/ / Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər ölkədə sahibkarlığın inkişafına yeni təkan verəcək
Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər ölkədə sahibkarlığın inkişafına yeni təkan verəcək
23.09.2016 [09:59]
Cəmil Muradov: Prezident İlham Əliyev tərəfindən ölkədə sahibkarlığın inkişafına yönələn tədbirlər iş adamları tərəfindən böyük rəğbət hissi ilə qarşılanır
Sahibkarlıq fəaliyyətinin inkişafı Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu səbəbdəndir ki, dövlət başçısı tərəfindən vaxtaşırı bu istiqamətdə mühüm addımlar atılır, Fərman və sərəncamlar imzalanır, konkret tədbirlər həyata keçirilir. Elə götürək Prezident İlham Əliyevin ötən il 26 oktyabr tarixində imzaladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunu. Yeni qanunla 2015-ci ilin 1 noyabr tarixindən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırıldı. Sahibkarlığın inkişafına yönələn növbəti belə bir addım isə sentyabrın 26-da keçiriləcək Referemdum Aktında öz əksini tapıb. Aparılan ictimai müzakirələrdən belə bəlli olur ki, sahibkarlar Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin ölkədə istehsal və xidmətlərin həcminin, eləcə də keyfiyyətin yüksəlməsinə təkan verəcəyinə əmindirlər. “Gilan Holdinq”in baş direktoru Cəmil Muradov əməkdaşımızla söhbətində Prezidentin bu addımını alqışladıqlarını bildirib.
- Cəmil müəllim, özlərini “siyasətçi” adlandıran bir qisim insanlar Konstitusiyaya əlavə və dəyişikliklərə heç bir ehtiyac olmadığını iddia edirlər. Bəs ölkə sahibkarları hansı fikirdədirlər? Sizcə, Əsas Qanunumuza belə əlavə və dəyişiklikləri şərtləndirən amillər hansılardır?
- Azərbaycanın dövlət müstəqilliyi qazanmasından 25 il, Əsas Qanunumuzun qəbulundan isə təqribən 21 illik müddət ötür. Əgər diqqət yetirsək, aydın görərik ki, ilk Konstitusiyamızın qəbul olunduğu 1995-ci ilin tələbləri ilə, təbii ki, bu günümüzün tələbləri eyni deyil. Bu gün Azərbaycan hər bir sahədə inkişaf, tərəqqi dövrünu yaşayır. Zəngin təbii resurslara malik olan Azərbaycan bu ehtiyatlardan səmərəli istifadə etməklə öz iqtisadi imkanlarını günbəgün genişləndirir, ölkə sürətlə inkişaf edir, dəyişir. Sözsüz ki, bu inkişaf və dəyişikliklər öz əksini, təbii olaraq, ölkənin Ali Qanununda da tapmalıdır.
Çünki Konstitusiya hər hansı dövlətin ən ali hüquqi qüvvəyə malik qanunu olmaqla bərabər, bir canlı orqanizm kimi daim inkişafda olmalıdır. Hər bir ölkə üçün nə qədər vacib bir sənəd olsa da, cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması Konstitusiyada islahatların aparılmasını zəruri edir. Digər tərəfdən, Azərbaycan dünya miqyasında seçilən, müstəqil siyasət aparan, iqtisadi müstəqilliyini təmin edən bir ölkədir. Dünyaya inteqrasiya siyasətini uğurla həyata keçirən ölkəmiz ən qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə və tətbiqinə maraq göstərir. Qəbul olunan qanunların dəyişməz hesab olunmaması, Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi də bu istəkdən irəli gəlir. Yenə də məqsəd hərtərəfli inkişafı daha da sürətləndirməkdir. Təbii ki, bu gün üçün qəbul olunan qanun bu günün tələblərinə cavab verir. Amma illər keçdikcə ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında baş verən yeniliklər bu qanunlara yenidən baxılmasını tələb edir. Konstitusiyamızın qəbulundan ötən 21 ildə iki dəfə sənədə əlavə və dəyişikliklərin edilməsi də bu yeniliklərin öz əksini tapması istəyimizdən irəli gəlir. Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər də məhz bu istəyimizin davamıdır. Bir sözlə, ölkə sahibkarları da dövlət başçımızın bu təşəbbüsünü dəstəkləyir, qarşıdan gələn səsvermədə aktiv iştirak edəcəklərini bildirirlər.
- Əsas Qanunumuza təklif olunan dəyişikliklərdə sahibkarlıq və xüsusi mülkiyyət barədə də bir sıra müddəalar öz əksini tapıb. Bunlar haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Son illər dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik və tərəfdaş ölkələrdə milli valyutaların dəyərdən düşməsi fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılıq nümayiş etdirməsi bir daha göstərir ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti və vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaradıb.
