başlayacaq, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi, sosial və iqtisadi islahatların həyata keçirilməsi istiqamətində daha ciddi, cəsarətli addımlar atılacaq. Xalqımız yaxın zamanlarda bu islahatların nəticələrini hiss edəcək. Qarşıdakı dövrdə Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək və bunun nəticəsində də əhalinin rifahının daha da yüksəlməsi istiqamətində zəruri addımlar atılacaq. Mən referendumun uğurla baş tutması münasibətilə bütün Azərbaycan xalqını, xüsusilə Prezident İlham Əliyevi təbrik edirəm. Çünki bu amil Azərbaycan xalqının növbəti dəfə Prezident İlham Əliyevə etimad göstərməsinin parlaq nümunəsidir”.
Daha sonra YAP Sədrinin müavini Əli Əhmədov jurnalistlərin suallarını cavablandırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