Xatırlatmaq yerinə düşər ki, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasətin davamı olaraq, son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sistemi təkmilləşdirilib, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul edilib. Sahibkarlıq sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında Apellyasiya Şuralarının yaradılmasıdır. Bundan başqa, müvafiq qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən sahibkarların investisiya təşviqi sənədini aldıqları andan idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular 7 il müddətinə gömrük rüsumlarından azad olunub. Eyni zamanda, sahibkarlar investisiya təşviqi sənədinə əsasən 7 il müddətinə fiziki şəxslərin gəlirinin və hüquqi şəxslərin mənfəətinin 50 faizinə görə vergidən, həmçinin əmlak və torpaq vergisindən, müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV-dən azaddır. Bütün bunlar isə ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurla davam etməsinin əyani göstəriciləridir.
Onu da qeyd edim ki, sahibkarların da hüquqları Konstitusiya ilə qorunur. Təklif edilən dəyişikliklərdə Əsas Qanunun 13.2. maddəsinin belə bir II hissənin əlavə edilməsi də buna sübutdur: “II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir”. Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, sahibkarlar sosial məsuliyyət də daşıyırlar. Bu səbəbdən də Konstitusiyaya “xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur” kimi müddəa da daxil edilir. Məhz bu müddəa sahibkarları öz fəaliyyətlərində sosial məsələlərdə iştiraka da təşviq edir. Bütövlükdə, təkliflərin hər biri milli və dövlət maraqlarına cavab verir. Sadalananları nəzərə alaraq, xüsusi olaraq vurğulamaq istərdim ki, Prezident İlham Əliyev tərəfindən ölkədə sahibkarlığın inkişafına yönələn bu kimi tədbirlər iş adamları tərəfindən böyük rəğbət hissi ilə qarşılanmaqdadır.
- Konstitusiyaya ediləcək dəyişikliklər iqtisadi idarəetmə sahəsində də islahatları nəzərdə tutur. Bu barədə nələri qeyd etmək istərdiniz?
- Məlum olduğu kimi, 2008-ci ildə başlanan qlobal iqtisadi böhran nəticəsində enerji resurslarının qiymətinin enməsi bir çox neft və qaz ixrac edən ölkələrin iqtisadiyyatını ciddi sınağa çəkmişdir. Həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsini qarşıda duran strateji vəzifələrdən biri kimi müəyyənləşdirdi. Ötən dövrdə Azərbaycanda müasir tələblərə cavab verən qeyri-neft iqtisadiyyatının və müvafiq infrastrukturun formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi, mühüm Dövlət proqramları icra olundu. 2015-ci ildə enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi bu istiqamətdə görülən işləri intensivləşdirməklə yanaşı, həm də optimal qərarların qəbulunu və onların vaxtında və tam həcmdə icrasını təmin edə biləcək çevik iqtisadi idarəetmə mexanizminin yaradılmasını zərurətə çevirdi. Bildiyimiz kimi, Azərbaycan Prezidenti 2016-cı ili iqtisadi islahatlar ili elan edib. Ötən 7 ayda iqtisadi islahatları təmin edəcək çoxsaylı fərman və sərəncamlar imzalanıb, yeni qurumlar təsis olunub. Hazırda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə əsasən, yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu xüsusilə iqtisadi islahatların davamlılığını təmin etmək və bu sahədə qəbul olunmuş qərarların tam həcmdə icrasını həyata keçirmək üçün optimal idarəçilik mexanizmi kimi ayrı-ayrı ölkələrin təcrübəsində öz həyatiliyini artıq təsdiq edib.
Bundan başqa, dəyişikliklərə və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin tənzimləyici funksiyasının sərhədləri dəqiq müəyyən edilir, sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi liberallaşdırılır. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir. Eyni zamanda, xüsusi mülkiyyətin sosial funksiyaları vurğulanır, onun cəmiyyətə ziyan vurmaq imkanları məhdudlaşdırılır. Təklif edilən dəyişikliklər vətəndaşların, o cümlədən sahibkarların dövlət məmurlarının özbaşınalıq, qanuna zidd davranışlarından qorunmasına əlavə təminat yaradır.
Məhz bu səbəbdən yuxarıda sadalananlar biz sahibkarlarda da nikbinlik üçün böyük əsas yaradır, gələcək uğurlara ruhlandırır. Odur ki, əminliklə söyləmək olar ki, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər ölkədə sahibkarlığın inkişafına yeni təkan verəcəkdir.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13

